17 yanvar 2013 22:15

Avropa Oyunlarının 2015-ci ildə Bakıda keçirilməsi üzrə Təşkilat Komitəsi yaradıldı

Azərbaycan Prezidenti İlham Əliyev I Avropa Oyunlarının 2015-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb. Azerisport.az xəbər verir ki, 2012-ci il dekabrın 8-də Avropa Olimpiya Komitəsi Baş Assambleyasının 2015-ci ildə I Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar qəbul etməsi böyük tarixi hadisədir.
 
Avropa tarixində ilk dəfə təşkil olunan bu oyunların məhz Azərbaycana həvalə edilməsi Beynəlxalq və Avropa Olimpiya hərəkatı tərəfindən ölkəmizdə görülən bütün işlərə, o cümlədən idman və bədən tərbiyəsi sahəsində əldə edilən nailiyyətlərə verilən yüksək qiymətdir.
 
İdmançılarımızın olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında inamlı qələbələri respublikamızda idmana olan qayğının bariz nümunəsi kimi Olimpiya hərəkatında yüksək dəyərləndirilərək ölkəmizin idman şöhrətinin artmasına xidmət etmişdir. Eyni zamanda, Azərbaycanın beynəlxalq aləmdə daim artan nüfuzu, iqtisadi qüdrəti, dinamik inkişafı, genişmiqyaslı müasir infrastruktur layihələri, mövcud ictimai-siyasi sabitlik və həyata keçirilən islahatlara ümumxalq dəstəyi bu tarixi qərarın qəbul edilməsində öz mühüm rolunu oynamışdır. Hal-hazırda Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilmiş, bütövlükdə Azərbaycanda müasir idman infrastrukturu yaradılmış və həmin sahədə müvafiq proseslər davam etdirilməkdədir. Bütün bunlar I Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsinə böyük imkanlar açır.
 
Bu oyunların Bakıda təşkili ölkəmizin bədən tərbiyəsi və idman sahəsində həyata keçirilən dövlət siyasətinin gücləndirilməsinə, Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına, dünya idman aləmində önəmli yer tutmasına şərait yaradacaqdır.
 
Sərəncamda qeyd olunur ki, I Avropa Oyunlarının 2015-ci ildə Bakı şəhərində layiqincə keçirilməsini təmin etmək məqsədilə 2015-ci ilin iyun-iyul aylarında Bakı şəhərində I Avropa Oyunlarının keçirilməsi üzrə aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın:
 
Təşkilat Komitəsinin sədri
Mehriban Əliyeva
-
Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, UNESCO-nun xoşməramlı səfiri
Təşkilat Komitəsinin üzvləri
Hacıbala Abutalıbov
-
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü
Azad Rəhimov
-
Azərbaycan Respublikasının gənclər və idman naziri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü
Elmar Məmmədyarov
-
Azərbaycan Respublikasının xarici işlər naziri
Şahin Mustafayev
-
Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri
Samir Şərifov
-
Azərbaycan Respublikasının maliyyə naziri
Ramil Usubov
-
Azərbaycan Respublikasının daxili işlər naziri
Eldar Mahmudov
-
Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri
Ziya Məmmədov
-
Azərbaycan Respublikasının nəqliyyat naziri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü
Oqtay Şirəliyev
-
Azərbaycan Respublikasının səhiyyə naziri
Əbülfəs Qarayev
-
Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri
Əli Abbasov
-
Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri
Əli Əsədov
-
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini
Fatma Abdullazadə
-
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü
Elçin Quliyev
-
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi
Aydın Əliyev
-
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri
Cahangir Əsgərov
-
"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin prezidenti, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü
Etibar Pirverdiyev
-
"Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti
Baba Rzayev
-
"Bakıelektrikşəbəkə" Açıq Səhmdar Cəmiyyətinin sədri
Çingiz Hüseynzadə
-
Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü
Anar Ələkbərov
-
Heydər Əliyev Mərkəzinin direktoru
 
Ağacan Abiyev
-
Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin Baş katibi, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü
Fərhad Hacıyev
-
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru
Mikayıl Cabbarov
-
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi
İlham Mədətov
-
XXIX və XXX Yay Olimpiya Oyunlarında Azərbaycan idman nümayəndə heyətinin rəhbəri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü (təşkilat komitəsinin katibi)
Namiq Abdullayev
-
Olimpiya çempionu, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü
Zemfira Meftaxetdinova
-
Olimpiya çempionu, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü
Fərid Mansurov
-
Olimpiya çempionu, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü
Elnur Məmmədli
-
Olimpiya çempionu, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü
Toğrul Əsgərov
-
Olimpiya çempionu
Şərif Şərifov
-
Olimpiya çempionu
 
Gənclər və İdman Nazirliyinə Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi ilə birlikdə I Avropa Oyunlarının keçirilməsi ilə bağlı xüsusi tədbirlər planını hazırlayıb Təşkilat Komitəsinə təqdim etmək tapşırılıb.
 
Təşkilat Komitəsi I Avropa Oyunlarının 2015-ci ildə Bakı şəhərində keçirilməsi ilə bağlı zəruri məsələləri həll etməlidir.
 
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Похожие новости

Olimpizm 02 oktyabr

Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab

İsveçrənin Lozanna şəhərində 11-ci Beynəlxalq  Olimpiya Komitəsinin Beynəlxalq Atletlər Forumu (IAF) keçirilir.
Olimpizm 01 dekabr

İlham Əliyev yenidən MOK prezidenti seçildi

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) dekabrın 1-də keçirilən VII hesabat-seçki baş məclisində Prezident İlham Əliyev yenidən MOK-un prezidenti seçilib.
Olimpizm 18 noyabr

BOK Rəhimovu Olimpiya medalından məhrum etdi

Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2008-ci ildə Pekində keçirilmiş Olimpiadada uğur qazanan bəzi idmançıların nəticəsini ləğv edib.
Olimpizm 08 noyabr

“İslam Həmrəyliyi oyunlarına 6 aydan çox vaxt qalıb, amma görülməli işlər çoxdur”

Bu gün IV İslam Həmrəyliyi oyunları Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 08 noyabr

Koordinasiya Komissiyasının 4-cü iclası öz işinə başladı

Bu gün Boulevard oteldə IV İslam Həmrəyliyi oyunlarına hazırlıq məqsədi ilə Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 25 oktyabr

Azərbaycanda Milli Antidopinq Agentliyi təsis ediləcək

Azərbaycanda Milli Antidopinq Agentliyinin (NADA) təsis edilməsi nəzərdə tutulur.
Olimpizm 24 oktyabr

İdmanda manipulyasiyaya görə cəzalar sərtləşdirilir

Azərbaycanda idman yarışlarında manipulyasiyaya görə cəzalar sərtləşdirilir.
Olimpizm 06 sentyabr

Olimpiya çempionumuza AGİN-də vəzifə verildi

Olimpiya və dünya çempionu Fərid Mansurova yeni vəzifə verilib.
Olimpizm 13 may

İslam Həmrəyliyi Oyunları Milli Olimpiya Komitələri üçün açıq gün keçirir

IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq işlərinin davamı olaraq bu gün Azərbaycan İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi (AİHOƏ) 39 İslam dövlətinin Milli Olimpiya Komitələrinin (MOK) üzvlərini qəbul edib.