5 avqust 2012 23:55

Azərbaycan Olimpiadada bir gündə iki medala sevindi (YENİLƏNİB)

Bu gün Azərbaycanın yunan-roma güləşçiləri London Yay Olimpiya oyunlarında mübarizəyə start veriblər. Azerisport.az xəbər verir ki, yarışların ilk günündə millimizin iki üzvü öz qüvvəsini sınayıb. Bunlar Rövşən Bayramovla Emin Əhmədov idi.
 
Belə ki, 55 kq-da mübarizə aparan Rövşən Bayramovun startdakı – 1/16 final mərhələsindəki rəqibi rusiyalı Minqiyan Semyonov olub. Həmyerlimiz bu rəqibini məğlub edib - 1:0, 1:0. Ardından Rövşən amerikalı Tomas Manqoya da eyni aqibəti yaşadıb - 4:0, 4:0. Yarımfinala çıxmaq yolundakı rəqib çinli Li Şujin idi. Bayramov bu rəqibini də məğlub etməyi (3:0, 2:0) və yarımfinala çıxmağı bacarıb. Finala çıxmaq yolunda eyni aqibəti cənubi koreyalı Qyujin Çoya da yaşatmaq lazım idi. Rövşən bunu da bacarıb - 1:0, 2:0. Nəhayət, Bayramovun finaldakı rəqibi iranlı Soryan Reyhanpur olub. Təəssüf ki, Rövşən Pekində olduğu kimi, bu dəfə də finalda uduzub (0:2, 0:1) və gümüş medalla kifayətlənməli olub.
 
Hər halda bu da Azərbaycan üçün böyük uğur sayıla bilər. Bayramov Londonda ikinci medalımızın müəllifidi. Ondan öncə ağır atletika üzrə yığmamızın üzvü Valentin Xristov bürünc medal qazanmışdı.
 
74 kq çəki dərəcəsində yarışacaq Emin Əhmədov isə mübarizəyə birbaşa 1/8 finaldan qoşulub. O, İslam Tolba (Misir) – Neven Zuqay (Xorvatiya) cütünün qalibi ilə güləşəcəkdi. Emin sonda xorvatla üz-üzə gəlməli olub və onu məğlub edib - 4:0, 1:0. Onun növbəti rəqibi gürcü Zurab Datunaşvili idi. İlk hissədə gürcü idmançı güclü olub - 3:0. Amma ikinci hissədə Emin bunun əvəzini çxımağı bacarıb - 3:0. Üçüncü hissədə isə Emin möhtəşəm çıxış edərək, 4:0 hesabıyla qələbə qazanıb və yarımfinala yüksəlib. Yarımfinaldakı rəqib erməni idmançı Arsen Julfalakyan idi. Çox təəssüf ki, Emin bu görüşdə 0:2, 0:3 hesabıyla uduzaraq, finala çıxa bilməyib. Amma Əhmədov bir təsəlliverici görüşdə qələbə qazanmaqla Azərbaycana bürünc medal qazandıra bilərdi. Bu yolda onun rəqibi Belarus idmançısı Aleksandr Kikinov olub. Güləşçimiz ilk hissədə ona uduzub - 0:2. İkinci yarıda isə Emin bunun əvəzini çıxıb (2:0) və görüşü üçüncü hissəyə daşıyıb. Əlavə raundda isə yenə Emin qələbə qazanıb - 1:0. Beləliklə, Bayramovun ardınca Əhmədov da Azərbaycana medal qazandırıb. Bürünc də olsa, hər halda bu da uğurdu. Hər iki güləşçimizi təbrik edirik!

Похожие новости

Olimpizm 02 oktyabr

Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab

İsveçrənin Lozanna şəhərində 11-ci Beynəlxalq  Olimpiya Komitəsinin Beynəlxalq Atletlər Forumu (IAF) keçirilir.
Olimpizm 01 dekabr

İlham Əliyev yenidən MOK prezidenti seçildi

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) dekabrın 1-də keçirilən VII hesabat-seçki baş məclisində Prezident İlham Əliyev yenidən MOK-un prezidenti seçilib.
Olimpizm 18 noyabr

BOK Rəhimovu Olimpiya medalından məhrum etdi

Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2008-ci ildə Pekində keçirilmiş Olimpiadada uğur qazanan bəzi idmançıların nəticəsini ləğv edib.
Olimpizm 08 noyabr

“İslam Həmrəyliyi oyunlarına 6 aydan çox vaxt qalıb, amma görülməli işlər çoxdur”

Bu gün IV İslam Həmrəyliyi oyunları Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 08 noyabr

Koordinasiya Komissiyasının 4-cü iclası öz işinə başladı

Bu gün Boulevard oteldə IV İslam Həmrəyliyi oyunlarına hazırlıq məqsədi ilə Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 25 oktyabr

Azərbaycanda Milli Antidopinq Agentliyi təsis ediləcək

Azərbaycanda Milli Antidopinq Agentliyinin (NADA) təsis edilməsi nəzərdə tutulur.
Olimpizm 24 oktyabr

İdmanda manipulyasiyaya görə cəzalar sərtləşdirilir

Azərbaycanda idman yarışlarında manipulyasiyaya görə cəzalar sərtləşdirilir.
Olimpizm 06 sentyabr

Olimpiya çempionumuza AGİN-də vəzifə verildi

Olimpiya və dünya çempionu Fərid Mansurova yeni vəzifə verilib.
Olimpizm 13 may

İslam Həmrəyliyi Oyunları Milli Olimpiya Komitələri üçün açıq gün keçirir

IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq işlərinin davamı olaraq bu gün Azərbaycan İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi (AİHOƏ) 39 İslam dövlətinin Milli Olimpiya Komitələrinin (MOK) üzvlərini qəbul edib.