8 avqust 2012 23:15

Mariya Stadnik Olimpiadanı gümüş medalla başa vurdu (YENİLƏNİB)

Bu gün Azərbaycanın daha bir güləşçisi London Yay Olimpiya oyunlarında mübarizəyə qoşulub. Azerisport.az xəbər verir ki, bu, qadın güləşində qüvvəsini sınayacaq Mariya Stadnik idi.
 
48 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz mübarizəyə 1/8 finaldan başlayıb. Onun ilk rəqibi isə Klarissa Çun (ABŞ) olub. Təmsilçimiz ilk görüşünü 2:0, 3:0 hesablarıyla qalib başa vurub və növbəti mərhələyə adlayıb. 1/4 finalda Mariya polşalı Nina Matkovska ilə üz-üzə gəlib. Bu rəqibinə də heç bir şans verməyən Azərbaycan güləşçisi 2:0, 4:1 hesabıyla qalib gələrək, yarımfinala çıxıb. Finala çıxmaq yolunda idmançımızı Ukrayna təmsilçisi - İrini Merleni gözləyirdi. Mariya bu rəqibini də məğlub edib (1:0, 2:0) və adını finala yazdırıb.
 
Həlledici görüşdəki rəqib isə yaponiyalı Hitomi Obara idi. Mariya final görüşünə də möhtəşəm başlayıb. İlk yarıda təmsilçimiz 4:0 hesabıyla üstün olub. İkinci hissədə isə yapon güləşçi qalib gəlməyi bacarıb - 1:0. Bu üzdən hər şeyə son raundda aydınlıq gətirilib. Lakin təəssüf ki, bu raundda da yaponiyalı üstün olub - 2:0. Beləcə, Stadnik gümüş medalla kifayətlənməli olub.
 
Qeyd edək ki, Stadnik Pekin Olimpiadasının bürünc mükafatçısı idi. Hər halda bu dəfəki gümüş medal da ciddi uğurdu. Təbriklər, Mariya!

Похожие новости

Olimpizm 02 oktyabr

Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab

İsveçrənin Lozanna şəhərində 11-ci Beynəlxalq  Olimpiya Komitəsinin Beynəlxalq Atletlər Forumu (IAF) keçirilir.
Olimpizm 01 dekabr

İlham Əliyev yenidən MOK prezidenti seçildi

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) dekabrın 1-də keçirilən VII hesabat-seçki baş məclisində Prezident İlham Əliyev yenidən MOK-un prezidenti seçilib.
Olimpizm 18 noyabr

BOK Rəhimovu Olimpiya medalından məhrum etdi

Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2008-ci ildə Pekində keçirilmiş Olimpiadada uğur qazanan bəzi idmançıların nəticəsini ləğv edib.
Olimpizm 08 noyabr

“İslam Həmrəyliyi oyunlarına 6 aydan çox vaxt qalıb, amma görülməli işlər çoxdur”

Bu gün IV İslam Həmrəyliyi oyunları Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 08 noyabr

Koordinasiya Komissiyasının 4-cü iclası öz işinə başladı

Bu gün Boulevard oteldə IV İslam Həmrəyliyi oyunlarına hazırlıq məqsədi ilə Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 25 oktyabr

Azərbaycanda Milli Antidopinq Agentliyi təsis ediləcək

Azərbaycanda Milli Antidopinq Agentliyinin (NADA) təsis edilməsi nəzərdə tutulur.
Olimpizm 24 oktyabr

İdmanda manipulyasiyaya görə cəzalar sərtləşdirilir

Azərbaycanda idman yarışlarında manipulyasiyaya görə cəzalar sərtləşdirilir.
Olimpizm 06 sentyabr

Olimpiya çempionumuza AGİN-də vəzifə verildi

Olimpiya və dünya çempionu Fərid Mansurova yeni vəzifə verilib.
Olimpizm 13 may

İslam Həmrəyliyi Oyunları Milli Olimpiya Komitələri üçün açıq gün keçirir

IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq işlərinin davamı olaraq bu gün Azərbaycan İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi (AİHOƏ) 39 İslam dövlətinin Milli Olimpiya Komitələrinin (MOK) üzvlərini qəbul edib.