6 avqust 2012 18:17

Elnur Məmmədli: London Olimpiadası qorxulu yuxudu

Azərbaycanlı cüdoçu, olimpiya çempionu Elnur Məmmədli (81 kq) azerisport.az saytına müsahibəsində London Olimpiadasındakı uğursuzluğundan danışıb.
 
- Artıq Londondakı çıxışınızdan altı gün keçib. Böyük Britaniya paytaxtında nə baş vermişdi?
- Mən London Olimpiadasına hazırlaşmışdım və medal qazanmaq istəyirdim. Düşünürdüm ki, kanadalı ilə görüşdə xüsusi problemlə üzləşmərəm. Özümü daha çox növbəti rəqibim olacaq Bartonla görüşə hazırlayırdım. Əsas rəqibim isə koreyalı idi. Amma elə alındı ki, elə ilk cəhddəcə məğlubiyyətlə üzləşdim.
 
- Hamı sizdən medal gözləyirdi. Bunu hiss edirdinizmi?
- Siz elə düşünürsüz ki, mən qələbə qazanmaq istəmirdim? Məgər istəməzdim ki, Londonda da hamını sevindirim? Mənim bu məğlubiyyətimlə barışmaq istəməyənləri başa düşürəm. Sadəcə, həmin gün məndə nəsə heç nə alınmadı. Əllərim və ayaqlarım mənim sözümə qulaq asmırdı. Hakimlər də mənim qələbə qazanmamağım üçün hər şeyi etdilər. Çünki növbəti rəqibim britaniyalı olacaqdı. Hakimlər də onun mübarizəni erkən dayandırmasını istəmirdilər.

- Bəs kanadalı idmançı bu qələbəyə layiq idi?
- Əgər məni gecə yarısı oyadıb desələr ki, ona qarşı döyüşməlisən, qələbə qazanaram. İnanın ki, mən ondan zəif deyildim. Amma belə alındı. Birinci hissədə daha fəal idim. Lakin hakimlər rəqibə passivliyə görə xəbərdarlıq etmədilər. Artıq onda hiss etdim ki, onlar mənim uğur qazanmağımı istəmirlər. Mənə azarkeşlik edən insanlar da bilməlidilər ki, mən elə-belə uduzmadım, buna məcbur etdilər. Əlbəttə, istənilən halda günah özümdədi. Rəqibə əsas vaxtda qalib gəlməli idim.
 
- İndi necə olacaq?
- Hələ bilmirəm. Olimpiadan sonra Avropa klub çempionatı keçiriləcək. Mən Almaniya klubunun heyətində çıxış edəcəyəm. Lakin hələ fikrimi cəmləməmişəm. Niyə uduzduğumu başa düşməliyəm. Dörd il idi Olimpiadaya hazırlaşırdım. Əvəzində hər şey mənim üçün bu cür yekunlaşdı.
 
- Bəlkə səbəb çəkidədi?
- Bu baxımdan özümü yaxşı hiss edirdim. Avropa çempionu oldum, iki dəfə Qrand-Pridə qalib gəldim. İndi siz məndən başqa şeyləri soruşmalı idiniz, kanadalıya məğlubiyyətimdən yox. Bu, sanki qorxulu bir yuxudu.
 
- Tənqidləri necə qəbul etdiniz?
- Mən tənqidləri qəbul edirəm. Məndən uğur gözləyirdilər. Pekindəki uğurdan sonra hamıda belə təəssürat yaranmışdı ki, bizim ikiqat olimpiya çempionumuz olacaq. Mənə azarkeşlik edənlərə, çətin vaxtlarda yanımda olanlara təşəkkürümü bildirirəm. Məhz belə anlarda əsl dostunun kim olduğunu bilirsən. Belə anlarda dəstək lazım olur.

- Cüdo yığmamızın çıxışını uğursuz saymaq olar?
- Pekində biz iki medal götürmüşdük – qızıl və bürünc. Londonda isə mükafatsız qaldıq. Bəzilərinin sadəcə bəxti gətirmədi. Bütövlükdə isə, çıxışımızı analiz etməyə ehtiyac var.
 
- Olimpiadanı izləyirsiz?
- Ancaq özümüzünkülərə baxıram. Rövşən Bayramova görə çox sevindim. O, “qızıl”a layiq olsa da, finalda uduzdu. Amma mən Rövşəni qalib hesab edirəm. İki dəfə Olimpiadanın finalına çıxmaq çempion olmaq deyil? Emin Əhmədova da əhsən! Həsən Əliyevdən də medal gözləyirəm. O, yaxşı formadadı.

Похожие новости

Olimpizm 02 oktyabr

Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab

İsveçrənin Lozanna şəhərində 11-ci Beynəlxalq  Olimpiya Komitəsinin Beynəlxalq Atletlər Forumu (IAF) keçirilir.
Olimpizm 01 dekabr

İlham Əliyev yenidən MOK prezidenti seçildi

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) dekabrın 1-də keçirilən VII hesabat-seçki baş məclisində Prezident İlham Əliyev yenidən MOK-un prezidenti seçilib.
Olimpizm 18 noyabr

BOK Rəhimovu Olimpiya medalından məhrum etdi

Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2008-ci ildə Pekində keçirilmiş Olimpiadada uğur qazanan bəzi idmançıların nəticəsini ləğv edib.
Olimpizm 08 noyabr

“İslam Həmrəyliyi oyunlarına 6 aydan çox vaxt qalıb, amma görülməli işlər çoxdur”

Bu gün IV İslam Həmrəyliyi oyunları Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 08 noyabr

Koordinasiya Komissiyasının 4-cü iclası öz işinə başladı

Bu gün Boulevard oteldə IV İslam Həmrəyliyi oyunlarına hazırlıq məqsədi ilə Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 25 oktyabr

Azərbaycanda Milli Antidopinq Agentliyi təsis ediləcək

Azərbaycanda Milli Antidopinq Agentliyinin (NADA) təsis edilməsi nəzərdə tutulur.
Olimpizm 24 oktyabr

İdmanda manipulyasiyaya görə cəzalar sərtləşdirilir

Azərbaycanda idman yarışlarında manipulyasiyaya görə cəzalar sərtləşdirilir.
Olimpizm 06 sentyabr

Olimpiya çempionumuza AGİN-də vəzifə verildi

Olimpiya və dünya çempionu Fərid Mansurova yeni vəzifə verilib.
Olimpizm 13 may

İslam Həmrəyliyi Oyunları Milli Olimpiya Komitələri üçün açıq gün keçirir

IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq işlərinin davamı olaraq bu gün Azərbaycan İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi (AİHOƏ) 39 İslam dövlətinin Milli Olimpiya Komitələrinin (MOK) üzvlərini qəbul edib.