30 iyul 2012 21:20

Kostova Olimpiadanı 5-ci pillədə başa vurdu (YENİLƏNİB)

Bu gün Azərbaycanın ağırlıqqaldırma üzrə yığmasının daha bir üzvü London olimpiadasında qüvvəsini sınayıb. Azerisport.az xəbər verir ki, bu, millimizin yeganə qadın ağırlıqqaldıranı Boyanka Kostova idi.
 
Qeyd edək ki, o, 58 kq-da mübarizə aparırdı. Təmsilçimiz yarışlara B qrupundan qoşulub. Kostova birdənqaldırma yarışlarındakı ilk cəhdində 100 kq sifariş verib. O, bu çəkini asanlıqla qaldırıb. İkinci cəhdində idmançımız 103 kq sifariş verib və bunun da öhdəsindən məharətlə gəlib. Üçüncü cəhddə isə 105 kq sifariş verən təmsilçimiz bunu da qaldırıb. Kostova birdənqaldırma yarışlarını üçüncü yerdə başa vurub. O, 108 kq qalıdran Çin və 106 kq qaldıran Ukrayna idmançısından geri qalıb.
 
Kostovanın təkanlaqaldırma yarışları üçün ilk cəhdi 124 kq-da olub. O, bu ağırlığı ilk cəhddə qaldıra bilməyib. Amma ikinci yanaşmada 124 kq-ın öhdəsindən gəlib. Son cəhdində isə idmançımız 128 kq-ı qaldırmağı bacarıb.
 
Beləliklə, yekun nəticədə Kostova iki hərəkətin cəminə görə 233 kq qaldırıb. Amma təəssüf ki, sonradan rəqibləri daha yaxşı çıxış edərək, onu medalçılar sırasından sıxışdırıb çıxarıblar. Yekunda Azərbaycan idmançısı beşinci yerlə kifayətlənib. Çin (246), Tailand (236 kq), Ukrayna (235 kq) və Tailandın digər təmsilçisi (234) idmançıları Kostovadan daha güclü çıxıblar.
 
Maraq üçün bildirək ki, ağırlıqqaldırma yığmamızın üzvlərindən artıq biri London Olimpiadasında qüvvəsini sınayıb. Valentin Xristov (56 kq) bürünc medal qazanaraq, yığmamızın ilk uğuruna imza atıb.

Похожие новости

Olimpizm 02 oktyabr

Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab

İsveçrənin Lozanna şəhərində 11-ci Beynəlxalq  Olimpiya Komitəsinin Beynəlxalq Atletlər Forumu (IAF) keçirilir.
Olimpizm 01 dekabr

İlham Əliyev yenidən MOK prezidenti seçildi

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) dekabrın 1-də keçirilən VII hesabat-seçki baş məclisində Prezident İlham Əliyev yenidən MOK-un prezidenti seçilib.
Olimpizm 18 noyabr

BOK Rəhimovu Olimpiya medalından məhrum etdi

Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2008-ci ildə Pekində keçirilmiş Olimpiadada uğur qazanan bəzi idmançıların nəticəsini ləğv edib.
Olimpizm 08 noyabr

“İslam Həmrəyliyi oyunlarına 6 aydan çox vaxt qalıb, amma görülməli işlər çoxdur”

Bu gün IV İslam Həmrəyliyi oyunları Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 08 noyabr

Koordinasiya Komissiyasının 4-cü iclası öz işinə başladı

Bu gün Boulevard oteldə IV İslam Həmrəyliyi oyunlarına hazırlıq məqsədi ilə Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 25 oktyabr

Azərbaycanda Milli Antidopinq Agentliyi təsis ediləcək

Azərbaycanda Milli Antidopinq Agentliyinin (NADA) təsis edilməsi nəzərdə tutulur.
Olimpizm 24 oktyabr

İdmanda manipulyasiyaya görə cəzalar sərtləşdirilir

Azərbaycanda idman yarışlarında manipulyasiyaya görə cəzalar sərtləşdirilir.
Olimpizm 06 sentyabr

Olimpiya çempionumuza AGİN-də vəzifə verildi

Olimpiya və dünya çempionu Fərid Mansurova yeni vəzifə verilib.
Olimpizm 13 may

İslam Həmrəyliyi Oyunları Milli Olimpiya Komitələri üçün açıq gün keçirir

IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq işlərinin davamı olaraq bu gün Azərbaycan İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi (AİHOƏ) 39 İslam dövlətinin Milli Olimpiya Komitələrinin (MOK) üzvlərini qəbul edib.