28 iyul 2012 17:48

Azərbaycan təmsilçiləri olimpiadada 1/4 finala yüksəldi (YENİLƏNİB)

Bu gün 2012-ci il London Yay Olimpiya Oyunları çərçivəsində keçirilən akademik avarçəkmə yarışlarına start verilib. Azerisport.az xəbər verir ki, Azərbaycan təmsilçiləri Aleksandr Aleksandrov və Nataliya Mustafayeva da mübarizəyə məhz bu gün baş tutan seçmə mərhələdən başlayıb.
 
Aleksandr Aleksandrov kişilər arasında 1 nəfərlik qayıqla (M1X) çıxışda ¼ finala vəsiqə qazanıb.  2000 metr məsafəyə seçmə yürüşdə onun rəqibləri Lassi Karonen (İsveç), Anderson Noçetti (Braziliya), Matias Raymon (Monako), Ceyms Freyzer-Makkenzi (Zimbabve) və Pol Etia Ndumbe (Kamerun) olub. Aleksandrov startdaca təşəbbüsə yiyələnib. Bunun nəticəsidir ki, avarçəkənimiz 500 metrlik bölümü 1 dəqiqə 38,77 saniyə nəticə ilə 1-ci pillədə başa vurub. O, hətta 2008-ci il Pekin olimpiadasının və 2011-ci il dünya çempionatının finalçısı, 36 yaşlı isveçli avarçəkən Lassi Karoneni də geridə qoyub. Amma sonrakı bölümdə Karonen tempi artırıb. O, 1000 metrlik bölümü 3 dəqiqə 19,03 saniyəyə keçib və Aleksandrovu 0, 20 saniyə geridə qoyub. Get-gedə aradakı məsafəni artıran isveçli avarçəkən 1500 metrlik bölümdə 5 dəqiqə 0,71 saniyə nəticə göstərib və təmsilçimiz ondan 4,62 saniyə arxada qalıb. Aleksandrova ¼ finala çıxmaq üçün ilk “3-lüy”dəki yerini qoruması lazım idi. Bu səbəbdən, avarçəkənimiz son bölümdə mövqeyini qorumaq üçün mübarizə aparıb və buna nail olub.
 
Nəticədə Lassi Karonen 6 dəqiqə 45,42 saniyə nəticə ilə birinci, Aleksandr Aleksandrov 6 dəqiqə 49,81 saniyə göstərici ilə ikinci, finişə 6 dəqiqə 58,60 saniyəyə çatan monakolu Matias Raymon isə üçüncü yeri tutub. Hər üç avarçəkən birbaşa ¼ finala yüksəlib.
 
Sonrakı yerləri tutan braziliyalı Anderson Noçetti (7:03.78), zimbabveli Ceyms Freyzer-Makkenzi (7:16.83) və kamerunlu Pol Etia Ndumbe (7:29.77) isə mübarizəni təsəlli yürüşündə davam etdirəcəklər.
 
Digər akademik avarçəkənimiz Nataliya Mustafayeva qadınlar arasında 1 nəfərlik qayıqla (W1X) çıxış edirdi. 27 yaşlı idmançımızın 2000 metr məsafəyə seçmə yürüşdə rəqibləri Kamila Varqas Palomo (Salvador), Kim Krou (Avstraliya), Mayçin Tornikroft (Zimbabve), Yariulvis Kobas (Kuba) və Yeji Kim (Cənubi Koreya) olub. Avarçəkənimiz startdan finiş xəttinədək ikinci yerdə gedib. 500 metrlik bölümü birinci keçən avstraliyalı Kim Krounun nəticəsi 1 dəqiqə 47,56 saniyə olubsa, Mustafayeva ondan 2,93 saniyə geri qalıb. 1000 metrlik bölümdə Krou 3 dəqiqə 42,86 saniyə, Mustafayeva ondan 5,65 saniyə az, 1500 metrlik bölümdə avstraliyalı 5 dəqiqə 41,78 saniyə, həmyerlimiz ondan 6,75 saniyə az nəticə göstərib. Yekunda isə Krou 7 dəqiqə 41,18 saniyə nəticə ilə birinci, Mustafayeva 7 dəqiqə 46,01 saniyə göstərici ilə ikinci olub. Onlar “ilk 4-lük”də sonrakı pillələri tutan zimbabveli Mayçin Tornikroft (7:47.10) və kubalı Yariulvis Kobasla (7:48.58) birgə ¼ finala yüksəliblər. Salvadorlu Kamila Varqas Palomo (8:01.60) və avstraliyalı Kim Krou (8:04.68) isə mübarizəni təsəlli yürüşündə davam etdirəcəklər.
 
Qeyd edək ki, təsəlli yürüşləri iyulun 29-da, ¼ final yürüşləri isə iyulun 30-da olacaq.

Похожие новости

Olimpizm 02 oktyabr

Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab

İsveçrənin Lozanna şəhərində 11-ci Beynəlxalq  Olimpiya Komitəsinin Beynəlxalq Atletlər Forumu (IAF) keçirilir.
Olimpizm 01 dekabr

İlham Əliyev yenidən MOK prezidenti seçildi

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) dekabrın 1-də keçirilən VII hesabat-seçki baş məclisində Prezident İlham Əliyev yenidən MOK-un prezidenti seçilib.
Olimpizm 18 noyabr

BOK Rəhimovu Olimpiya medalından məhrum etdi

Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2008-ci ildə Pekində keçirilmiş Olimpiadada uğur qazanan bəzi idmançıların nəticəsini ləğv edib.
Olimpizm 08 noyabr

“İslam Həmrəyliyi oyunlarına 6 aydan çox vaxt qalıb, amma görülməli işlər çoxdur”

Bu gün IV İslam Həmrəyliyi oyunları Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 08 noyabr

Koordinasiya Komissiyasının 4-cü iclası öz işinə başladı

Bu gün Boulevard oteldə IV İslam Həmrəyliyi oyunlarına hazırlıq məqsədi ilə Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 25 oktyabr

Azərbaycanda Milli Antidopinq Agentliyi təsis ediləcək

Azərbaycanda Milli Antidopinq Agentliyinin (NADA) təsis edilməsi nəzərdə tutulur.
Olimpizm 24 oktyabr

İdmanda manipulyasiyaya görə cəzalar sərtləşdirilir

Azərbaycanda idman yarışlarında manipulyasiyaya görə cəzalar sərtləşdirilir.
Olimpizm 06 sentyabr

Olimpiya çempionumuza AGİN-də vəzifə verildi

Olimpiya və dünya çempionu Fərid Mansurova yeni vəzifə verilib.
Olimpizm 13 may

İslam Həmrəyliyi Oyunları Milli Olimpiya Komitələri üçün açıq gün keçirir

IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq işlərinin davamı olaraq bu gün Azərbaycan İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi (AİHOƏ) 39 İslam dövlətinin Milli Olimpiya Komitələrinin (MOK) üzvlərini qəbul edib.