11 avqust 2012 20:08

Aliyə Qarayeva Londonda 4-cü oldu (YENİLƏNİB)

Bu gün azərbaycanlı gimnast Aliyə Qarayeva London Yay Olimpiadasında növbəti sınağına çıxıb. Azerisport.az xəbər verir ki, fərdi çoxnövçülük yarışlarında qüvvəsini sınayan təmsilçimiz final mərhələsində ən güclü olmağa çalışıb.
 
Qeyd edək ki, Qarayeva təsnifat mərhələsində 23 idmançı ilə mübarizə aparırdı. Gimnastımız iki gün ərzində keçirilən təsnifat yarışlarını bütövlükdə 111.850 xalla üçüncü sırada tamamlamışdı və bu, finala çıxmaq üçün yetərli olmuşdu.

Bu dəfə isə Aliyə olimpiya medalını qazanmaq üçün çalışıb. Bu yolda onun 9 rəqibi vardı. Onunla yanaşı finala adlayan gimnastlar arasında yalnız iki nəfər təsnifat yarışları zamanı Azərbaycan təmsilçisindən daha yaxşı nəticə göstərmişdi. Bunlar rusiyalı Yevgeniya Kanayeva (116.000) və Dariya Dmitriyeva idi (114.525). Bunlardan əlavə Silviya Miteva (Bolqarıstan, 110.925), Lyuba Çarkaşina (Belarus, 110.450), Yeon Son (Cənubi Koreya, 110.300), Alina Maksimenko (Ukrayna, 110.025), Yoanna Mitroş (Polşa, 109.750), Neta Rivkin (İsrail, 108.900), Ganna Rizatdinova (Ukrayna, 108.850) da Aliyə ilə mübarizə aparmaq şansına malik idi.

Qeyd edək ki, final mərhələsinə Bakı vaxtilə saat 17:30-da start verilib. Finalda da atletlər dörd növ üzrə çıxış ediblər. Öncə həlqə ilə hərəkətlər yerinə yetirilib ki, bu zaman Aliyə səhnəyə 8-ci sırada çıxıb. O, ilk cəhdindən 27.925 xalla ayrılıb və 10 idmançı arasında altıncı olub. Maraq üçün xatırladaq ki, təsnifat mərhələsində Aliyə həlqə ilə hərəkətlərdə 27.450 xal toplaya bilmişdi.
 
Bundan sonra topla hərəkətlər olub. 6-cı sırada səhnəyə çıxan Aliyə 27.825 xal toplaya (təsnifat mərhələsində 28.350 xal toplamışdı) bilib. 55.750 xala malik təmsilçimiz iki hərəkətin cəminə görə ümumi sıralamada beşinci yeri tutub.
 
Gürzlə hərəkətlərdə Qarayeva 4-cü sırada çıxış edib. O, 27.575 xal (təsnifatda daha yaxşı nəticə göstərmişdi - 27.850) toplayıb. Ümumi xalını 83.325-ə çatdıran bu dəfə dördüncü olub.
 
Ən sonda lentlə hərəkətlər yerinə yetirilib. Səhnəyə ikinci çıxan Aliyə bu dəfə 28.250 xal yığıb (təsnifatda 28.200 toplamışdı). Beləliklə, dörd hərəkətin cəmində 111.575 bal yığan Qarayeva sonda yalnız dördüncü yeri tutub.
 
Qeyd edək ki, birinci yeri Kanayeva (116.900) tutub. İkinci yeri də onun həmyerlisi Dimitriyeva tutub - 114.500. Bürünc medallara sahib çıxan isə Çerkaşina olub - 111.700.

Похожие новости

Olimpizm 02 oktyabr

Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab

İsveçrənin Lozanna şəhərində 11-ci Beynəlxalq  Olimpiya Komitəsinin Beynəlxalq Atletlər Forumu (IAF) keçirilir.
Olimpizm 01 dekabr

İlham Əliyev yenidən MOK prezidenti seçildi

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) dekabrın 1-də keçirilən VII hesabat-seçki baş məclisində Prezident İlham Əliyev yenidən MOK-un prezidenti seçilib.
Olimpizm 18 noyabr

BOK Rəhimovu Olimpiya medalından məhrum etdi

Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2008-ci ildə Pekində keçirilmiş Olimpiadada uğur qazanan bəzi idmançıların nəticəsini ləğv edib.
Olimpizm 08 noyabr

“İslam Həmrəyliyi oyunlarına 6 aydan çox vaxt qalıb, amma görülməli işlər çoxdur”

Bu gün IV İslam Həmrəyliyi oyunları Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 08 noyabr

Koordinasiya Komissiyasının 4-cü iclası öz işinə başladı

Bu gün Boulevard oteldə IV İslam Həmrəyliyi oyunlarına hazırlıq məqsədi ilə Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 25 oktyabr

Azərbaycanda Milli Antidopinq Agentliyi təsis ediləcək

Azərbaycanda Milli Antidopinq Agentliyinin (NADA) təsis edilməsi nəzərdə tutulur.
Olimpizm 24 oktyabr

İdmanda manipulyasiyaya görə cəzalar sərtləşdirilir

Azərbaycanda idman yarışlarında manipulyasiyaya görə cəzalar sərtləşdirilir.
Olimpizm 06 sentyabr

Olimpiya çempionumuza AGİN-də vəzifə verildi

Olimpiya və dünya çempionu Fərid Mansurova yeni vəzifə verilib.
Olimpizm 13 may

İslam Həmrəyliyi Oyunları Milli Olimpiya Komitələri üçün açıq gün keçirir

IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq işlərinin davamı olaraq bu gün Azərbaycan İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi (AİHOƏ) 39 İslam dövlətinin Milli Olimpiya Komitələrinin (MOK) üzvlərini qəbul edib.