13 fevral 2013 14:57

Avropa Olimpiya Oyunlarının loqosunun, medallarının və məşəlinin dizaynı üçün müsabiqə elan edildi

I Avropa Olimpiya Oyunlarının Təşkilat Komitəsi oyunlarla bağlı loqosun, medalların və məşəlin dizaynlarının müəyyənləşdirilməsi üçün müsabiqə elan edib. Azerisport.az xəbər verir ki, müsabiqədə dizayn qrafikası sahəsində peşəkar və ya həvəskar kimi fəaliyyət göstərən hər bir şəxs iştirak edə bilər.
 
İştirakçılara yaş məhdudiyyəti qoyulmur. Bir müəllif ən çox 5 iş təqdim edə bilər və təqdim edilən işlər müsabiqənin mövzusuna uyğun olmalıdır.
 
Müsabiqəyə yalnız indiyə qədər istifadə edilməyən və mövcud dizaynların elementlərini təkrarlamayan nümunələr təqdim edilməlidir. Təqdim olunan işlər və ərizə forması fevralın 23-ə kimi elektron formada həm müsabiqənin [email protected] elektron poçt ünvanına, həm də Təşkilat Komitəsinə (cd-r, dvd-r) göndərilməlidir.
 
Müsabiqədə I yerə layiq görülənlərə 5000, II yerə layiq görülənlərə (laureat) 3000, III yerə layiq görülənlərə (laureat) 2000 manat mükafat veriləcək.
 
Qeyd edək ki, Avropa Olimpiya Komitəsinin 8 dekabr 2012-ci il tarixində Romada keçirilən Baş Assambleyasında I Avropa Oyunlarının 2015-ci ildə Bakı şəhərində keçirilməsi ilə bağlı tarixi qərar qəbul edilib. I Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi məqsədilə Azərbaycan Prezidenti İlham Əliyev Təşkilat Komitəsinin yaradılması ilə bağlı sərəncam imzalayıb.

Похожие новости

Olimpizm 02 oktyabr

Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab

İsveçrənin Lozanna şəhərində 11-ci Beynəlxalq  Olimpiya Komitəsinin Beynəlxalq Atletlər Forumu (IAF) keçirilir.
Olimpizm 01 dekabr

İlham Əliyev yenidən MOK prezidenti seçildi

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) dekabrın 1-də keçirilən VII hesabat-seçki baş məclisində Prezident İlham Əliyev yenidən MOK-un prezidenti seçilib.
Olimpizm 18 noyabr

BOK Rəhimovu Olimpiya medalından məhrum etdi

Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2008-ci ildə Pekində keçirilmiş Olimpiadada uğur qazanan bəzi idmançıların nəticəsini ləğv edib.
Olimpizm 08 noyabr

“İslam Həmrəyliyi oyunlarına 6 aydan çox vaxt qalıb, amma görülməli işlər çoxdur”

Bu gün IV İslam Həmrəyliyi oyunları Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 08 noyabr

Koordinasiya Komissiyasının 4-cü iclası öz işinə başladı

Bu gün Boulevard oteldə IV İslam Həmrəyliyi oyunlarına hazırlıq məqsədi ilə Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 25 oktyabr

Azərbaycanda Milli Antidopinq Agentliyi təsis ediləcək

Azərbaycanda Milli Antidopinq Agentliyinin (NADA) təsis edilməsi nəzərdə tutulur.
Olimpizm 24 oktyabr

İdmanda manipulyasiyaya görə cəzalar sərtləşdirilir

Azərbaycanda idman yarışlarında manipulyasiyaya görə cəzalar sərtləşdirilir.
Olimpizm 06 sentyabr

Olimpiya çempionumuza AGİN-də vəzifə verildi

Olimpiya və dünya çempionu Fərid Mansurova yeni vəzifə verilib.
Olimpizm 13 may

İslam Həmrəyliyi Oyunları Milli Olimpiya Komitələri üçün açıq gün keçirir

IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq işlərinin davamı olaraq bu gün Azərbaycan İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi (AİHOƏ) 39 İslam dövlətinin Milli Olimpiya Komitələrinin (MOK) üzvlərini qəbul edib.