11 avqust 2012 02:59

Azərbaycan - İtaliya - 0:2 (YENİLƏNİB)

Bu gün London Yay Olimpiya oyunlarında çıxışını davam etdirən boks yığmamızın iki üzvü yenidən rinqə çıxıb. Azerisport.az xəbər verir ki, bunlar 91 kq-da çıxış edən Teymur Məmmədovla 91 kq-dan artıq çəki dərəcəsində yarışan Məhəmmədrəsul Məcidov idi.
 
Xatırladaq ki, hər iki boksçumuz buna qədər Olimpiadada artıq iki görüş keçirmişdi. Teymur 1/8 finalda avstraliyalı Tapu Opetaya, 1/4 finalda isə belaruslu Sergey Korneyevə qalib gəlməklə yarımfinala çıxmışdı. Məcidov isə öncə konqolu Meji Mvanbaya, ardından rusiyalı Məhəmməd Ömərova qalib gəlmişdi. Hər iki boksçumuz özü üçün ən azı bürünc medalı təmin etsə də, bunun əyarını daha da yaxşılaşdırmaq üçün irəli getməyə ehtiyac vardı.
 
Teymur bu dəfə italiyalı Klemente Russonu mübarizədən kənarlaşdırmalıydı. 30 yaşlı bu boksçu 1/8 finalda Anqola boksçusunu nokautla məğlub etmiş, 1/4 finalda isə Kuba boksçusu Xose Larduetə qalib gəlmişdi – 12:10.
 
Məmmədovla Russo arasındakı görüşün ilk raundunda həmyerlimiz üstün olub - 3:2. İkinci raundda da Teymur qələbə qazanıb - 6:4. Amma təəssüf ki, son raundda Russo daha üstün olub və ümumi nəticədə 15:13 hesabıyla qalib gələrək, finala yüksəlib. Teymur isə yarışları bürünc medalla bitirmək məcburiyyətində qalıb.
 
Məcidovun da finala çıxmaq yolundakı rəqibi İtaliya təmsilçisi idi - Roberto Kamarelle. 32 yaşlı bu boksçu 1/8 finalda Ekvador boksçusunu 18:10 hesabı ilə məğlub etmişdi. 1/4 finalda isə Mərakeş boksçusunu 12:11 hesabı ilə üstələmişdi.
 
Məcidov ilk raundda bu rəqibini məğlub etməyi bacarıb – 6:4. İkinci hissədə eyni hesablı qələbəni italiyalı boksçu qazanıb – 4:6. Belədə, hər şeyə son raunnda aydınlıq gəlib. Çox təəssüf ki, sonda da rəqib boksçu üstün olub – 2:3. Nəticədə, Məmmədovun ardınca Məcidov da Olimpiada ilə vidalaşmalı olub. Təbii ki, bürünc medalla!

Похожие новости

Olimpizm 02 oktyabr

Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab

İsveçrənin Lozanna şəhərində 11-ci Beynəlxalq  Olimpiya Komitəsinin Beynəlxalq Atletlər Forumu (IAF) keçirilir.
Olimpizm 01 dekabr

İlham Əliyev yenidən MOK prezidenti seçildi

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) dekabrın 1-də keçirilən VII hesabat-seçki baş məclisində Prezident İlham Əliyev yenidən MOK-un prezidenti seçilib.
Olimpizm 18 noyabr

BOK Rəhimovu Olimpiya medalından məhrum etdi

Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2008-ci ildə Pekində keçirilmiş Olimpiadada uğur qazanan bəzi idmançıların nəticəsini ləğv edib.
Olimpizm 08 noyabr

“İslam Həmrəyliyi oyunlarına 6 aydan çox vaxt qalıb, amma görülməli işlər çoxdur”

Bu gün IV İslam Həmrəyliyi oyunları Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 08 noyabr

Koordinasiya Komissiyasının 4-cü iclası öz işinə başladı

Bu gün Boulevard oteldə IV İslam Həmrəyliyi oyunlarına hazırlıq məqsədi ilə Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 25 oktyabr

Azərbaycanda Milli Antidopinq Agentliyi təsis ediləcək

Azərbaycanda Milli Antidopinq Agentliyinin (NADA) təsis edilməsi nəzərdə tutulur.
Olimpizm 24 oktyabr

İdmanda manipulyasiyaya görə cəzalar sərtləşdirilir

Azərbaycanda idman yarışlarında manipulyasiyaya görə cəzalar sərtləşdirilir.
Olimpizm 06 sentyabr

Olimpiya çempionumuza AGİN-də vəzifə verildi

Olimpiya və dünya çempionu Fərid Mansurova yeni vəzifə verilib.
Olimpizm 13 may

İslam Həmrəyliyi Oyunları Milli Olimpiya Komitələri üçün açıq gün keçirir

IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq işlərinin davamı olaraq bu gün Azərbaycan İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi (AİHOƏ) 39 İslam dövlətinin Milli Olimpiya Komitələrinin (MOK) üzvlərini qəbul edib.