27 iyul 2012 12:34

Azərbaycan təmsilçilərinin olimpiadada ilk rəqibləri bəlli oldu

2012-ci il London Yay Olimpiya Oyunları çərçivəsində keçiriləcək akademik avarçəkmə yarışlarının püşkatma mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, püşk nəticəsində Azərbaycan təmsilçiləri Aleksandr Aleksandrov və Nataliya Mustafayevanın ilk rəqibləri müəyyənləşib. Hər iki avarçəkən mübarizəyə iyulun 28-də seçmə mərhələdən başlayacaq.
 
Aleksandrov kişilər arasında 1 nəfərlik qayıqla (M1X) mübarizə aparacaq. Bu qayıq tipində 33 idmançı 6 seçmə qrupa bölünüb. 3 seçmə qrupda 6, 3-də isə 5 avarçəkən yer alıb. 22 yaşlı təmsilçimiz 6 nəfərlik qrupa düşüb. Rəqiblər Lassi Karonen (İsveç), Anderson Noçetti (Braziliya), Matias Raymon (Monako), Ceyms Freyzer-Makkenzi (Zimbabve) və Pol Etia Ndumbe (Kamerun) olacaq. Onlar yerli vaxtla saat 12:50-də (Bakı vaxtı ilə saat 16:50) start xəttinə çıxacaqlar. 2000 metr məsafəyə seçmə yürüş nəticəsində qrupda ilk 3 yeri tutanlar ¼ finala, qalanlar isə təsəlli yürüşünə vəsiqə qazanacaqlar.
 
Mustafayeva isə qadınlar arasında 1 nəfərlik qayıqla (W1X) yarışacaq. Bu qayıq tipində 28 avarçəkən 5 seçmə qrupa bölünüb. 3 seçmə qrupda 6, 2-də isə 5 idmançı yer alıb. 27 yaşlı təmsilçimiz də 6 nəfərlik qrupa düşüb. Rəqiblər Kamila Varqas Palomo (Salvador), Kim Krou (Avstraliya), Mayçin Tornikroft (Zimbabve), Yariulvis Kobas (Kuba) və Yeji Kim (Cənubi Koreya) olacaq. Onlar start xəttinə Bakı vaxtı ilə saat 17:40-da çıxacaqlar. 2000 metr məsafəyə seçmə yürüş nəticəsində qrupda ilk 4 yeri tutanlar ¼ finala, qalanlar isə təsəlli yürüşünə vəsiqə qazanacaqlar.
 
Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidməti

Похожие новости

Olimpizm 02 oktyabr

Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab

İsveçrənin Lozanna şəhərində 11-ci Beynəlxalq  Olimpiya Komitəsinin Beynəlxalq Atletlər Forumu (IAF) keçirilir.
Olimpizm 01 dekabr

İlham Əliyev yenidən MOK prezidenti seçildi

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) dekabrın 1-də keçirilən VII hesabat-seçki baş məclisində Prezident İlham Əliyev yenidən MOK-un prezidenti seçilib.
Olimpizm 18 noyabr

BOK Rəhimovu Olimpiya medalından məhrum etdi

Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2008-ci ildə Pekində keçirilmiş Olimpiadada uğur qazanan bəzi idmançıların nəticəsini ləğv edib.
Olimpizm 08 noyabr

“İslam Həmrəyliyi oyunlarına 6 aydan çox vaxt qalıb, amma görülməli işlər çoxdur”

Bu gün IV İslam Həmrəyliyi oyunları Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 08 noyabr

Koordinasiya Komissiyasının 4-cü iclası öz işinə başladı

Bu gün Boulevard oteldə IV İslam Həmrəyliyi oyunlarına hazırlıq məqsədi ilə Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 25 oktyabr

Azərbaycanda Milli Antidopinq Agentliyi təsis ediləcək

Azərbaycanda Milli Antidopinq Agentliyinin (NADA) təsis edilməsi nəzərdə tutulur.
Olimpizm 24 oktyabr

İdmanda manipulyasiyaya görə cəzalar sərtləşdirilir

Azərbaycanda idman yarışlarında manipulyasiyaya görə cəzalar sərtləşdirilir.
Olimpizm 06 sentyabr

Olimpiya çempionumuza AGİN-də vəzifə verildi

Olimpiya və dünya çempionu Fərid Mansurova yeni vəzifə verilib.
Olimpizm 13 may

İslam Həmrəyliyi Oyunları Milli Olimpiya Komitələri üçün açıq gün keçirir

IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq işlərinin davamı olaraq bu gün Azərbaycan İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi (AİHOƏ) 39 İslam dövlətinin Milli Olimpiya Komitələrinin (MOK) üzvlərini qəbul edib.