29 iyul 2012 18:48

Tərlan Kərimov Olimpiadanı 7-ci pillədə bitirdi (YENİLƏNİB)

Bu gün Azərbaycanın daha bir cüdoçusu London olimpiadasında qüvvəsini sınayıb. Azerisport.az xəbər verir ki, 66 kq çəki dərəcəsində yarışan Tərlan Kərimov olimpiya qızılını qazanmağa çalışıb.

Qeyd edək ki, həmyerlimiz mübarizəyə 1/16 final mərhələsindən başlayıb. Tərlanın ilk rəqibi rusiyalı Musa Moquşkov idi. İdmançımız bu rəqibini əlavə vaxtda məğlub edərək, 1/8 finala yüksəlib.
 
1/8 finalda onun rəqibi Misir idmançısı Əhməd Avad olub. Bu cüdoçu 1/16 finalda Humaid Alderey (BƏƏ) üzərində qələbə qazanmışdı. Lakin Tərlan bu rəqibi üzərində aşkar qələbə qazanıb və 1/4 finala vəsiqə əldə edib - 2:0.
 
Kərimovun yarımfinala çıxmaq yolundakı rəqibi Suqoy Uriarte idi (İspaniya). O, 1/8 finalda Andorra təmsilçisi Daniel Qonsales Qarsiyanı məğlub edib. Bundan əvvəl isə İtaliya və Aruba təmsilçilərini mübarizədən kənarlaşdırıb. Təəssüf ki, Tərlan da bu rəqibi ilə görüşdə məğlubiyyətlə üzləşib.
 
Amma idmançımızın hələ təsəlliverici görüşlərdə qüvvəsini sınamaq şansı qalırdı. Onun bu yolda ilk rəqibi isə polşalı Pavel Zaqrodnik idi. Çox təəssüf ki, o, elə bu rəqibinə uduzaraq, bürünc medal qazanmaq şansını da əldən verib və Olimpiadanı yeddinci yerdə başa vurub.
 
Xatırladaq ki, olimpiadada cüdoçularımızdan ilk olaraq İlqar Muşkiyev qüvvəsini sınayıb. Lakin 60 kq-da mübarizə aparan təmsilçimiz elə ilk cəhdindəcə məğlub olub.

Похожие новости

Olimpizm 02 oktyabr

Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab

İsveçrənin Lozanna şəhərində 11-ci Beynəlxalq  Olimpiya Komitəsinin Beynəlxalq Atletlər Forumu (IAF) keçirilir.
Olimpizm 01 dekabr

İlham Əliyev yenidən MOK prezidenti seçildi

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) dekabrın 1-də keçirilən VII hesabat-seçki baş məclisində Prezident İlham Əliyev yenidən MOK-un prezidenti seçilib.
Olimpizm 18 noyabr

BOK Rəhimovu Olimpiya medalından məhrum etdi

Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2008-ci ildə Pekində keçirilmiş Olimpiadada uğur qazanan bəzi idmançıların nəticəsini ləğv edib.
Olimpizm 08 noyabr

“İslam Həmrəyliyi oyunlarına 6 aydan çox vaxt qalıb, amma görülməli işlər çoxdur”

Bu gün IV İslam Həmrəyliyi oyunları Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 08 noyabr

Koordinasiya Komissiyasının 4-cü iclası öz işinə başladı

Bu gün Boulevard oteldə IV İslam Həmrəyliyi oyunlarına hazırlıq məqsədi ilə Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 25 oktyabr

Azərbaycanda Milli Antidopinq Agentliyi təsis ediləcək

Azərbaycanda Milli Antidopinq Agentliyinin (NADA) təsis edilməsi nəzərdə tutulur.
Olimpizm 24 oktyabr

İdmanda manipulyasiyaya görə cəzalar sərtləşdirilir

Azərbaycanda idman yarışlarında manipulyasiyaya görə cəzalar sərtləşdirilir.
Olimpizm 06 sentyabr

Olimpiya çempionumuza AGİN-də vəzifə verildi

Olimpiya və dünya çempionu Fərid Mansurova yeni vəzifə verilib.
Olimpizm 13 may

İslam Həmrəyliyi Oyunları Milli Olimpiya Komitələri üçün açıq gün keçirir

IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq işlərinin davamı olaraq bu gün Azərbaycan İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi (AİHOƏ) 39 İslam dövlətinin Milli Olimpiya Komitələrinin (MOK) üzvlərini qəbul edib.