12 avqust 2012 18:00

Azərbaycan Olimpiadada: 53 idmançıdan 43 uğursuz cəhd, 10 medal (YENİLƏNİB)

Azərbaycanın London Olimpiadasında çıxış edən yığma komandası bu turnirdəki sonuncu - 16-cı yarış gününü də arxada qoydu. Azerisport.az xəbər verir ki, 16 gündən sonra Olimpiadaya vəsiqə qazanan bütün təmsilçilərimiz çıxışını başa vurmuş oldu.
 
Qeyd edək ki, Azərbaycan London Olimpiadasında ümumilikdə 53 idmançı ilə mübarizə aparırdı. Onlardan on nəfəri medal qazana bilib. Qalan təmsilçilərimiz isə müxtəlif formalarda uğursuzluqla üzləşiblər. İdmançılarımızın göstəricilərini diqqətinizə çatdırırıq:
 
MEDAL QAZANANLAR
 
SƏRBƏST GÜLƏŞ: Toğrul Əsgərov (60 kq) və Şərif Şərifov Olimpiya çempionu olub! Xetaq Qazyumov (96 kq) bürünc medala sahib çıxıb.
 
YUNAN-ROMA GÜLƏŞİ: Rövşən Bayramov (55 kq) gümüş, Emin Əhmədov (74 kq) bürünc medal qazanıb.
 
QADIN GÜLƏŞİ: Mariya Stadnik (48 kq) gümüş, Yuliya Ratkeviç (55) bürünc medala sahib çıxıb.
 
BOKS: Teymur Məmmədov (91 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) bürünc medal qazanıb.
 
AĞIR ATLETİKA: Valentin Xristov (56 kq) bürünc medal qazanıb.
 
ÇIXIŞINI UĞURSUZ BAŞA VURANLAR
 
CÜDO: Tərlan Kərimov (66 kq) və Elmar Qasımov (100 kq) yeddinci olub, Rüstəm Orucov (73 kq), Elxan Məmmədov (90 kq) və Ramilə Yusubova 1/8 finalda uduzub, İlqar Muşkiyev (60 kq), Elnur Məmmədli (81 kq) və Kifayət Qasımova (57 kq) ilk döyüşdəcə uduzublar.
 
İDMAN GİMNASTİKASI: Şakir Şıxəliyev təsnifat mərhələsini 40-cı pillədə başa vurduğu üçün finala çıxa bilməyib.
 
ÜZGÜÇÜLÜK: Oksana Hətəmxanova (brass, 100 metr) və Yevgeni Lazuka (batterflay, 100 metr) yarımfinala vəsiqə qazana bilməyb.
 
BOKS: Elvin Məmişzadə (52 kq), Heybətulla Hacıəliyev (64 kq) və Vətən Hüseynli (81 kq) elə ilk döyüşündəcə uduzublar, Məhəmməd Əbdülhəmidov (56 kq) 1/8 finalda qələbə qazansa da, sonradan AİBA-nın qərarı ilə ona məğlubiyyət verilib, Soltan Migitinov (75 kq) və Yelena Vıstropova (75 kq) 1/8 finalda uduzub.
 
AĞIR ATLETİKA: Boyanka Kostova (58 kq) beşinci, İntiqam Zairov (94 kq) altıncı, Sərdar Həsənov (69 kq) səkkizinci olub, Əfqan Bayramov (69 kq) çıxışını erkən başa vurub. Veliçko Çolakov isə yarışdan öncə zədələndiyi üçün, Olimpiadada çıxış edə bilməyib.
 
GÜLLƏ ATICILIĞI: İradə Aşumova 10 metr məsafəyə atışlarda 39-cu yeri tutub. 25 metr məsafəyə yarışlarda isə 23-cü yerlə kifayətlənib.
 
VELOSİPED İDMANI: Yelena Çalıx. Veloşossedə yürüşü başa vura bilməyib. Fərdi yarışlarda isə 20-ci yerlə kifayətlənib.
 
QILINCOYNATMA: Səbinə Mikina 1/8 finalda məğlub olub.
 
AKADEMİK AVARÇƏKMƏ: Aleksandr Aleksandrov turniri 5-ci, Nataliya Mustafayeva 12-ci pillədə başa vurub.
 
YÜNGÜL ATLETİKA: Dmitri Marşin (çəkicatma) finala vəsiqə qazana bilməyib. Layeş Abdullayeva 5000 m məsafəyə qaçışda finala çıxa bilməyib. Hayle İbrahimov 5000 metr məsafəyə final yarışlarında 9-cu olub.
 
ATÇILIQ: Camal Rəhimov ikinci təsnifat mərhələsində məğlub olub.
 
SƏRBƏST GÜLƏŞ: Cəbrayıl Həsənov (66 kq) beşinci olub. Əşrəf Əliyev (74 kq) 1/4 finalda, Camaləddin Məhəmmədov (120 kq) ilk döyüşdəcə məğlub olub,
 
YUNAN-ROMA GÜLƏŞİ: Həsən Əliyev (60 kq) beşinci, Şalva Qadabadze (96 kq) yeddinci olub, Səman Təhmasibi (84 kq) ilk döyüşdəcə məğlub olub.
 
AVARÇƏKMƏ: Kanoe növündə 2 nəfərlik qayıqla (C-2) 1000 metr məsafəyə yürüşdə Sergey Bezuqlı – Maksim Prokopenko Olimpiya dördüncüsü olub. 1 nəfərlik qayıqla (C-1) 200 metr məsafəyə yürüşdə qüvvəsini sınayan Valentin Demyanenko isə elə ilk cəhdindəcə mübarizəni dayandırıb.
 
TAEKVONDO: Fəridə Əzizova (67) start döyüşündəcə, Ramin Əzizov (80 kq) ikinci görüşündə məğlub olub.
 
GİMNASTİKA: Aliyə Qarayeva finala çıxsa da, dördüncü yeri tutub.

Похожие новости

Olimpizm 02 oktyabr

Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab

İsveçrənin Lozanna şəhərində 11-ci Beynəlxalq  Olimpiya Komitəsinin Beynəlxalq Atletlər Forumu (IAF) keçirilir.
Olimpizm 01 dekabr

İlham Əliyev yenidən MOK prezidenti seçildi

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) dekabrın 1-də keçirilən VII hesabat-seçki baş məclisində Prezident İlham Əliyev yenidən MOK-un prezidenti seçilib.
Olimpizm 18 noyabr

BOK Rəhimovu Olimpiya medalından məhrum etdi

Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2008-ci ildə Pekində keçirilmiş Olimpiadada uğur qazanan bəzi idmançıların nəticəsini ləğv edib.
Olimpizm 08 noyabr

“İslam Həmrəyliyi oyunlarına 6 aydan çox vaxt qalıb, amma görülməli işlər çoxdur”

Bu gün IV İslam Həmrəyliyi oyunları Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 08 noyabr

Koordinasiya Komissiyasının 4-cü iclası öz işinə başladı

Bu gün Boulevard oteldə IV İslam Həmrəyliyi oyunlarına hazırlıq məqsədi ilə Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 25 oktyabr

Azərbaycanda Milli Antidopinq Agentliyi təsis ediləcək

Azərbaycanda Milli Antidopinq Agentliyinin (NADA) təsis edilməsi nəzərdə tutulur.
Olimpizm 24 oktyabr

İdmanda manipulyasiyaya görə cəzalar sərtləşdirilir

Azərbaycanda idman yarışlarında manipulyasiyaya görə cəzalar sərtləşdirilir.
Olimpizm 06 sentyabr

Olimpiya çempionumuza AGİN-də vəzifə verildi

Olimpiya və dünya çempionu Fərid Mansurova yeni vəzifə verilib.
Olimpizm 13 may

İslam Həmrəyliyi Oyunları Milli Olimpiya Komitələri üçün açıq gün keçirir

IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq işlərinin davamı olaraq bu gün Azərbaycan İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi (AİHOƏ) 39 İslam dövlətinin Milli Olimpiya Komitələrinin (MOK) üzvlərini qəbul edib.