3 avqust 2012 18:46

London Olimpiadasında daha bir təmsilçimiz çıxışını başa vurdu (YENİLƏNİB)

Bu gün Azərbaycanın yüngül atletika yığmasının üzvü Dmitri Marşin London Yay Olimpiadasında mübarizəyə başlayıb. Azerisport.az xəbər verir ki, o, yüngül atletikanın çəkicatma idman növü üzrə yarışlarda qüvvəsini sınayıb.
 
Marşin mübarizəyə təsnifat mərhələsindən başlayıb. Həmyerlimiz 21 atletin yer aldığı B qrupunda mübarizə aparırdı. Final mərhələsinə vəsiqə qazanmaq üçün öncə təsnifat mərhələsində qaliblər sırasında yer almaq lazım idi.
 
İdmançımızın ilk cəhdi 72.06 metr məsafə olur. İkinci cəhdində isə atışı düzgün yerinə yetirmədiyi üçün, nəticəsi qeydə alınmır. Lakin sonuncu atışında o, ilk nəticəsini cüzi də olsa, yaxşılaşdıra bilir - 72.85.
 
Bu nəticə idmançımızın final mərhələsinə düşməsi üçün yetərli deyil. Çünki ondan daha yaxşı göstəriciyə imza atan çəkicatanlar var. Beləliklə, Marşin də Olimpiada ilə erkən vidalaşan idmançılarımızın sırasına qoşulur.

Похожие новости

Olimpizm 02 oktyabr

Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab

İsveçrənin Lozanna şəhərində 11-ci Beynəlxalq  Olimpiya Komitəsinin Beynəlxalq Atletlər Forumu (IAF) keçirilir.
Olimpizm 01 dekabr

İlham Əliyev yenidən MOK prezidenti seçildi

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) dekabrın 1-də keçirilən VII hesabat-seçki baş məclisində Prezident İlham Əliyev yenidən MOK-un prezidenti seçilib.
Olimpizm 18 noyabr

BOK Rəhimovu Olimpiya medalından məhrum etdi

Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2008-ci ildə Pekində keçirilmiş Olimpiadada uğur qazanan bəzi idmançıların nəticəsini ləğv edib.
Olimpizm 08 noyabr

“İslam Həmrəyliyi oyunlarına 6 aydan çox vaxt qalıb, amma görülməli işlər çoxdur”

Bu gün IV İslam Həmrəyliyi oyunları Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 08 noyabr

Koordinasiya Komissiyasının 4-cü iclası öz işinə başladı

Bu gün Boulevard oteldə IV İslam Həmrəyliyi oyunlarına hazırlıq məqsədi ilə Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 25 oktyabr

Azərbaycanda Milli Antidopinq Agentliyi təsis ediləcək

Azərbaycanda Milli Antidopinq Agentliyinin (NADA) təsis edilməsi nəzərdə tutulur.
Olimpizm 24 oktyabr

İdmanda manipulyasiyaya görə cəzalar sərtləşdirilir

Azərbaycanda idman yarışlarında manipulyasiyaya görə cəzalar sərtləşdirilir.
Olimpizm 06 sentyabr

Olimpiya çempionumuza AGİN-də vəzifə verildi

Olimpiya və dünya çempionu Fərid Mansurova yeni vəzifə verilib.
Olimpizm 13 may

İslam Həmrəyliyi Oyunları Milli Olimpiya Komitələri üçün açıq gün keçirir

IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq işlərinin davamı olaraq bu gün Azərbaycan İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi (AİHOƏ) 39 İslam dövlətinin Milli Olimpiya Komitələrinin (MOK) üzvlərini qəbul edib.