23 iyul 2012 15:14

Azərbaycan olimpiyaçıları artıq Londondadı

XXX Yay Olimpiya Oyunlarında mübarizə aparacaq Azərbaycan akademik avarçəkənləri Nataliya Mustafayeva və Aleksandr Aleksandrov iyulun 22-də Böyük Britaniyanın paytaxtı Londona yollanıb. Azerisport.az xəbər verir ki, Polşanın Ostroda şəhərindəki təlim-məşq toplantısını başa vuran avarçəkənlərimiz artıq olimpiadanın keçiriləcəyi məkandadırlar.
 
Onlar milli komandamızın baş məşqçisi Rudiger Hauffe və onun köməkçisi Yuliana Stoyeva ilə birgə “Eton Dorney” Avarçəkmə Mərkəzi yaxınlığındakı mehmanxanada məskunlaşıblar. Olimpiadada çıxış edəcək bütün ölkələrin avarçəkənləri Olimpiya Kəndində deyil, məhz bu mehmanxanada qalacaqlar. Səbəb yarış məkanının şəhər kənarında yerləşməsidir. Şəhərdən Avarçəkmə Mərkəzinə yolun uzunluğunu nəzərə alan təşkilatçılar belə bir qərar qəbul ediblər. Aleksandrov və Mustafayeva bu gün “Eton Dorney”də ilk məşqə çıxacaqlar. Onların rəqibləri iyulun 26-da yerli vaxtla saat 15:30-da (Bakı vaxtı ilə saat 19:30) atılacaq püşk nəticəsində müəyyənləşəcək. Mübarizəyə isə iyulun 28-də start veriləcək.
 
Qeyd edək ki, Aleksandr Aleksandrov kişilər (M1X), Nataliya Mustafayeva isə qadınlar arasında 1 nəfərlik qayıqla (W1X) 2000 metr məsafəyə yürüşlərə qatılacaq. Aleksandrovun 32, Mustafayevanın 27 rəqibi olacaq. Onlar mübarizəyə ¼ final mərhələsindən başlayacaqlar. İyulun 29-da təsəlli, iyulun 31-də ¼ final yürüşləri keçiriləcək. Yarımfinala yüksələcəyi halda, Aleksandrov avqustun 1-də, Mustafayeva avqustun 2-də yürüşə qatılacaq. Final yürüşləri isə 3-4 avqustda olacaq.

Похожие новости

Olimpizm 02 oktyabr

Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab

İsveçrənin Lozanna şəhərində 11-ci Beynəlxalq  Olimpiya Komitəsinin Beynəlxalq Atletlər Forumu (IAF) keçirilir.
Olimpizm 01 dekabr

İlham Əliyev yenidən MOK prezidenti seçildi

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) dekabrın 1-də keçirilən VII hesabat-seçki baş məclisində Prezident İlham Əliyev yenidən MOK-un prezidenti seçilib.
Olimpizm 18 noyabr

BOK Rəhimovu Olimpiya medalından məhrum etdi

Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2008-ci ildə Pekində keçirilmiş Olimpiadada uğur qazanan bəzi idmançıların nəticəsini ləğv edib.
Olimpizm 08 noyabr

“İslam Həmrəyliyi oyunlarına 6 aydan çox vaxt qalıb, amma görülməli işlər çoxdur”

Bu gün IV İslam Həmrəyliyi oyunları Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 08 noyabr

Koordinasiya Komissiyasının 4-cü iclası öz işinə başladı

Bu gün Boulevard oteldə IV İslam Həmrəyliyi oyunlarına hazırlıq məqsədi ilə Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 25 oktyabr

Azərbaycanda Milli Antidopinq Agentliyi təsis ediləcək

Azərbaycanda Milli Antidopinq Agentliyinin (NADA) təsis edilməsi nəzərdə tutulur.
Olimpizm 24 oktyabr

İdmanda manipulyasiyaya görə cəzalar sərtləşdirilir

Azərbaycanda idman yarışlarında manipulyasiyaya görə cəzalar sərtləşdirilir.
Olimpizm 06 sentyabr

Olimpiya çempionumuza AGİN-də vəzifə verildi

Olimpiya və dünya çempionu Fərid Mansurova yeni vəzifə verilib.
Olimpizm 13 may

İslam Həmrəyliyi Oyunları Milli Olimpiya Komitələri üçün açıq gün keçirir

IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq işlərinin davamı olaraq bu gün Azərbaycan İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi (AİHOƏ) 39 İslam dövlətinin Milli Olimpiya Komitələrinin (MOK) üzvlərini qəbul edib.