5 avqust 2012 00:37

Zairov Olimpiadanı altıncı pillədə başa vurdu (YENİLƏNİB)

Bu gün London Yay Olimpiadasında daha bir ağırlıqqaldıranımız mübarizəyə qoşulub. Azerisport.az xəbər verir ki, bu, 94 kq çəki dərəcəsində çıxış edəcək İntiqam Zairov idi.
 
O, təsnifat mərhələsində A qrupunda mübarizə aparırdı. Zairov Bakı vaxtı ilə saat 23:00-da start götürən yarışda həm bu qrupda, həm də final mərhələsində bütün rəqiblərini qabaqlamağa çalışıb. İlkin mərhələdə İntiqam 10 atletlə mübarizə aparıb.
 
İntiqam birdənqaldırmada 175 kq sifariş verib. İdmançımız bu çəkini qaldırsa da, hakimlər nədənsə bunu hesaba almayıblar. İkinci cəhdində Zairov bu çəkinin öhdəsindən növbəti dəfə gəlməyi bacarıb və bu dəfə hakimlər də bunu qeydə alıblar. Üçüncü yanaşmada isə o, 182 kq-ı da qaldırmağı bacarıb. İntiqam birdənqaldırmada yalnız qazaxıstanlı, rusiyalı və cənubi koreyalı atletlərdən (hər üçü 185 kq qaldırıb), həmçinin iranlı idmançıdan (103 kq) geri qalıb.
 
Atletimiz təkanlaqaldırmada ilk cəhd üçün 215 kq sifariş verib və bunu qaldırmağı bacarıb. İkinci cəhddə o, 223 kq sifariş versə də, bu çəkinin öhdəsindən gələ bilməyib. Üçüncü cəhd üçün isə, İntiqam bir qədər də riskə gedərək, 225 kq sifariş verməyi qərara alıb. Çox təəssüf ki, o, bu çəkinin də öhdəsindən gələ bilməyib.
 
Beləliklə, iki hərəkətin cəmində İntiqam sadəcə altıncı yeri tuta bilib - 397 kq. Çempion qazaxıstanlı İlia İlyin olub - 418 kq! Qeyd edək ki, bu, yeni olimpiya və dünya rekordu olub. İkinci yeri isə rusiyalı Aleksandr İvanov tutub - 409 kq. Moldovalı Anatoli Siriqu isə üçüncü olub - 407 kq. 
 
Qeyd edək ki, ağır atletika yığmamızın artıq dörd üzvü Londonda öz qüvvəsini sınayıb. Onlardan Boyanka Kostova (58 kq) beşinci, Sərdar Həsənov (69 kq) səkkizinci olub, Əfqan Bayramov (69 kq) isə çıxışını erkən başa vurub. Yığmamızın daha bir üzvü Valentin Xristov (56 kq) isə Azərbaycanın bu Olimpiadadakı yeganə medalının (bürünc) sahibi olub.

Похожие новости

Olimpizm 02 oktyabr

Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab

İsveçrənin Lozanna şəhərində 11-ci Beynəlxalq  Olimpiya Komitəsinin Beynəlxalq Atletlər Forumu (IAF) keçirilir.
Olimpizm 01 dekabr

İlham Əliyev yenidən MOK prezidenti seçildi

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) dekabrın 1-də keçirilən VII hesabat-seçki baş məclisində Prezident İlham Əliyev yenidən MOK-un prezidenti seçilib.
Olimpizm 18 noyabr

BOK Rəhimovu Olimpiya medalından məhrum etdi

Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2008-ci ildə Pekində keçirilmiş Olimpiadada uğur qazanan bəzi idmançıların nəticəsini ləğv edib.
Olimpizm 08 noyabr

“İslam Həmrəyliyi oyunlarına 6 aydan çox vaxt qalıb, amma görülməli işlər çoxdur”

Bu gün IV İslam Həmrəyliyi oyunları Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 08 noyabr

Koordinasiya Komissiyasının 4-cü iclası öz işinə başladı

Bu gün Boulevard oteldə IV İslam Həmrəyliyi oyunlarına hazırlıq məqsədi ilə Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 25 oktyabr

Azərbaycanda Milli Antidopinq Agentliyi təsis ediləcək

Azərbaycanda Milli Antidopinq Agentliyinin (NADA) təsis edilməsi nəzərdə tutulur.
Olimpizm 24 oktyabr

İdmanda manipulyasiyaya görə cəzalar sərtləşdirilir

Azərbaycanda idman yarışlarında manipulyasiyaya görə cəzalar sərtləşdirilir.
Olimpizm 06 sentyabr

Olimpiya çempionumuza AGİN-də vəzifə verildi

Olimpiya və dünya çempionu Fərid Mansurova yeni vəzifə verilib.
Olimpizm 13 may

İslam Həmrəyliyi Oyunları Milli Olimpiya Komitələri üçün açıq gün keçirir

IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq işlərinin davamı olaraq bu gün Azərbaycan İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi (AİHOƏ) 39 İslam dövlətinin Milli Olimpiya Komitələrinin (MOK) üzvlərini qəbul edib.