3 avqust 2012 00:54

Ağacan Əbiyev London Olimpiadasından kənarlaşdırıldı

London Yay Olimpiadası çərçivəsində təşkil olunan boks yarışlarının 1/8 final mərhələsində yaponiyalı Şatori Şimizu və azərbaycanlı Məhəmməd Əbdülhəmidov arasında keçirilən görüşün baş hakimi evə göndərilib. Azerisport.az xəbər verir ki, türkmənistanlı referi İşanquli Meretniyazov ədalətli hakimlik etməməkdə ittiam olunur.

Qeyd edək ki, Şimizu ilə Əbdülhəmidov arasındakı görüş böyük qalmaqala səbəb oldu. 56 kq-da mübarizə aparan boksçuların duelində ilk raundu boksçumuz öndə tamamlamışdı - 4:2. Elə ikinci raundda da Əbdülhəmidov qalib gəldi - 8:3. Son raundda isə hər şey tərsinə cərəyan edib. Belə ki, boksçumuz ilk raundlardan fərqli çox zəif döyüş nümayiş etdirməsi azmış kimi, tez-tez yerə yıxılmağa başladı. Ayaq üstə dura bilməyən Məhəmməd bununla rəqibinə də çoxlu zərbə vurmaq imkanı yaratdı. Hakimin də məhz bu zamankı idarəçiliyi və qərarları ona baha başa gəlib. Qeyd edək ki, referi Əbdülhəmidovun hər dəfə ayağa qalxıb görüşü davam etdirməsinə imkan yaratmışdı. Nəticədə, rəqibin son raunddakı 12:10 hesablı qələbəsi Əbdülhəmidovun 22:17 hesabı ilə qalib gəlməsinə mane olmamışdı.
 
Lakin sonradan yaponların bu nəticədən və hakimlikdən şikayəti Əbdülhəmidova texniki məğlubiyyətlə nəticələndi. Bu azmış kimi, görüşün hakimi də cəzasız qalmadı.

Azərbaycanın bu qalmaqallı görüşlə əlaqədar itkisi təkcə Əbdülhəmidovun diskvalifikasiya olunması ilə bağlı deyil. Belə ki, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Ağacan Əbiyev də yarışlardan kənarlaşdırılıb. Onun davranış qaydalarını pozduğu iddia olunur.

Похожие новости

Olimpizm 02 oktyabr

Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab

İsveçrənin Lozanna şəhərində 11-ci Beynəlxalq  Olimpiya Komitəsinin Beynəlxalq Atletlər Forumu (IAF) keçirilir.
Olimpizm 01 dekabr

İlham Əliyev yenidən MOK prezidenti seçildi

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) dekabrın 1-də keçirilən VII hesabat-seçki baş məclisində Prezident İlham Əliyev yenidən MOK-un prezidenti seçilib.
Olimpizm 18 noyabr

BOK Rəhimovu Olimpiya medalından məhrum etdi

Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2008-ci ildə Pekində keçirilmiş Olimpiadada uğur qazanan bəzi idmançıların nəticəsini ləğv edib.
Olimpizm 08 noyabr

“İslam Həmrəyliyi oyunlarına 6 aydan çox vaxt qalıb, amma görülməli işlər çoxdur”

Bu gün IV İslam Həmrəyliyi oyunları Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 08 noyabr

Koordinasiya Komissiyasının 4-cü iclası öz işinə başladı

Bu gün Boulevard oteldə IV İslam Həmrəyliyi oyunlarına hazırlıq məqsədi ilə Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 25 oktyabr

Azərbaycanda Milli Antidopinq Agentliyi təsis ediləcək

Azərbaycanda Milli Antidopinq Agentliyinin (NADA) təsis edilməsi nəzərdə tutulur.
Olimpizm 24 oktyabr

İdmanda manipulyasiyaya görə cəzalar sərtləşdirilir

Azərbaycanda idman yarışlarında manipulyasiyaya görə cəzalar sərtləşdirilir.
Olimpizm 06 sentyabr

Olimpiya çempionumuza AGİN-də vəzifə verildi

Olimpiya və dünya çempionu Fərid Mansurova yeni vəzifə verilib.
Olimpizm 13 may

İslam Həmrəyliyi Oyunları Milli Olimpiya Komitələri üçün açıq gün keçirir

IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq işlərinin davamı olaraq bu gün Azərbaycan İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi (AİHOƏ) 39 İslam dövlətinin Milli Olimpiya Komitələrinin (MOK) üzvlərini qəbul edib.