7 yanvar 2013 17:35

Bakının 2024 Yay Olimpiya Oyunlarına namizədliyinin irəli sürülməsi ilə bağlı qərar qəbul edilməyib

Azərbaycan 2024 Yay Olimpiya Oyunlarına Bakının namizədliyinin irəli sürülməsi ilə bağlı qərar qəbul etməyib. Azerisport.az xəbər verir ki, bu barədə Milli Olimpiya Komitəsinin Beynəlxalq Əlaqələr Departamentinin direktoru Könül Nurullayeva bildirib.
 
O qeyd edib ki, 2016 və 2020 yay olimpiya oyunlarına namizədliyini irəli sürən Bakı hələ ki, növbəti seçki marafonuna qatılmaq üçün heç bir rəsmi qərar qəbul etməyib.
 
"Hazırda biz iddiamızı da qaldıra bilmərik. Çünki həmin prosedurun özünə hələ start verilməyib. Yeni iddiaçı şəhərlər öz namizədliyini 2020 Yay Olimpiya Oyunlarını keçirəcək şəhər müəyyənləşəndən sonra irəli sürə bilərlər və bu olimpiya oyunlarına 8 il qalmış baş tutmalıdır", - Nurullayeva bildirib.
 
Beynəlxalq Olimpiya Komitəsi ikipilləli seçimdən sonra 7 sentyabr 2013-cü ildə Argentinanın paytaxtı Buenos-Ayres şəhərində Olimpiadaya ev sahibliyi edəcək şəhərin adını açıqlayacaq.
 
Qeyd edək ki, 2020-ci il Yay Olimpiya Oyunlarının keçirilməsi üçün Madrid, Tokio, İstanbul və Qətərin paytaxtı Doha şəhəri ilə yanaşı Bakı da öz namizədliyini irəli sürmüşdü. Lakin beynəlxalq kütləvi yarışların keçirilməsində təcrübənin azlığı Azərbaycan paytaxtının yekun seçimlərə qatılmağına əngəl törətmişdi. (trend)

Похожие новости

Olimpizm 02 oktyabr

Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab

İsveçrənin Lozanna şəhərində 11-ci Beynəlxalq  Olimpiya Komitəsinin Beynəlxalq Atletlər Forumu (IAF) keçirilir.
Olimpizm 01 dekabr

İlham Əliyev yenidən MOK prezidenti seçildi

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) dekabrın 1-də keçirilən VII hesabat-seçki baş məclisində Prezident İlham Əliyev yenidən MOK-un prezidenti seçilib.
Olimpizm 18 noyabr

BOK Rəhimovu Olimpiya medalından məhrum etdi

Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2008-ci ildə Pekində keçirilmiş Olimpiadada uğur qazanan bəzi idmançıların nəticəsini ləğv edib.
Olimpizm 08 noyabr

“İslam Həmrəyliyi oyunlarına 6 aydan çox vaxt qalıb, amma görülməli işlər çoxdur”

Bu gün IV İslam Həmrəyliyi oyunları Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 08 noyabr

Koordinasiya Komissiyasının 4-cü iclası öz işinə başladı

Bu gün Boulevard oteldə IV İslam Həmrəyliyi oyunlarına hazırlıq məqsədi ilə Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 25 oktyabr

Azərbaycanda Milli Antidopinq Agentliyi təsis ediləcək

Azərbaycanda Milli Antidopinq Agentliyinin (NADA) təsis edilməsi nəzərdə tutulur.
Olimpizm 24 oktyabr

İdmanda manipulyasiyaya görə cəzalar sərtləşdirilir

Azərbaycanda idman yarışlarında manipulyasiyaya görə cəzalar sərtləşdirilir.
Olimpizm 06 sentyabr

Olimpiya çempionumuza AGİN-də vəzifə verildi

Olimpiya və dünya çempionu Fərid Mansurova yeni vəzifə verilib.
Olimpizm 13 may

İslam Həmrəyliyi Oyunları Milli Olimpiya Komitələri üçün açıq gün keçirir

IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq işlərinin davamı olaraq bu gün Azərbaycan İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi (AİHOƏ) 39 İslam dövlətinin Milli Olimpiya Komitələrinin (MOK) üzvlərini qəbul edib.