1 avqust 2012 00:55

Əfqan Bayramovdan fiasko , Sərdar Həsənov səkkizinci oldu (YENİLƏNİB)

Bu gün Azərbaycanın ağırlıqqaldırma üzrə yığmasının daha iki üzvü London olimpiadasında qüvvəsini sınayıb. Azerisport.az xəbər verir ki, bunlar 69 kq çəki dərəcəsində mübarizə aparacaq Sərdar Həsənov və Əfqan Bayramov idi.

Qeyd edək ki, Sərdar Həsənov B qrupunda yarışıb. Hansı ki, bu qrupda mübarizə daha tez başlayıb. Sərdar birdənqaldırma yarışlarında ilk cəhdi üçün öncə 135, son anda 138 kq sifariş edib. Atletimiz ilk cəhdində bu ağırlığı qaldırmağı bacarıb. İkinci cəhdində Sərdar 145 kq sifariş verib və bunun da öhdəsindən gəlib. Son olaraq 150 kq sifariş verən təmsilçimiz bu cəhdində uğursuzluqla üzləşir. Birdənqaldırmada yekun nəticədə Sərdardan daha yaxşı nəticəni ekvadorlu idmançı göstərir - 148 kq. 145 kq çəkini isə Həsənovla yanaşı KXDR və Türkmənistan idmançıları da qaldırıb.
 
Təkanlaqaldırmada ilkin sifariş 167 kq idi. Həsənov ilk cəhdində uğurlu olub. O, ikinci cəhdində 176 kq çəkinin də öhdəsindən gəlib. Amma son cəhdində 181 kq sifariş edən atletimiz uğursuz çıxışla yadda qalıb. İki hərəkətin cəminə görə yekun nəticə - 321 kq. Venesuela (328 kq) və KXDR (329 kq) atletləri Sərdardan daha güclü çıxıblar. Lakin bu çəki dərəcəsində qaliblərin kimliyi digər yarımqrupdakı görüşlər başa çatandan sonra bilinib.

Əfqan Bayramov isə A qrupunda yarışıb. O, birdənqaldırma yarışlarında podiuma ilk olaraq 142 kq üçün çıxıb və bunun öhdəsindən gələ bilməyib. Çox təəssüf ki, növbəti iki cəhdi də boşa çıxan atletimiz bu üzdən birbaşa təkanlaqaldırma yarışlarından da kənar qalıb və mübarizəni dayandırmalı olub.
 
Hər iki yarımqrupda yarışlar bitdikdən sonra yekun nəticə məlum olub. Beləliklə, Əfqan Bayramov bu çəki dərəcəsində yer tuta bilməyib. Öz yarımqrupunda üçüncü olmuş Sərdar Həsənov isə sonda səkkizinci olub.
 
Maraq üçün bildirək ki, ağırlıqqaldırma yığmamızın üzvlərindən artıq ikisi London Olimpiadasında qüvvəsini sınayıb. Valentin Xristov (56 kq) bürünc medal qazanaraq, yığmamızın ilk uğuruna imza atıb. Boyanka Kostova (58 kq) isə turniri 5-ci pillədə başa vurub.

Похожие новости

Olimpizm 02 oktyabr

Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab

İsveçrənin Lozanna şəhərində 11-ci Beynəlxalq  Olimpiya Komitəsinin Beynəlxalq Atletlər Forumu (IAF) keçirilir.
Olimpizm 01 dekabr

İlham Əliyev yenidən MOK prezidenti seçildi

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) dekabrın 1-də keçirilən VII hesabat-seçki baş məclisində Prezident İlham Əliyev yenidən MOK-un prezidenti seçilib.
Olimpizm 18 noyabr

BOK Rəhimovu Olimpiya medalından məhrum etdi

Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2008-ci ildə Pekində keçirilmiş Olimpiadada uğur qazanan bəzi idmançıların nəticəsini ləğv edib.
Olimpizm 08 noyabr

“İslam Həmrəyliyi oyunlarına 6 aydan çox vaxt qalıb, amma görülməli işlər çoxdur”

Bu gün IV İslam Həmrəyliyi oyunları Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 08 noyabr

Koordinasiya Komissiyasının 4-cü iclası öz işinə başladı

Bu gün Boulevard oteldə IV İslam Həmrəyliyi oyunlarına hazırlıq məqsədi ilə Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 25 oktyabr

Azərbaycanda Milli Antidopinq Agentliyi təsis ediləcək

Azərbaycanda Milli Antidopinq Agentliyinin (NADA) təsis edilməsi nəzərdə tutulur.
Olimpizm 24 oktyabr

İdmanda manipulyasiyaya görə cəzalar sərtləşdirilir

Azərbaycanda idman yarışlarında manipulyasiyaya görə cəzalar sərtləşdirilir.
Olimpizm 06 sentyabr

Olimpiya çempionumuza AGİN-də vəzifə verildi

Olimpiya və dünya çempionu Fərid Mansurova yeni vəzifə verilib.
Olimpizm 13 may

İslam Həmrəyliyi Oyunları Milli Olimpiya Komitələri üçün açıq gün keçirir

IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq işlərinin davamı olaraq bu gün Azərbaycan İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi (AİHOƏ) 39 İslam dövlətinin Milli Olimpiya Komitələrinin (MOK) üzvlərini qəbul edib.