3 aprel 2013 12:32

“Son 4 ildə Azərbaycanın Olimpiya hərəkatı ciddi nəticələrlə yadda qalıb”

Azərbaycan Milli Olimpiya Komitəsinin VI Hesabat-seçki Baş Məclisi keçirilib. Azerisport.az xəbər verir ki, Milli Olimpiya Komitəsində keçirilən iclasda MOK fərdi üzvləri ilə yanaşı Olimpiya və qeyri-olimpiya idman növləri federasiyaları, idman təşkilatları və dövlət strukturlarını təmsil edən şəxslər iştirak edib.
 
MOK-nin vitse-prezidenti Çingiz Hüseynzadə komitənin ötən dörd il ərzindəki fəaliyyəti haqqında hesabat verərək bu dövr ərzində əldə olunan uğurlardan danışıb. O, 2012-ci ildə London Yay Olimpiya Oyunlarında Azərbaycan idmançılarının uğurunu, yeniyetmələr arasında Sinqapurda keçirilən Olimpiadada azərbaycanlı yeniyetmələrin böyük qələbələrini, Avropa Olimpiya Komitəsinin 2015-ci ildə ilk dəfə keçiriləcək Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərarını, 2017-ci ildə Bakı şəhərində İslam Oyunlarının keçirilməsi ilə bağlı qərarı qeyd edib.
 
"Son 4 il Azərbaycanda olimpiya hərakatı irəli gedib, böyük nəticələrlə yadda qalıb. Hesabat dövründə Azərbaycan 3 Olimpiya oyununda - Vankuver Qış, London Yay və Sinqapur Yeniyetmələr arasında Olimpiya oyunlarında iştirak edib. Azərbaycanın Olimpiya komandası elə nəticələrə imza atıb ki, həmin nəticələrin qorunub saxlanması və inkişaf etdirilməsi qarşıya məqsəd kimi qoyulub", - MOK vitse-prezidenti çıxışında deyib.
 
Hüseynzadə bildirib ki, ötən dörd il ərzində Azərbaycanda təşkil olunan beynəlxalq idman tədbirlərinin sayı ilbəil artıb. O deyib ki, hesabat dövrü ərzində beynəlxalq əməkdaşlıq çərçivəsində Litva, Polşa, Rumıniya, Belarusla qarşılıqlı anlaşma memorandumları imzalanıb.

Похожие новости

Olimpizm 02 oktyabr

Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab

İsveçrənin Lozanna şəhərində 11-ci Beynəlxalq  Olimpiya Komitəsinin Beynəlxalq Atletlər Forumu (IAF) keçirilir.
Olimpizm 01 dekabr

İlham Əliyev yenidən MOK prezidenti seçildi

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) dekabrın 1-də keçirilən VII hesabat-seçki baş məclisində Prezident İlham Əliyev yenidən MOK-un prezidenti seçilib.
Olimpizm 18 noyabr

BOK Rəhimovu Olimpiya medalından məhrum etdi

Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2008-ci ildə Pekində keçirilmiş Olimpiadada uğur qazanan bəzi idmançıların nəticəsini ləğv edib.
Olimpizm 08 noyabr

“İslam Həmrəyliyi oyunlarına 6 aydan çox vaxt qalıb, amma görülməli işlər çoxdur”

Bu gün IV İslam Həmrəyliyi oyunları Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 08 noyabr

Koordinasiya Komissiyasının 4-cü iclası öz işinə başladı

Bu gün Boulevard oteldə IV İslam Həmrəyliyi oyunlarına hazırlıq məqsədi ilə Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 25 oktyabr

Azərbaycanda Milli Antidopinq Agentliyi təsis ediləcək

Azərbaycanda Milli Antidopinq Agentliyinin (NADA) təsis edilməsi nəzərdə tutulur.
Olimpizm 24 oktyabr

İdmanda manipulyasiyaya görə cəzalar sərtləşdirilir

Azərbaycanda idman yarışlarında manipulyasiyaya görə cəzalar sərtləşdirilir.
Olimpizm 06 sentyabr

Olimpiya çempionumuza AGİN-də vəzifə verildi

Olimpiya və dünya çempionu Fərid Mansurova yeni vəzifə verilib.
Olimpizm 13 may

İslam Həmrəyliyi Oyunları Milli Olimpiya Komitələri üçün açıq gün keçirir

IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq işlərinin davamı olaraq bu gün Azərbaycan İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi (AİHOƏ) 39 İslam dövlətinin Milli Olimpiya Komitələrinin (MOK) üzvlərini qəbul edib.