6 avqust 2012 22:58

Əliyevlə Təhmasibi medal qazana bilmədi (YENİLƏNİB)

Bu gün Azərbaycanın daha iki yunan-roma güləşçisi London Yay Olimpiya oyunlarında mübarizəyə qoşulub. Azerisport.az xəbər verir ki, bunlar Həsən Əliyevlə Səman Təhmasibi idi.
 
60 kq-da mübarizə aparan Həsən Əliyevin startdakı rəqibi norveçli Stiq-Andre Berge olub. O, bu görüşün ilk yarısını qələbə ilə başa vursa da, ikinci hissədə uduzub. Əlavə raundda isə məhz həmyerlimiz qalib gəlib və 1/4 finala adlayıb (1:0, 0:1, 2:0). Yarımfinal yolunda idmançımız cənubi koreyalı Jihyun Junq ilə mübarizə aparıb. Həsən bu görüşdə də 2:0, 1:0 hesabıyla qalib gələrək, yarımfinala vəsiqə qazanıb. Final yolundakı rəqib isə qonşu Gürcüstan təmsilçisi - Revaz Laşxi olub. Təəssüf ki, idmançımız bu gərgin görüşdən məğlub ayrılıb və qızıl medal şansını itirib. Buna baxmayaraq, onun hələ bürünc medal qazanmaq şansı var idi. Bunun üçün bir təsəlliverici görüşdə qalib gəlmək bəs edəcəkdi. Rəqib isə rusiyalı Zaur Kuramaqomedov idi. Əliyev hər iki hissəni məğlub başa vurub - 0:2, 0:2. Beləcə, güləşçimizin medal qazanmaq istəyi baş tutmayıb. 
 
84 kq çəki dərəcəsində yarışan Təhmasibi isə gürcüstanlı Vladimir Qeqeşidzeni mübarizədən kənarlaşdırmalı idi. O, bu görüşün ilk hissəsində uduzub - 0:2. İkinci raundda isə o, bunun əvəzini çıxmağı bacarır - 2:0. Çox təəssüf ki, əlavə hissədə Qeqeşidze qalib gəlib və Səmanın yolunu kəsib. Belədə güləşçimizə sadəcə gürcü rəqibinin finala çıxmasını arzulamaq qalırdı. Çünki belə olan halda Təhmasibi üçün bürünc medal uğrunda mübarizə aparmaq şansı yaranacaqdı. Amma gürcü güləşçi də yarımfinalda uduzub və Təhmasibi üçün Olimpiada medalını qazanmaq arzusu heçə enib.
 
Maraq üçün xatırladaq ki, yunan-roma güləşçilərimiz Londonda artıq iki medal qazanıblar. Rövşən Bayramov (55 kq) gümüş, Emin Əhmədov (74 kq) isə bürünc medala sahib çıxıb.

Похожие новости

Olimpizm 02 oktyabr

Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab

İsveçrənin Lozanna şəhərində 11-ci Beynəlxalq  Olimpiya Komitəsinin Beynəlxalq Atletlər Forumu (IAF) keçirilir.
Olimpizm 01 dekabr

İlham Əliyev yenidən MOK prezidenti seçildi

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) dekabrın 1-də keçirilən VII hesabat-seçki baş məclisində Prezident İlham Əliyev yenidən MOK-un prezidenti seçilib.
Olimpizm 18 noyabr

BOK Rəhimovu Olimpiya medalından məhrum etdi

Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2008-ci ildə Pekində keçirilmiş Olimpiadada uğur qazanan bəzi idmançıların nəticəsini ləğv edib.
Olimpizm 08 noyabr

“İslam Həmrəyliyi oyunlarına 6 aydan çox vaxt qalıb, amma görülməli işlər çoxdur”

Bu gün IV İslam Həmrəyliyi oyunları Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 08 noyabr

Koordinasiya Komissiyasının 4-cü iclası öz işinə başladı

Bu gün Boulevard oteldə IV İslam Həmrəyliyi oyunlarına hazırlıq məqsədi ilə Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 25 oktyabr

Azərbaycanda Milli Antidopinq Agentliyi təsis ediləcək

Azərbaycanda Milli Antidopinq Agentliyinin (NADA) təsis edilməsi nəzərdə tutulur.
Olimpizm 24 oktyabr

İdmanda manipulyasiyaya görə cəzalar sərtləşdirilir

Azərbaycanda idman yarışlarında manipulyasiyaya görə cəzalar sərtləşdirilir.
Olimpizm 06 sentyabr

Olimpiya çempionumuza AGİN-də vəzifə verildi

Olimpiya və dünya çempionu Fərid Mansurova yeni vəzifə verilib.
Olimpizm 13 may

İslam Həmrəyliyi Oyunları Milli Olimpiya Komitələri üçün açıq gün keçirir

IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq işlərinin davamı olaraq bu gün Azərbaycan İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi (AİHOƏ) 39 İslam dövlətinin Milli Olimpiya Komitələrinin (MOK) üzvlərini qəbul edib.