31 iyul 2012 13:21

Daha üç təmsilçimiz Londona yollandı (FOTO)

XXX Yay Olimpiya Oyunlarında mübarizə aparacaq Azərbaycanın kanoe üzrə milli komandası Böyük Britaniyanın paytaxtı Londona yollanıb. Azerisport.az xəbər verir ki, baş məşqçi Aleksandr Kolıbelnikov və məşqçi Anatoli Dudnikin rəhbərlik etdiyi yığmamızın tərkibi 3 qat dünya və 4 qat Avropa çempionu Valentin Demyanenko, eləcə də Avropa çempionları Sergey Bezuqlıy və Maksim Prokopenkodan ibarətdi.
 
Onlar Polşanın Ostroda şəhərində 3 ayadək davam edən təlim-məşq toplanışını tamamlayaraq, olimpiada məkanına üz tutublar. Kanoeçilərimiz hazırlığın yekun mərhələsini elə Londonda keçirəcəklər. Kanoeçilərimiz Böyük Britaniya paytaxtında yarış məkanı sayılan “Eton Dorney” Avarçəkmə Mərkəzi yaxınlığındakı mehmanxanada məskunlaşacaqlar.
 
Qeyd edək ki, 2012- ci il London Yay Olimpiya Oyunlarında Valentin Demyanenko 1 nəfərlik qayıqla (C-1) 200 metr, Sergey Bezuqlıy – Maksim Prokopenko dueti isə 2 nəfərlik qayıqla (C-2) 1000 metr məsafəyə yürüşlərə qatılacaq. Bezuqlıy – Prokopenko cütlüyü avqustun 7-də start xəttinə çıxacaq. Həmin gün seçmə və yarımfinal yürüşləri, avqustun 9-da final yürüşü baş tutacaq. Demyanenko isə avqustun 10-da mübarizəyə qatılacaq. Həmin gün seçmə və yarımfinal yürüşləri, avqustun 11-də final yürüşü keçiriləcək.
 
Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidməti

Похожие новости

Olimpizm 02 oktyabr

Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab

İsveçrənin Lozanna şəhərində 11-ci Beynəlxalq  Olimpiya Komitəsinin Beynəlxalq Atletlər Forumu (IAF) keçirilir.
Olimpizm 01 dekabr

İlham Əliyev yenidən MOK prezidenti seçildi

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) dekabrın 1-də keçirilən VII hesabat-seçki baş məclisində Prezident İlham Əliyev yenidən MOK-un prezidenti seçilib.
Olimpizm 18 noyabr

BOK Rəhimovu Olimpiya medalından məhrum etdi

Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2008-ci ildə Pekində keçirilmiş Olimpiadada uğur qazanan bəzi idmançıların nəticəsini ləğv edib.
Olimpizm 08 noyabr

“İslam Həmrəyliyi oyunlarına 6 aydan çox vaxt qalıb, amma görülməli işlər çoxdur”

Bu gün IV İslam Həmrəyliyi oyunları Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 08 noyabr

Koordinasiya Komissiyasının 4-cü iclası öz işinə başladı

Bu gün Boulevard oteldə IV İslam Həmrəyliyi oyunlarına hazırlıq məqsədi ilə Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 25 oktyabr

Azərbaycanda Milli Antidopinq Agentliyi təsis ediləcək

Azərbaycanda Milli Antidopinq Agentliyinin (NADA) təsis edilməsi nəzərdə tutulur.
Olimpizm 24 oktyabr

İdmanda manipulyasiyaya görə cəzalar sərtləşdirilir

Azərbaycanda idman yarışlarında manipulyasiyaya görə cəzalar sərtləşdirilir.
Olimpizm 06 sentyabr

Olimpiya çempionumuza AGİN-də vəzifə verildi

Olimpiya və dünya çempionu Fərid Mansurova yeni vəzifə verilib.
Olimpizm 13 may

İslam Həmrəyliyi Oyunları Milli Olimpiya Komitələri üçün açıq gün keçirir

IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq işlərinin davamı olaraq bu gün Azərbaycan İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi (AİHOƏ) 39 İslam dövlətinin Milli Olimpiya Komitələrinin (MOK) üzvlərini qəbul edib.