10 avqust 2012 18:53

Aliyə Qarayeva 3-cü yeri tutub, finala çıxdı (YENİLƏNİB)

Bu gün azərbaycanlı gimnast Aliyə Qarayeva London Yay Olimpiadasında növbəti sınağına çıxıb. Azerisport.az xəbər verir ki, fərdi çoxnövçülük yarışlarında qüvvəsini sınayan təmsilçimiz təsnifat mərhələsində 23 idmançı ilə mübarizə aparırdı.
 
Təsnifat mərhələsinin ilk yarış günündə gimnastlar həlqə və topla hərəkətlərdə öz çıxışlarını ediblər. Qarayeva həlqə ilə hərəkətlərdə 27.450, topla hərəkətlərdə 28.350 xal toplamağa nail olub. İki hərəkətin cəmində isə Qarayeva 55.800 xal toplayıb. Bu nəticə təmsilçimizi ümumi sıralamada beşinci edib.
 
Bu gün isə gimnastlar lentlə və toppuzla hərəkətlərdə özlərini ən yaxşı tərəfdən göstərməyə çalışıblar. Toppuzla hərəkətlərdə Aliyə səhnəyə 3-cü çıxıb. O, bu cəhdində 27.850 xal toplayıb. Beləcə, təmsilçimiz ümumi xalını 83.650-yə yüksəldib.
 
Ən sonda isə o, lentlə hərəkətlərini yerinə yetiib. Bu dəfə isə 4-cü sırada səhnəyə çıxan Aliyə 28.200 xal qazanıb. Beləcə, təmsilçimiz təsnifat mərhələsindəki çıxışını bütövlükdə 111.850 xalla tamamlayıb.
 
Finala vəsiqə qazanmaq üçün Qarayevaya yekun nəticədə ilk onluğa daxil olmaq lazım idi. Aliyə buna üçüncü yeri tutmaqla nail olub. Təmsilçimiz 23 rəqibi arasında yalnız iki rusiyalı gimnastdan (Yevgeniya Kanayeva, 116.000 və Dariya Dmitriyeva, 114.525) geri qalıb.
 
Bu üç idmançı ilə yanaşı finala vəsiqə qazanan digər gimnastlar bunlar olublar: Silviya Miteva (Bolqarıstan) - 110.925, Lyuba Çarkaşina (Belarus) - 110.450, Yeon Son (Cənubi Koreya) -
110.300, Alina Maksimenko (Ukrayna) - 110.025, Yoanna Mitroş (Polşa) - 109.750, Neta Rivkin (İsrail) - 108.900, Ganna Rizatdinova (Ukrayna) - 108.850.
 
Qeyd edək ki, final mərhələsi sabah keçiriləcək.

Похожие новости

Olimpizm 02 oktyabr

Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab

İsveçrənin Lozanna şəhərində 11-ci Beynəlxalq  Olimpiya Komitəsinin Beynəlxalq Atletlər Forumu (IAF) keçirilir.
Olimpizm 01 dekabr

İlham Əliyev yenidən MOK prezidenti seçildi

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) dekabrın 1-də keçirilən VII hesabat-seçki baş məclisində Prezident İlham Əliyev yenidən MOK-un prezidenti seçilib.
Olimpizm 18 noyabr

BOK Rəhimovu Olimpiya medalından məhrum etdi

Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2008-ci ildə Pekində keçirilmiş Olimpiadada uğur qazanan bəzi idmançıların nəticəsini ləğv edib.
Olimpizm 08 noyabr

“İslam Həmrəyliyi oyunlarına 6 aydan çox vaxt qalıb, amma görülməli işlər çoxdur”

Bu gün IV İslam Həmrəyliyi oyunları Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 08 noyabr

Koordinasiya Komissiyasının 4-cü iclası öz işinə başladı

Bu gün Boulevard oteldə IV İslam Həmrəyliyi oyunlarına hazırlıq məqsədi ilə Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 25 oktyabr

Azərbaycanda Milli Antidopinq Agentliyi təsis ediləcək

Azərbaycanda Milli Antidopinq Agentliyinin (NADA) təsis edilməsi nəzərdə tutulur.
Olimpizm 24 oktyabr

İdmanda manipulyasiyaya görə cəzalar sərtləşdirilir

Azərbaycanda idman yarışlarında manipulyasiyaya görə cəzalar sərtləşdirilir.
Olimpizm 06 sentyabr

Olimpiya çempionumuza AGİN-də vəzifə verildi

Olimpiya və dünya çempionu Fərid Mansurova yeni vəzifə verilib.
Olimpizm 13 may

İslam Həmrəyliyi Oyunları Milli Olimpiya Komitələri üçün açıq gün keçirir

IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq işlərinin davamı olaraq bu gün Azərbaycan İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi (AİHOƏ) 39 İslam dövlətinin Milli Olimpiya Komitələrinin (MOK) üzvlərini qəbul edib.