7 avqust 2012 18:34

Təmsilçilərimizin finaldakı bütün rəqibləri müəyyənləşdi

Azərbaycan kanoeçiləri Sergey Bezuqlıy və Maksim Prokopenkodan ibarət duetin 2012-ci il London Yay Olimpiya Oyunlarının əsas finalında rəqibləri müəyyənləşib. Azerisport.az xəbər verir ki, 2 nəfərlik qayıqla (C-2) 1000 metr məsafədə yarımfinal yürüşləri yekunlaşdıqdan sonra həlledici mərhələyə daha 6 vəsiqə sahibini tapıb.
 
İlk yarımfinal yürüşünün qalibi finişə 3 dəqiqə 36,456 saniyəyə çatmış Aleksey Korovaşkov – İlya Pervuxin dueti (Rusiya) olub. 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının qalibi Andrey Baqdanoviç – Aleksandr Baqdanoviç cütlüyü (Belarus) son anda birinci yeri əldən verib və rusiyalı duetdən cəmi 0,084 saniyə geri qalıb. 2011-ci ildə 500 metr məsafəyə yürüşdə dünya çempionu Liviu Lazar Dumitresku – Viktor Mixalaki dueti (Rumıniya) isə yürüşün axırıncı bölümündə ilk “3-lüy”ə düşməyi bacarıb və liderə cəmi 0,095 saniyə uduzub. Hər üç duet əsas finala yüksəlib. Sonrakı 2 yeri tutmuş Polşalı Martsin Qrjibovski – Tomaş Kaçor (3:37.695) və avstraliyalı Aleks Haas – Ceyk Donagey cütlüyü (3:52.018) 9 – 12-ci yerlər uğrunda mübarizəni nəzərdə tutan B finalında çıxış edəcəklər.
 
Digər yarımfinal yürüşündə isə ilk 3 yeri çinli Maosinq Huanq – Li Kianq (3:37.746), çexiyalı Yaroslav Radon – Filip Dvoryak (3:37.839) və kubalı Serxuey Torres – Xose Karlos Bulnes dueti (3:41.619) tutub. Onlar da əsas finala yüksəliblər. Braziliyalı Erlon Silva – Ronilson Oliveyra (3:42.101) və anqolalı Nelson Henrikes – Fortunato Pakavira (4:18.543) duetləri isə B finalında yarışacaqlar.
 
Avqustun 9-da Bakı vaxtı ilə saat 13:30-da startı veriləcək final yürüşündə Sergey Bezuqlıy – Maksim Prokopenko və Peter Kretşmer – Kurt Kuşela duetləri mərkəz zolaqlarda yer alacaqlar. Buna səbəb onların seçmə yürüşün qalibi olmalarıdır. Mərkəzi hissədə yer alanlar həm küləyin əks-təsirindən yayınır, həm də sol və sağdakı rəqibləri daha yaxşı görə bilirlər.
 
A finalı
 
1. Liviu Lazar-Dumitresku – Viktor Mixalaki (Rumıniya)
2. Yaroslav Radon – Filip Dvoryak (Çexiya)
3. Aleksey Korovaşkov – İlya Pervuxin (Rusiya)
4. Sergey Bezuqlıy – Maksim Prokopenko (AZƏRBAYCAN)
5. Peter Kretşmer – Kurt Kuşela (Almaniya)
6. Maosinq Huanq – Li Kianq (Çin)
7. Andrey Baqdanoviç – Aleksandr Baqdanoviç (Belarus)
8. Serxuey Torres – Xose Karlos Bulnes (Kuba)
 
 
B finalı
3. Aleks Haas – Ceyk Donagey (Avstraliya)
4. Erlon Silva – Ronilson Oliveyra (Braziliya)
5. Martsin Qrjibovski – Tomaş Kaçor (Polşa)
6. Nelson Henrikes – Fortunato Pakavira (Anqola)
 
Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidməti

Похожие новости

Olimpizm 02 oktyabr

Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab

İsveçrənin Lozanna şəhərində 11-ci Beynəlxalq  Olimpiya Komitəsinin Beynəlxalq Atletlər Forumu (IAF) keçirilir.
Olimpizm 01 dekabr

İlham Əliyev yenidən MOK prezidenti seçildi

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) dekabrın 1-də keçirilən VII hesabat-seçki baş məclisində Prezident İlham Əliyev yenidən MOK-un prezidenti seçilib.
Olimpizm 18 noyabr

BOK Rəhimovu Olimpiya medalından məhrum etdi

Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2008-ci ildə Pekində keçirilmiş Olimpiadada uğur qazanan bəzi idmançıların nəticəsini ləğv edib.
Olimpizm 08 noyabr

“İslam Həmrəyliyi oyunlarına 6 aydan çox vaxt qalıb, amma görülməli işlər çoxdur”

Bu gün IV İslam Həmrəyliyi oyunları Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 08 noyabr

Koordinasiya Komissiyasının 4-cü iclası öz işinə başladı

Bu gün Boulevard oteldə IV İslam Həmrəyliyi oyunlarına hazırlıq məqsədi ilə Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 25 oktyabr

Azərbaycanda Milli Antidopinq Agentliyi təsis ediləcək

Azərbaycanda Milli Antidopinq Agentliyinin (NADA) təsis edilməsi nəzərdə tutulur.
Olimpizm 24 oktyabr

İdmanda manipulyasiyaya görə cəzalar sərtləşdirilir

Azərbaycanda idman yarışlarında manipulyasiyaya görə cəzalar sərtləşdirilir.
Olimpizm 06 sentyabr

Olimpiya çempionumuza AGİN-də vəzifə verildi

Olimpiya və dünya çempionu Fərid Mansurova yeni vəzifə verilib.
Olimpizm 13 may

İslam Həmrəyliyi Oyunları Milli Olimpiya Komitələri üçün açıq gün keçirir

IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq işlərinin davamı olaraq bu gün Azərbaycan İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi (AİHOƏ) 39 İslam dövlətinin Milli Olimpiya Komitələrinin (MOK) üzvlərini qəbul edib.