26 iyul 2012 18:55

Azərbaycan təmsilçisi olimpiya çempionluğuna namizəd göstərildi

Beynəlxalq Akademik Avarçəkmə Federasiyası (FİSA) 2012-ci il London Yay Olimpiya Oyunlarında bu növ üzrə 14 mümkün qızıl medalı qazanmağa daha iddialı kişi və qadın idmançıların adlarını açıqlayıb. Azerisport.az xəbər verir ki, Azərbaycanı təmsil edəcək akademik avarçəkənlərdən Nataliya Mustafayeva da olimpiya çempionluğuna namizədlər siyahısında göstərilib.
 
FİSA-nın rəsmi saytında yerləşdirilən yazıda bildirilir ki, qadınlar arasında 1 nəfərlik qayıqla (W1X) yürüşdə ən şanslısı belaruslu Yekaterina Karstendir. 40 yaşlı avarçəkən artıq 6-cı dəfə olimpiadada iştirak edəcək. Əvvəllər o, 2 qızıl, 1 gümüş, 2 bürünc medal qazanıb: “Karstenin həm özünəinamı, həm də təcrübəsi növbəti medalı qazana biləcəyinə əminlik yaradır. Lakin belaruslu idmançını isveçli Frida Svensson və çexiyalı Mirka Knapkova ötən iki dünya çempionatında qızıl medallardan məhrum edib”.
 
Növbəti namizəd sayılan 31 yaşlı Knapkovanın bütün karyerası boyunca 1 nəfərlik qayıqla çıxış etdiyi vurğulanıb: “Çexiyalı avarçəkən 2011-ci il dünya çempionluğunu qazanıb və Londonda da qızıl medala doğru yavaş-yavaş irəliləyir”.
 
FİSA əməkdaşlarının fikrincə, yeni zelandiyalı Emma Tviqq və çinli Syun Çanq da qalib ola bilər: “36 yaşlı Çanq sonuncu dəfə 1996-cı il Atlanta Yay Olimpiya Oyunlarında 2 nəfərlik qayıqla yürüşdə gümüş medal qazanıb. 25 yaşlı Emma Tviqq isə daha gənc olmasına baxmayaraq, ötən mövsüm Dünya Kubokunda qızıl medala yiyələnib”.
 
Nataliya Mustafayevaya haqqında isə bunlar qeyd olunub: “Ola bilsin, Mustafayevanın da şansları çoxdur. O, son zamanlar medallar uğrunda mübarizədə parlaq çıxışı ilə fərqlənib. Bu avarçəkənin lazımi olimpiada təcrübəsi də var”.
 
Qeyd edək ki, Nataliya Mustafayeva əvvəllər Ukrayna milli komandasının heyətində 4 nəfərlik qoşa avarlı qayıqla 2008-ci il Avropa çempionatında qızıl medal qazanıb. Həmin ilk keçirilmiş Pekin Yay Olimpiya Oyunlarında isə 27 yaşlı avarçəkən 4-cü yeri tutub. O, 1 nəfərlik qayıqla ilk dəfə 2009-cu il Avropa çempionatına qatılsa da, 6-cı yerlə kifayətlənib. Lakin bu il Mustafayeva Azərbaycan təmsilçisi kimi Dünya Kubokunun I mərhələsində bürünc medal qazanıb, sonrakı iki mərhələdə isə müvafiq olaraq, 4-cü və 5-ci yerləri tutub.

Похожие новости

Olimpizm 02 oktyabr

Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab

İsveçrənin Lozanna şəhərində 11-ci Beynəlxalq  Olimpiya Komitəsinin Beynəlxalq Atletlər Forumu (IAF) keçirilir.
Olimpizm 01 dekabr

İlham Əliyev yenidən MOK prezidenti seçildi

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) dekabrın 1-də keçirilən VII hesabat-seçki baş məclisində Prezident İlham Əliyev yenidən MOK-un prezidenti seçilib.
Olimpizm 18 noyabr

BOK Rəhimovu Olimpiya medalından məhrum etdi

Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2008-ci ildə Pekində keçirilmiş Olimpiadada uğur qazanan bəzi idmançıların nəticəsini ləğv edib.
Olimpizm 08 noyabr

“İslam Həmrəyliyi oyunlarına 6 aydan çox vaxt qalıb, amma görülməli işlər çoxdur”

Bu gün IV İslam Həmrəyliyi oyunları Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 08 noyabr

Koordinasiya Komissiyasının 4-cü iclası öz işinə başladı

Bu gün Boulevard oteldə IV İslam Həmrəyliyi oyunlarına hazırlıq məqsədi ilə Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 25 oktyabr

Azərbaycanda Milli Antidopinq Agentliyi təsis ediləcək

Azərbaycanda Milli Antidopinq Agentliyinin (NADA) təsis edilməsi nəzərdə tutulur.
Olimpizm 24 oktyabr

İdmanda manipulyasiyaya görə cəzalar sərtləşdirilir

Azərbaycanda idman yarışlarında manipulyasiyaya görə cəzalar sərtləşdirilir.
Olimpizm 06 sentyabr

Olimpiya çempionumuza AGİN-də vəzifə verildi

Olimpiya və dünya çempionu Fərid Mansurova yeni vəzifə verilib.
Olimpizm 13 may

İslam Həmrəyliyi Oyunları Milli Olimpiya Komitələri üçün açıq gün keçirir

IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq işlərinin davamı olaraq bu gün Azərbaycan İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi (AİHOƏ) 39 İslam dövlətinin Milli Olimpiya Komitələrinin (MOK) üzvlərini qəbul edib.