11 avqust 2012 23:50

İbrahimov da Olimpiadanı medalsız başa vurdu (YENİLƏNİB)

Bu gün London Yay Olimpiya oyunlarının finalına vəsiqə qazanan daha bir təmsilçimiz qalib adı uğrunda mübarizə aparıb. Azerisport.az xəbər verir ki, bu, 5000 metr məsafəyə qaçış üzrə yarışlarda qüvvəsini sınayan atletimiz Hayle İbrahimov idi.

Qeyd edək ki, İbrahimov yarımfinal mərhələsində öz qrupunu lider kimi başa vurmaqla finala vəsiqə qazanmışdı. Belə ki, o, 5000 metr məsafəni 13:25.23 nəticə ilə birinci qət etmişdi. Amma Olimpiadanın qalibi olmaq üçün təmsilçimiz final yürüşündə bu göstəricisini daha da yaxşılaşdırmağa borcluydu.
 
Azərbaycan atleti finalda 14 idmançı ilə yarışıb. İbrahimovun həlledici mərhələdəki rəqiblərinə gəlincə, bunlar İsayya Koç, Tomas Lonqosiva (hər ikisi Keniya), Məhəmməd Fərəh (Böyük Britaniya), Lopes Lomonq, Bernard Laqat, Geylen Rapp (hamısı ABŞ), Haqos Gebrhivet, Dejen Gebremeskel, Yenev Alamirev (hamısı Efiopiya), Abdallaati İgider (Mərakeş), Mozes Kipsiro (Uqanda), Kemeron Levins (Kanada), Xuan Luis Barrios (Meksika) və Mumin Qala (Cibuti) idi. Amma təəssüf ki, o, bu idmançılar arasında yalnız 9-cu yeri tutub. İbrahimov məsafəni 13 dəqiqə 45 saniyəyə (13:45.37) qət edib.

Похожие новости

Olimpizm 02 oktyabr

Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab

İsveçrənin Lozanna şəhərində 11-ci Beynəlxalq  Olimpiya Komitəsinin Beynəlxalq Atletlər Forumu (IAF) keçirilir.
Olimpizm 01 dekabr

İlham Əliyev yenidən MOK prezidenti seçildi

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) dekabrın 1-də keçirilən VII hesabat-seçki baş məclisində Prezident İlham Əliyev yenidən MOK-un prezidenti seçilib.
Olimpizm 18 noyabr

BOK Rəhimovu Olimpiya medalından məhrum etdi

Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2008-ci ildə Pekində keçirilmiş Olimpiadada uğur qazanan bəzi idmançıların nəticəsini ləğv edib.
Olimpizm 08 noyabr

“İslam Həmrəyliyi oyunlarına 6 aydan çox vaxt qalıb, amma görülməli işlər çoxdur”

Bu gün IV İslam Həmrəyliyi oyunları Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 08 noyabr

Koordinasiya Komissiyasının 4-cü iclası öz işinə başladı

Bu gün Boulevard oteldə IV İslam Həmrəyliyi oyunlarına hazırlıq məqsədi ilə Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 25 oktyabr

Azərbaycanda Milli Antidopinq Agentliyi təsis ediləcək

Azərbaycanda Milli Antidopinq Agentliyinin (NADA) təsis edilməsi nəzərdə tutulur.
Olimpizm 24 oktyabr

İdmanda manipulyasiyaya görə cəzalar sərtləşdirilir

Azərbaycanda idman yarışlarında manipulyasiyaya görə cəzalar sərtləşdirilir.
Olimpizm 06 sentyabr

Olimpiya çempionumuza AGİN-də vəzifə verildi

Olimpiya və dünya çempionu Fərid Mansurova yeni vəzifə verilib.
Olimpizm 13 may

İslam Həmrəyliyi Oyunları Milli Olimpiya Komitələri üçün açıq gün keçirir

IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq işlərinin davamı olaraq bu gün Azərbaycan İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi (AİHOƏ) 39 İslam dövlətinin Milli Olimpiya Komitələrinin (MOK) üzvlərini qəbul edib.