29 iyul 2012 15:08
Məhəmməd Əbdülhəmidovun ilk rəqibi bəlli oldu
Azərbaycan boksçusu Məhəmməd Əbdülhəmidovun London Olimpiadasında 56 kq çəki dərəcəsindəki ilk rəqibi müəyyənləşib. Azerisport.az xəbər verir ki, yığmamızın üzvü 1/16 finalda Yaponiya idmançısı ilə görüşəcək.
Bu, Satoşi Şimizudu. Yaponiyalı boksçu 1/32 finalda Qana təmsilisi İsaak Doqboeni məğlub edib.
Qeyd edək ki, püşkə əsasən Ədbülhəmidov mübarizəyə birbaşa 1/16 finaldan başlamalı idi. İdmançımızın ilk döyüşü avqustun 1-də olacaq.
