30 iyul 2012 17:14
“Azərbaycan Xristovun öz istedadını göstərməsi üçün gözəl yerdi”
Valentin Xristovun şəxsi məşqçisi Zlatan Vanev yetirməsinin London Yay Olimpiya oyunlarında Azərbaycana bürünc medal qazandırmasına münasibət bildirib. Azerisport.az xəbər verir ki, o, açıqlamasında bunları dilə gətirib:
“Bu, yaxşı nəticədi. Biz çox şadıq ki, Azərbaycan üçün belə bir uğura imza ata bildik. Azərbaycan doğrudan da Valentinin öz istedadını nümayiş etdirməsi üçün gözəl yerdi”.
