31 iyul 2012 02:10

İki boksçumuz Londonda uğursuzluqla üzləşdi (YENİLƏNİB)

Bu gün London Olimpiadasında boks yığmamızın daha iki üzvü ilk döyüşünə çıxıb. Azerisport.az xəbər verir ki, bunlar 52 kq çəki dərəcəsində mübarizə aparan Elvin Məmişzadə və 81 kq-da yarışan Vətən Hüseynli olimpiadaya start verib.

Elvin Məmişzadə mübarizəyə 1/16 final mərhələsindən başlayıb. Onun ilk rəqibi Monqolustan təmsilçisi Tuqstsoqt Nyambayar idi. Boksçumuz ilk raundda 5:4 hesabıyla üstün olub. İkinci raund isə rəqibin xeyrinə başa çatıb - 3:7. Təəssüf ki, son raundda da üstün oyun sərgiləyə bilməyən idmançımız (3:7) yekunda məğlubiyyətlə üzləşib - 11:18.

Vətən Hüseynli də mübarizəyə elə 1/16 final mərhələsindən başlayıb. Onun rəqibi isə Ekvadordan olan Karlos Merkado olub. Görüşün ilk raundunda Hüseynli 2:4 hesablı məğlubiyyətlə üzləşib. İkinci raundda həmyerlimiz yenə məğlub olub - 2:3. Nəhayət son raundda daha cəsarətli döyüşən Vətən 4:2 hesabıyla üstün olsa da, ümumi nəticədə 8:9 uduzaraq, Olimpiada ilə erkən vidalaşanların sırasına qoşulub.

Qeyd edək ki, bu günə qədər London Olimpiadasında hələlik bir boksçumuz rinqə çıxmışdı. Soltan Migitinov turnirə uğurla start verib və 1/8 finala yüksəlib.

Похожие новости

Olimpizm 02 oktyabr

Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab

İsveçrənin Lozanna şəhərində 11-ci Beynəlxalq  Olimpiya Komitəsinin Beynəlxalq Atletlər Forumu (IAF) keçirilir.
Olimpizm 01 dekabr

İlham Əliyev yenidən MOK prezidenti seçildi

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) dekabrın 1-də keçirilən VII hesabat-seçki baş məclisində Prezident İlham Əliyev yenidən MOK-un prezidenti seçilib.
Olimpizm 18 noyabr

BOK Rəhimovu Olimpiya medalından məhrum etdi

Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2008-ci ildə Pekində keçirilmiş Olimpiadada uğur qazanan bəzi idmançıların nəticəsini ləğv edib.
Olimpizm 08 noyabr

“İslam Həmrəyliyi oyunlarına 6 aydan çox vaxt qalıb, amma görülməli işlər çoxdur”

Bu gün IV İslam Həmrəyliyi oyunları Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 08 noyabr

Koordinasiya Komissiyasının 4-cü iclası öz işinə başladı

Bu gün Boulevard oteldə IV İslam Həmrəyliyi oyunlarına hazırlıq məqsədi ilə Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 25 oktyabr

Azərbaycanda Milli Antidopinq Agentliyi təsis ediləcək

Azərbaycanda Milli Antidopinq Agentliyinin (NADA) təsis edilməsi nəzərdə tutulur.
Olimpizm 24 oktyabr

İdmanda manipulyasiyaya görə cəzalar sərtləşdirilir

Azərbaycanda idman yarışlarında manipulyasiyaya görə cəzalar sərtləşdirilir.
Olimpizm 06 sentyabr

Olimpiya çempionumuza AGİN-də vəzifə verildi

Olimpiya və dünya çempionu Fərid Mansurova yeni vəzifə verilib.
Olimpizm 13 may

İslam Həmrəyliyi Oyunları Milli Olimpiya Komitələri üçün açıq gün keçirir

IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq işlərinin davamı olaraq bu gün Azərbaycan İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi (AİHOƏ) 39 İslam dövlətinin Milli Olimpiya Komitələrinin (MOK) üzvlərini qəbul edib.