13 avqust 2012 12:55

“Güləş yığması böyük bir ailədi və bu, Olimpiadada öz bəhrəsini verdi”

Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Əliyev azerisport.az saytına müsahibəsində güləşçilərimizin London Yay Olimpiadasında qazandığı uğurların sirlərini açıqlayıb.
 
- İkisi qızıl olmaqla yeddi mükafat! Belə uğuru gözləyirdiniz?
- Etiraf edim ki, gözləyirdim. Əlbəttə, medalları məhz onların qazananların əldə edəcəyini gözləmirdim. Məsələn, mən Həsən Əliyevdən uğur gözləyirdim, amma Emin Əhmədova o qədər də inamım yox idi. Amma Həsən beşinci, Emin üçüncü oldu. İnanırdım ki, Rövşən Bayramovla Mariya Stadnik yüksək səviyyədə çıxış edəcək. Elə də oldu. Şərif Şərifova inanırdım. O, öz çəkisində liderdi. Toğrul Əsgərov hamını udmuşdu, bircə Kuduxovdan başqa. Olimpiadada qarşılaşdılar, onu da məğlub etdi.
 
- Yəqin ki, güləşçilər üçün ölkə prezidenti İlham Əliyev tərəfindən təbrik olunmaları da xoş oldu?
- İlham Əliyevin zəng etməsi bizim hamımız üçün çox xoş oldu. Mənimlə və məşqçilərlə danışdı, uğurlar arzuladı. Xoşdu ki, ölkə prezidenti bütün idmançıları tanıyır.
 
- Güləşçilərimizin əsas uğurları Olimpiadanın 15-ci gününə təsadüf etdi. Həmin vaxta qədər isə bir çox uğursuzluqlar olduğundan “qızıl”sız qalacağımız düşünülürdü...
- Mən digər idman növlərindən danışmaq istəmirəm. Yalnız güləşə cavab verə bilərəm. Bizim xüsusi qorxumuz yox idi. Bilirdik ki, uşaqlar xeyli medal qazanacaqlar. Başqa cür ola da bilməzdi. Çünki güləş böyük bir ailədi. Bu da nəticəsini verdi. Məsələn, Olimpiada öncəsi toplanışımızda mən də iştirak etmişdim. Birgə kross qaçırdıq, birgə stol arxasına əyləşirdik. Bu üzdən də qalib gələcəyimizə əmin idim.
 
- Son medalımız sağlıq durumunda problemlər olmasına rəğmən döşək üzərinə çıxan Xetaq Qazyumovdan gəldi...
- Etiraf edim ki, bu məqam mənə çox təsir etdi. O, komanda üçün çox iş görüb. Hamımız Xetaqdan qələbə gözləyirdik. Əfsuslar olsun ki, sağlıq durumunda yaranan problemlər ona daha yaxşı nəticə göstərməyə imkan vermədi.

- Son dövrlər güləş yığmamız həm dünya, həm Avropa çempionatlarında, həm də Olimpiadada kifayət qədər yaxşı nəticələr qazanır...
- Bu, güləşimizin və federasiyanın işinin potensialından xəbər verir. Siz hələ güləşçilərimizin gənclər arasında Sinqapurdakı Olimpiadada qazandığı uğuru qeyd etmədiniz. Bizim uşaqlar orda dörd qızıl medal qazanmışdılar. Ən əsası odu ki, gənc istedadlar yetişir. Onların ən yaxşı təmsilçisi Toğrul Əsgərovdu. Onun cəmi 19 yaşı var. Şadıq ki, onun davamçıları da var. Qarşıdan gələn Bakıdakı dünya çempionatında yeni adlar da görəcəksiz.
 
- Olimpiadadan sonra yığmamızın heyətində dəyişiklik olacaq?
- Prinsipcə, hər olimpiadadan sonra belə dəyişikliklər olur. Məsələn, Pekini götürək. Həmin heyətdən yalnız Bayramov, Qazyumov və Stadnik qalıb. Nəzərə alsaq ki, yeni güləşçilərimiz də gəlir, heyətdə dəyişikliklər mümkündü.

Похожие новости

Olimpizm 02 oktyabr

Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab

İsveçrənin Lozanna şəhərində 11-ci Beynəlxalq  Olimpiya Komitəsinin Beynəlxalq Atletlər Forumu (IAF) keçirilir.
Olimpizm 01 dekabr

İlham Əliyev yenidən MOK prezidenti seçildi

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) dekabrın 1-də keçirilən VII hesabat-seçki baş məclisində Prezident İlham Əliyev yenidən MOK-un prezidenti seçilib.
Olimpizm 18 noyabr

BOK Rəhimovu Olimpiya medalından məhrum etdi

Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2008-ci ildə Pekində keçirilmiş Olimpiadada uğur qazanan bəzi idmançıların nəticəsini ləğv edib.
Olimpizm 08 noyabr

“İslam Həmrəyliyi oyunlarına 6 aydan çox vaxt qalıb, amma görülməli işlər çoxdur”

Bu gün IV İslam Həmrəyliyi oyunları Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 08 noyabr

Koordinasiya Komissiyasının 4-cü iclası öz işinə başladı

Bu gün Boulevard oteldə IV İslam Həmrəyliyi oyunlarına hazırlıq məqsədi ilə Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 25 oktyabr

Azərbaycanda Milli Antidopinq Agentliyi təsis ediləcək

Azərbaycanda Milli Antidopinq Agentliyinin (NADA) təsis edilməsi nəzərdə tutulur.
Olimpizm 24 oktyabr

İdmanda manipulyasiyaya görə cəzalar sərtləşdirilir

Azərbaycanda idman yarışlarında manipulyasiyaya görə cəzalar sərtləşdirilir.
Olimpizm 06 sentyabr

Olimpiya çempionumuza AGİN-də vəzifə verildi

Olimpiya və dünya çempionu Fərid Mansurova yeni vəzifə verilib.
Olimpizm 13 may

İslam Həmrəyliyi Oyunları Milli Olimpiya Komitələri üçün açıq gün keçirir

IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq işlərinin davamı olaraq bu gün Azərbaycan İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi (AİHOƏ) 39 İslam dövlətinin Milli Olimpiya Komitələrinin (MOK) üzvlərini qəbul edib.