13 dekabr 2012 01:16

Azad Rəhimov: Olimpiya Oyunlarının açılışı 65 min nəfərlik stadionda olacaq

Dekabrın 12-də gənclər və idman naziri Azad Rəhimov dünyanın məşhur “Eurosport” və Ukraynanın “İnter” telekanallarına müsahibə verib. Azerisport.az xəbər verir ki, müsahibə əsasən, Avropa Olimpiya Komitəsinin qərarı ilə 2015-ci ildə keçiriləcək I Avropa Olimpiya Oyunlarının təşkilatçılığının Bakıya həvalə edilməsi ilə bağlı olub.
 
Telekanal əməkdaşlarının suallarını cavablandıran nazir Azad Rəhimov 2015-ci Avropa Oyunlarının bir çox cəhətdən paytaxtımız üçün əhəmiyyətli olacağını bildirib: “Dekabrın 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xalqımızı bu tarixi nailiyyət münasibətilə təbrik etdi. Bu özü belə mötəbər yarışın ölkəmizdə təşkilinə həm dövlət rəhbərliyinin, həm də xalqımızın necə əhəmiyyət verdiyini göztərir. İnanıram ki, 2015-ci ildə bu oyunlardan sonra, biz həm Bakının daha da inkişaf edəcəyini və böyüyəcəyini görəcəyik.”
 
Jurnalistin “Oyunların Bakıya həvalə edilməsini gözləyirdinizmi?” sualına cavab olaraq nazir bildirib ki, paytaxtımız həm 2016, həm də 2020-ci il olimpiadalarının təşkilatçılığına iddiaçı şəhər olub. Buna görə də, Bakının təbliğatı məqsədilə, bir sıra işlər görülüb. “Avropa Olimpiya Komitəsinin rəhbərliyi də ölkəmizin idman yarışlarındakı təşkliatçılığını yüksək qiymətləndirir. Bütün bunlar, eləcə də dövlətinmizin I Avropa Olimpiya Oyunlarını yüksək səviyyədə təşkil ediləcəyinə təminat verməsi Bakının 48 ölkədən 38-nin səsini toplamasına kömək etdi”.
 
Nazir həmçinin, bildirib ki, Bakının mövcud idman infrastrukturu bu oyunları keçirməyə imkan verir: “Bəzi idman növləri üçün müvəqqəti idman qurğuları inşa ediləcək. Bundan başqa, həmin vaxtadək oyunların açılış mərasiminin təşkili üçün 65 min nəfərlik Olimpiya stadionu hazır olacaq. Bundan başqa Su idmanı Mərkəzi və Gimnastika Kompleksi də 2015-ci ilədək istifadəyə verilməsi gözlənilir. Bundan başqa Heydər Əliyev adına İdman-Konsert Kompleksi, T.Bəhramov adına Respublika stadionu, şəhərdəki digər idman mərkəzləri müxtəlif idman nğvləri üzrə yarışların təşkilinə istifadə olunacaq. Əsas məsələ olimpiya kəndinin inşasıdır ki, bunun üçün də mümkün variantlar var”.
 
A.Rəhimov xarici jurnalistlərə bildirib ki, Oyunların bütün yayım hüquqlarının satışından əldə edilən gəlir, Azərbaycanın qazancı olacaq. Eyni zamanda, brendlər və bilet satışı hüququ da ölkəmizə verilib. Bu maddələr üzrə büdcəmizə ən azı 100 milyon avro vəsait daxil olacaq. Bundan başqa, Oyunlar Azərbaycanda turizmin, nəqliyyat infrastrukturunun və digər sahələrin də inkişafına böyük təkan verəcək.
 
Müsahibə zamanı nazir Azad Rəhimov telekanal əməkdaşlarının Azərbaycan idmanı ilə bağlı digər suallarını da cavablandırıb.

Похожие новости

Olimpizm 02 oktyabr

Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab

İsveçrənin Lozanna şəhərində 11-ci Beynəlxalq  Olimpiya Komitəsinin Beynəlxalq Atletlər Forumu (IAF) keçirilir.
Olimpizm 01 dekabr

İlham Əliyev yenidən MOK prezidenti seçildi

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) dekabrın 1-də keçirilən VII hesabat-seçki baş məclisində Prezident İlham Əliyev yenidən MOK-un prezidenti seçilib.
Olimpizm 18 noyabr

BOK Rəhimovu Olimpiya medalından məhrum etdi

Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2008-ci ildə Pekində keçirilmiş Olimpiadada uğur qazanan bəzi idmançıların nəticəsini ləğv edib.
Olimpizm 08 noyabr

“İslam Həmrəyliyi oyunlarına 6 aydan çox vaxt qalıb, amma görülməli işlər çoxdur”

Bu gün IV İslam Həmrəyliyi oyunları Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 08 noyabr

Koordinasiya Komissiyasının 4-cü iclası öz işinə başladı

Bu gün Boulevard oteldə IV İslam Həmrəyliyi oyunlarına hazırlıq məqsədi ilə Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 25 oktyabr

Azərbaycanda Milli Antidopinq Agentliyi təsis ediləcək

Azərbaycanda Milli Antidopinq Agentliyinin (NADA) təsis edilməsi nəzərdə tutulur.
Olimpizm 24 oktyabr

İdmanda manipulyasiyaya görə cəzalar sərtləşdirilir

Azərbaycanda idman yarışlarında manipulyasiyaya görə cəzalar sərtləşdirilir.
Olimpizm 06 sentyabr

Olimpiya çempionumuza AGİN-də vəzifə verildi

Olimpiya və dünya çempionu Fərid Mansurova yeni vəzifə verilib.
Olimpizm 13 may

İslam Həmrəyliyi Oyunları Milli Olimpiya Komitələri üçün açıq gün keçirir

IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq işlərinin davamı olaraq bu gün Azərbaycan İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi (AİHOƏ) 39 İslam dövlətinin Milli Olimpiya Komitələrinin (MOK) üzvlərini qəbul edib.