12 avqust 2012 17:37

Daha bir güləşçimiz bürünc medal qazandı (YENİLƏNİB)

Bu gün Azərbaycanın sərbəst güləş üzrə yığmasının daha bir üzvü London Yay Olimpiadasında mübarizəyə qoşulub. Azerisport.az xəbər verir ki, bu, 96 kq çəki dərəcəsində çıxış edən Xetaq Qazyumovd idi.
 
O, mübarizəyə 1/8 final mərhələsindən başlayıb. Qazyumovun ilk rəqibi Belarus təmsilçisi Ruslan Şeyxov olub. Təmsilçimiz ilk görüşünü qalib başa vuraraq (1:0, 1:0) mərhələ adlayıb. 
 
1/4 finalda rəqib ukraynalı Valeri Andriçev olub. Xetaq bu rəqibini ilk yarıda məğlub etməyi bacarıb - 1:0. İkinci hissədə isə ukraynalı güləşçi qalib gəlib - 0:1. Həlledici görüşdə isə Xetaq məğlubiyyətlə üzləşib (1:4) və yarımfinala çıxa bilməyib.
 
Amma hələ Qazyumovun medal qazanmaq şansı qalırdı. Bunun üçün ilk növbədə onu mübarizədən kənarlaşdırmış Andriçevin finala çıxması lazım idi ki, ukraynalı buna nail olub.
 
Beləcə, Xetaq bürünc medal yolunda öncə Tacikistan təmsilçisi Rüstəm İskəndəriyə rəqib olub. İlk yarıda Xetaq qələbə qazanıb - 3:1. İkinci hissədə də qələbə güləşçimizin olub - 3:0. Nəticədə Qazyumov bürüncə bir addım da yaxınlaşıb.
 
Sonda isə iranlı Reza Yazdani ilə görüşü qalib vurmaq lazım idi. Amma maraqlıdı ki, Yazdani bundan əvvəlki görüşündə ağır zədə almışdı. Bu üzdən onun bürünc uğrunda Xetaqla qarşılaşıb-qarşılaşmayacağı sual doğururdu. Maraq üçün qeyd edək ki, Xetaq da son görüşünü zədəli halda keçirmişdi. Son anda iranlı güləşçi bu görüşdən imtina edib. Beləcə, Qazyumov bürünc uğrunda görüşə çıxmadan medal qazanıb!

Похожие новости

Olimpizm 02 oktyabr

Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab

İsveçrənin Lozanna şəhərində 11-ci Beynəlxalq  Olimpiya Komitəsinin Beynəlxalq Atletlər Forumu (IAF) keçirilir.
Olimpizm 01 dekabr

İlham Əliyev yenidən MOK prezidenti seçildi

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) dekabrın 1-də keçirilən VII hesabat-seçki baş məclisində Prezident İlham Əliyev yenidən MOK-un prezidenti seçilib.
Olimpizm 18 noyabr

BOK Rəhimovu Olimpiya medalından məhrum etdi

Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2008-ci ildə Pekində keçirilmiş Olimpiadada uğur qazanan bəzi idmançıların nəticəsini ləğv edib.
Olimpizm 08 noyabr

“İslam Həmrəyliyi oyunlarına 6 aydan çox vaxt qalıb, amma görülməli işlər çoxdur”

Bu gün IV İslam Həmrəyliyi oyunları Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 08 noyabr

Koordinasiya Komissiyasının 4-cü iclası öz işinə başladı

Bu gün Boulevard oteldə IV İslam Həmrəyliyi oyunlarına hazırlıq məqsədi ilə Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 25 oktyabr

Azərbaycanda Milli Antidopinq Agentliyi təsis ediləcək

Azərbaycanda Milli Antidopinq Agentliyinin (NADA) təsis edilməsi nəzərdə tutulur.
Olimpizm 24 oktyabr

İdmanda manipulyasiyaya görə cəzalar sərtləşdirilir

Azərbaycanda idman yarışlarında manipulyasiyaya görə cəzalar sərtləşdirilir.
Olimpizm 06 sentyabr

Olimpiya çempionumuza AGİN-də vəzifə verildi

Olimpiya və dünya çempionu Fərid Mansurova yeni vəzifə verilib.
Olimpizm 13 may

İslam Həmrəyliyi Oyunları Milli Olimpiya Komitələri üçün açıq gün keçirir

IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq işlərinin davamı olaraq bu gün Azərbaycan İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi (AİHOƏ) 39 İslam dövlətinin Milli Olimpiya Komitələrinin (MOK) üzvlərini qəbul edib.