7 avqust 2012 02:58

Məcidov da ən azı bürünc medalı təmin etdi! (YENİLƏNİB)

Bu gün London Yay Olimpiya oyunlarında çıxış edən boks yığmamızın daha bir üzvü rinqə çıxıb. Azerisport.az xəbər verir ki, bu, +91 kq çəki dərəcəsində yarışan Məhəmmədrəsul Məcidov idi.
 
Xatırladaq ki, Məcidov London rinqində artıq bir görüş keçirmişdi. 25 yaşlı boksçumuz Konqodan olan Meji Mvanbanı nokauta salaraq, vaxtından öncə qalib gəlmişdi. İndi isə təmsilçimiz Məhəmməd Ömərovu (Rusiya) mübarizədən kənarlaşdırmalıydı. Dağıstanlı boksçu artıq bir döyüş keçirib və ABŞ-dan olan rəqibi üzərində 19:8 hesabıyla qələbə qazanıb.
 
Məcidovun bu rəqibi ilə görüşünün ilk raundu sülhlə bitib - 4:4. İkinci raundda isə boksçumuz məğlub olur - 6:7. Son raundda isə boksçumuz daha güclü boks nümayiş etdirərək qələbə qazanıb - 7:3. Beləliklə, ümumi hesabda 17:14 hesabı ilə qalib başa vuran təmsilçimiz yarımfinala çıxmaqla yanaşı, həm də ən azı bürünc medalı özü üçün təmin edib.
 
Qeyd edək ki, Məcidovla yanaşı yığmamızın üzvlərindən hələlik yalnız Teymur Məmmədov (91 kq) inamla irəliləyir. O da yarımfinala vəsiqə qazanmaqla ən azı bürünc medalı özü üçün təmin edib. Digər boksçularımız isə təəssüf ki, uğursuzluqla üzləşiblər.

Похожие новости

Olimpizm 02 oktyabr

Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab

İsveçrənin Lozanna şəhərində 11-ci Beynəlxalq  Olimpiya Komitəsinin Beynəlxalq Atletlər Forumu (IAF) keçirilir.
Olimpizm 01 dekabr

İlham Əliyev yenidən MOK prezidenti seçildi

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) dekabrın 1-də keçirilən VII hesabat-seçki baş məclisində Prezident İlham Əliyev yenidən MOK-un prezidenti seçilib.
Olimpizm 18 noyabr

BOK Rəhimovu Olimpiya medalından məhrum etdi

Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2008-ci ildə Pekində keçirilmiş Olimpiadada uğur qazanan bəzi idmançıların nəticəsini ləğv edib.
Olimpizm 08 noyabr

“İslam Həmrəyliyi oyunlarına 6 aydan çox vaxt qalıb, amma görülməli işlər çoxdur”

Bu gün IV İslam Həmrəyliyi oyunları Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 08 noyabr

Koordinasiya Komissiyasının 4-cü iclası öz işinə başladı

Bu gün Boulevard oteldə IV İslam Həmrəyliyi oyunlarına hazırlıq məqsədi ilə Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 25 oktyabr

Azərbaycanda Milli Antidopinq Agentliyi təsis ediləcək

Azərbaycanda Milli Antidopinq Agentliyinin (NADA) təsis edilməsi nəzərdə tutulur.
Olimpizm 24 oktyabr

İdmanda manipulyasiyaya görə cəzalar sərtləşdirilir

Azərbaycanda idman yarışlarında manipulyasiyaya görə cəzalar sərtləşdirilir.
Olimpizm 06 sentyabr

Olimpiya çempionumuza AGİN-də vəzifə verildi

Olimpiya və dünya çempionu Fərid Mansurova yeni vəzifə verilib.
Olimpizm 13 may

İslam Həmrəyliyi Oyunları Milli Olimpiya Komitələri üçün açıq gün keçirir

IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq işlərinin davamı olaraq bu gün Azərbaycan İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi (AİHOƏ) 39 İslam dövlətinin Milli Olimpiya Komitələrinin (MOK) üzvlərini qəbul edib.