27 iyul 2012 19:49
Azərbaycan təmsilçisinin olimpiadada ilk rəqibi alman olacaq
London Yay Olimpiya Oyunları çərçivəsində keçiriləcək qılıncoynatma yarışlarının püşkatma mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, püşkatma nəticəsində Azərbaycan təmsilçisi Səbinə Mikinanın ilk rəqibi müəyyənləşib.
Püşkün nəticəsinə əsasən qılıncoynadanımız mübarizəyə 1/16 final mərhələsindən başlayacaq.
Sablya növündə qüvvəsini sınayan S.Mikina ilk görüşündə almaniyalı Aleksandra Bujdosa ilə münasibətlərinə aydınlıq gətirəcək. Bu qarşılaşma avqustun 1-də Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.
