12 avqust 2012 19:53
“İranlının zədələndiyini eşidib, xahiş etdim ki, maşını saxlayıb, məni geri qaytarsınlar”
Azərbaycanın sərbəst güləş yığmasının üzvü Xetaq Qazyumov (96 kq) London Yay Olimpiadasında bürünc medal qazandıqdan sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Öncə bilmək istərdik ki, ukraynalı il görüşünüzdə nə baş verdi?
- İkinci raundda hiss etdim ki, ayaqlarım sözümə baxmır. Təzyiqim düşməyə başladı. Bu üzdən effektli cəhdlər edə bilmədim.
- İkinci raundda hiss etdim ki, ayaqlarım sözümə baxmır. Təzyiqim düşməyə başladı. Bu üzdən effektli cəhdlər edə bilmədim.
- Deyilənə görə, görüşdən dərhal sonra sizi xəstəxanaya götürüblər...
- Bəli. Amma yolda mənə dedilər ki, ukraynalı artıq finala çıxıb, iranlı isə ciddi zədə alıb. Xahiş etdim ki, maşını saxlasınlar və məni geri qaytarsınlar.
- Sizi fikrinizdən daşındırmağa çalışan oldu?
- Əlbəttə. Amma mən sözümdən dönmədim. Başa düşürdüm ki, medalın bir addımlığındayam. Buna görə ağrı ilə də olsa, döyüşə çıxmağa qərar verdim.
- Əlbəttə. Amma mən sözümdən dönmədim. Başa düşürdüm ki, medalın bir addımlığındayam. Buna görə ağrı ilə də olsa, döyüşə çıxmağa qərar verdim.
- Tacikistandan olan rəqib sizə tanış idi?
- Bəli, Rüstəm İskəndərini mən Osetiyadakı məşqlərdən tanıyırdım. Amma onunla heç vaxt görüşməmişdim. O, mənim tam gücümlə mübarizə apara bilməməyimdən yararlanmağa çalışırdı. Lakin toparlanmağı bacardım və döyüşü qalib başa vurdum.

- Nəticənizdən razısız?
- Mən bura qalib olmaq üçün gəlmişdim. Belə alındı ki, bürünclə kifayətlənməli oldum.
- Mən bura qalib olmaq üçün gəlmişdim. Belə alındı ki, bürünclə kifayətlənməli oldum.
- Deyirlər Federasiya prezidenti Fazil Məmmədov sizin bu bürüncünüzü qızıl medala bərabər hesab etdiyini söyləyib...
- Bəli, mənə bu barədə deyiblər. Amma bürünc mənim istədiyim deyildi. Yenə deyirəm ki, bura çempion olmaq üçün gəlmişdim.
- Çempion kimi getmək istəyirdiniz?
- Getmək? Yox. Heç bir yerə getmirəm. Güclü olduğumu isbatlamalıyam. Hələ daha dörd ilim də var.
- Getmək? Yox. Heç bir yerə getmirəm. Güclü olduğumu isbatlamalıyam. Hələ daha dörd ilim də var.