6 avqust 2012 18:56

Təmsilçilərimizin London Olimpiadasındakı rəqibləri müəyyənləşdi

Azərbaycan kanoeçilərinin 2012-ci il London Yay Olimpiya Oyunlarında rəqibləri müəyyənləşib. Azerisport.az xəbər verir ki, bu növ üzrə digər reqatalardan fərqli olaraq, olimpiadada hər bir finalda 9 yox, 8 idmançı yer alacaq.
 
Əvəzində seçmə və yarımfinal mərhələlərində iştirakçıların sayı az olacaq. Təşkilatçıların əsas məqsədi tamaşaçıların daha çox yürüş izləmələrinə şərait yaratmaqdan ibarətdir. Bu səbəbdən, seçmə və yarımfinal mərhələlərində həm 2 nəfərlik qayıqla (C-2) 1000 metr məsafəyə yürüşdə Sergey Bezuqlıy – Maksim Prokopenko duetinin, həm də 1 nəfərlik qayıqla (C-1) 200 metr məsafəyə yürüşdə Valentin Demyanenkonun rəqibləri 7 deyil, 5 – 6 ölkəni təmsil edəcək.
 
Əvvəlcə mübarizəyə avqustun 7-də Bezuqlıy – Prokopenko dueti başlayacaq. Onların çıxış edəcəkləri 1000 metr məsafəyə 2 nəfərlik qayıqla yürüşdə üst-üstə 12 duet 2 bərabər qrupa bölünüb:
 
1-ci qrup
1. Aleks Haas – Ceyk Donagey (Avstraliya)
2. Maosinq Huanq – Li Kianq (Çin)
3. Yaroslav Radon – Filip Dvoryak (Çexiya)
4. Peter Kretşmer – Kurt Kuşela (Almaniya)
5. Aleksey Korovaşkov – İlya Pervuxin (Rusiya)
6. Martsin Qrjibovski – Tomaş Kaçor (Polşa)
 
2-ci qup
1. Nelson Henrikes – Fortunato Pakavira (Anqola)
2. Sergey Torres – Xose Karlos Bulnes (Kuba)
3. Liviu Lazar-Dumitresku – Viktor Mixalaki (Rumıniya)
4. Sergey Bezuqlıy – Maksim Prokopenko (AZƏRBAYCAN)
5. Andrey Baqdanoviç – Aleksandr Baqdanoviç (Belarus)
6. Erlon Silva – Ronilson Oliveyra (Braziliya)
 
Mübarizəyə Bakı vaxtı ilə saat 13:46-da start veriləcək. Seçmə yürüşlərdə hər qrupda ilk 2 yeri tutanlar birbaşa əsas finala yüksələcəklər. Qalan 10 cütlük yenidən 2 qrupa bölünəcək və həmin gün saat 15:09-da startı veriləcək yarımfinal yürüşlərinə qatılacaq. Yarımfinalda hər qrupda ilk 3 yeri tutanlar avqustun 9-da saat 13:30-da keçiriləcək final yürüşündə iştirak edəcəklər. Qalan yerlərin sahibləri isə 9-cu yer uğrunda mübarizəni nəzərdə tutan B finalında yarışacaqlar.
 
Avqustun 10-da isə Demyanenko start xəttinə çıxacaq. Onun çıxış edəcəyi 1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə seçmə mərhələnin 25 iştirakçısı 4 qrupa bölünüb:
 
 
1-ci qrup
1. Sebastian Marçak (Avstraliya)
2. Naoya Sakamoto (Yaponiya)
3. Ronilson Oliveyra (Braziliya)
4. Valentin Demyanenko (AZƏRBAYCAN)
5. Matyö Qubel (Fransa)
6. Andrey Yezyerski (İrlandiya)
7. Ceyson Makkumbs (Kanada)
 
2-ci qrup
1. Nelson Henrikes (Anqola)
2. Riçard Cefferis (Böyük Britaniya)
3. Pyotr Kuleta (Polşa)
4. İvan Ştıl (Rusiya)
5. Sebastian Brendel (Almaniya)
6. Xose Kristobal (Meksika)
 
3-cü qrup
1. Vadim Menkov (Özbəkistan)
2. Li Kianq (Çin)
3. Denis Xaraja (Belarus)
4. Alfonso Benavides (İspaniya)
5. Lyubomir Haqara (Slovakiya)
6. Rudolf Uilyams (Samoa)
 
4-cü qrup
1. Xaled Huseyn (Tunis)
2. Aleksandr Dyadçuk (Qazaxıstan)
3. Yevgeni Şuklin (Litva)
4. Yuri Çeban (Ukrayna)
5. Attila Vayda (Macarıstan)
6. Ndiatte Queye (Seneqal)
 
Mübarizəyə saat 13:51-də start veriləcək. Seçmə yürüşdə 4 qrup içərisində ən zəif nəticəni göstərmiş kanoeçi çıxışını dayandıracaq. Qalan 24 idmançı hər birində 6-sı olmaqla, yenidən 4 qrupa bölünəcək və həmin gün saat 15:30-dan etibarən yarımfinal yürüşlərinə qatılacaq. Bu mərhələdə isə hər bir qrupda ilk 2 yeri tutanlar əsas finala, qalanları B və C finallarına çıxacaqlar. Final yürüşləri avqustun 11-də saat 13:47-də başlayacaq.
 
Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidməti

Похожие новости

Olimpizm 02 oktyabr

Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab

İsveçrənin Lozanna şəhərində 11-ci Beynəlxalq  Olimpiya Komitəsinin Beynəlxalq Atletlər Forumu (IAF) keçirilir.
Olimpizm 01 dekabr

İlham Əliyev yenidən MOK prezidenti seçildi

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) dekabrın 1-də keçirilən VII hesabat-seçki baş məclisində Prezident İlham Əliyev yenidən MOK-un prezidenti seçilib.
Olimpizm 18 noyabr

BOK Rəhimovu Olimpiya medalından məhrum etdi

Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2008-ci ildə Pekində keçirilmiş Olimpiadada uğur qazanan bəzi idmançıların nəticəsini ləğv edib.
Olimpizm 08 noyabr

“İslam Həmrəyliyi oyunlarına 6 aydan çox vaxt qalıb, amma görülməli işlər çoxdur”

Bu gün IV İslam Həmrəyliyi oyunları Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 08 noyabr

Koordinasiya Komissiyasının 4-cü iclası öz işinə başladı

Bu gün Boulevard oteldə IV İslam Həmrəyliyi oyunlarına hazırlıq məqsədi ilə Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 25 oktyabr

Azərbaycanda Milli Antidopinq Agentliyi təsis ediləcək

Azərbaycanda Milli Antidopinq Agentliyinin (NADA) təsis edilməsi nəzərdə tutulur.
Olimpizm 24 oktyabr

İdmanda manipulyasiyaya görə cəzalar sərtləşdirilir

Azərbaycanda idman yarışlarında manipulyasiyaya görə cəzalar sərtləşdirilir.
Olimpizm 06 sentyabr

Olimpiya çempionumuza AGİN-də vəzifə verildi

Olimpiya və dünya çempionu Fərid Mansurova yeni vəzifə verilib.
Olimpizm 13 may

İslam Həmrəyliyi Oyunları Milli Olimpiya Komitələri üçün açıq gün keçirir

IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq işlərinin davamı olaraq bu gün Azərbaycan İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi (AİHOƏ) 39 İslam dövlətinin Milli Olimpiya Komitələrinin (MOK) üzvlərini qəbul edib.