30 iyul 2012 16:28

Daha 2 cüdoçu Olimpiada ilə erkən vidalaşdı (YENİLƏNİB)

Bu gün London Olimpiadasında Azərbaycanın cüdo yığmasının daha iki üzvü öz qüvvəsini sınayıbr. Azerisport.az xəbər verir ki, olimpiada medalı uğrunda Rüstəm Orucov (73 kq) və Kifayət Qasımova (57 kq) mübarizə aparıb.
 
Qeyd edək ki, 73 kq çəki dərəcəsində yarışan Rüstəm Orucov mübarizəyə 1/16 finaldan başlayıb. Onun ilk rəqibi CAR-dan olan Gieon Van Zil idi. Görüşün gedişində məğlub durumda olmasına baxmayaraq, idmançımız rəqibinə qarşı ippon fəndini həyata keçirərək, vaxtından öncə qələbə qazanmağı bacarıb.
 
1/8 finaldakı rəqib isə rusiyalı Mansur İsayev idi. O, ilk döyüşündə ispaniyalı Kiyoşi Uematsuya qalib gəlmişdi. Təəssüf ki, Orucov da bu rəqibinə məğlub olub və turnirlə vidalaşıb.
 
Qadınlardan ibarət yığmamızın üzvü, 57 kq-da yarışan Kifayət Qasımova isə çıxışına 1/8 finaldan başlayıb. Onun ilk rəqibi Kaori Matsumoto (Yaponiya) olub. Hansı ki, o, ilk cəhdində Vesna Djukiçə (Sloveniya) qalib gəlmişdi. Çox təəssüf ki, güclü rəqiblə görüşdə Kifayət məğlub olub və Olimpiada ilə erkən vidalaşmaq məcburiyyətində qalıb.
 
Qeyd edək ki, onlardan öncə Olimpiadada artıq iki cüdoçumuz öz çıxışını başa vurmuşdu. 60 kq-da İlqar Muşkiyev elə ilk döyüşündəcə uduzaraq, olimpiada ilə erkən vidalaşmışdı. Tərlan Kərimov (66 kq) isə turniri 7-ci pillədə başa vurmuşdu.

Похожие новости

Olimpizm 02 oktyabr

Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab

İsveçrənin Lozanna şəhərində 11-ci Beynəlxalq  Olimpiya Komitəsinin Beynəlxalq Atletlər Forumu (IAF) keçirilir.
Olimpizm 01 dekabr

İlham Əliyev yenidən MOK prezidenti seçildi

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) dekabrın 1-də keçirilən VII hesabat-seçki baş məclisində Prezident İlham Əliyev yenidən MOK-un prezidenti seçilib.
Olimpizm 18 noyabr

BOK Rəhimovu Olimpiya medalından məhrum etdi

Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2008-ci ildə Pekində keçirilmiş Olimpiadada uğur qazanan bəzi idmançıların nəticəsini ləğv edib.
Olimpizm 08 noyabr

“İslam Həmrəyliyi oyunlarına 6 aydan çox vaxt qalıb, amma görülməli işlər çoxdur”

Bu gün IV İslam Həmrəyliyi oyunları Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 08 noyabr

Koordinasiya Komissiyasının 4-cü iclası öz işinə başladı

Bu gün Boulevard oteldə IV İslam Həmrəyliyi oyunlarına hazırlıq məqsədi ilə Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 25 oktyabr

Azərbaycanda Milli Antidopinq Agentliyi təsis ediləcək

Azərbaycanda Milli Antidopinq Agentliyinin (NADA) təsis edilməsi nəzərdə tutulur.
Olimpizm 24 oktyabr

İdmanda manipulyasiyaya görə cəzalar sərtləşdirilir

Azərbaycanda idman yarışlarında manipulyasiyaya görə cəzalar sərtləşdirilir.
Olimpizm 06 sentyabr

Olimpiya çempionumuza AGİN-də vəzifə verildi

Olimpiya və dünya çempionu Fərid Mansurova yeni vəzifə verilib.
Olimpizm 13 may

İslam Həmrəyliyi Oyunları Milli Olimpiya Komitələri üçün açıq gün keçirir

IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq işlərinin davamı olaraq bu gün Azərbaycan İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi (AİHOƏ) 39 İslam dövlətinin Milli Olimpiya Komitələrinin (MOK) üzvlərini qəbul edib.