1 avqust 2012 03:14
Hacıəliyev də Olimpiada ilə vidalaşdı (YENİLƏNİB)
Bu gün London Olimpiadasında boks yığmamızın daha bir üzvü ilk döyüşünə çıxıb. Azerisport.az xəbər verir ki, bu, 64 kq çəki dərəcəsində mübarizə aparan Heybətulla Hacıəliyev də Olimpiadaya start verib.
Qeyd edək ki, Hacıəliyev mübarizəyə 1/16 final mərhələsindən başlayıb. O, 1/8 finala adlamaq üçün tunisli Huya Abdurrazzakı mübarizədən kənarlaşdırmalı idi. Heybətulla bu rəqibini ilk raundda 6:3 hesabıyla üstələyib. İkinci raunnda hər iki boksçu bərabər səviyyəli döyüş nümayiş etdiriblər - 5:5. Son raundda isə tunisli 11:5 hesabıyla üstün olmağı bacarıb. Beləcə, yekun nəticədə idmançımız 16:19 hesabıyla uduzaraq, Olimpiada ilə vidalaşıb.
Hacıəliyevdən öncə boks yığmamızın artıq üç üzvü London rinqinə ayaq basmışdı. Soltan Migitinov (75 kq) turnirə uğurla start verib və 1/8 finala yüksəlib. Lakin Elvin Məmişzadə (52 kq) və Vətən Hüseynli (81 kq) elə ilk döyüşündəcə uduzub.
