23 may 2012 15:52

“Bakının olimpiadaya ev sahibliyi ilə bağlı ərizəsi əvvəlkindən daha yaxşıdı”

“Bakının 2020-ci il olimpiadasına ev sahibliyi ilə bağlı ərizəsi 2016-cı il Olimpiya Oyunlarını qəbul etməklə bağlı əvvəlki səylərindən daha yaxşıdı. Azərbaycan öz səhvlərindən nəticə çıxarıb”. Azerisport.az xəbər verir ki, bu barədə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov AFP-yə müsahibəsində deyib.
 
Nazirin sözlərinə görə, bu dəfə o, Bakının ərizəsindən razıdı: "Bu, əla təklifdi. Hazırkı ərizəmiz bundan əvvəlki ərizədə buraxılan səhvləri düzəltmək üçün çox diqqətlə hazırlanıb. Bu təklif daha yüksək keyfiyyətlidir. Son dörd il ərzində ölkə çox güclü şəkildə dəyişib".
 
Onun sözlərinə görə, Azərbaycanda mühüm idman yarışları keçirmək (o cümlədən 2011-ci ildə həvəskar boks üzrə dünya çempionatı) mədəniyyətini təqdim etməklə Bakı BOK-u ölkə ilə tanış edir. Ölkədə idmanın inkişaf etdiyi intensivlik Azərbaycanın xeyrinə daha bir amil olub: "Son 12 ildə idmana, onun infrastrukturuna və başqa sahələrə bir milyard dollar sərmayə qoyulub. Pekində biz idmanın 11 növünü təqdim etdik, dörd il sonra isə Londonda 16 növ təqdim edəcəyik. Bu o deməkdir ki, qısa müddətdə beş yeni idman federasiyası yaradılıb".
 
Onun sözlərinə görə, hazırda Azərbaycanda keçirilən "Eurovision" BOK üçün müsbət işarə və yaxşı əlamətdi: "Biz bu müsabiqəni keçirdiyimizə görə çox fəxr edirik. Bu, ölkənin nə qədər dəyişdiyini göstərir. Mən çox fəxr edirəm ki, müsabiqənin keçirildiyi 215 minlik zal cəmi yeddi ay ərzində tikilib". (Trend)

Похожие новости

Olimpizm 02 oktyabr

Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab

İsveçrənin Lozanna şəhərində 11-ci Beynəlxalq  Olimpiya Komitəsinin Beynəlxalq Atletlər Forumu (IAF) keçirilir.
Olimpizm 01 dekabr

İlham Əliyev yenidən MOK prezidenti seçildi

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) dekabrın 1-də keçirilən VII hesabat-seçki baş məclisində Prezident İlham Əliyev yenidən MOK-un prezidenti seçilib.
Olimpizm 18 noyabr

BOK Rəhimovu Olimpiya medalından məhrum etdi

Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2008-ci ildə Pekində keçirilmiş Olimpiadada uğur qazanan bəzi idmançıların nəticəsini ləğv edib.
Olimpizm 08 noyabr

“İslam Həmrəyliyi oyunlarına 6 aydan çox vaxt qalıb, amma görülməli işlər çoxdur”

Bu gün IV İslam Həmrəyliyi oyunları Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 08 noyabr

Koordinasiya Komissiyasının 4-cü iclası öz işinə başladı

Bu gün Boulevard oteldə IV İslam Həmrəyliyi oyunlarına hazırlıq məqsədi ilə Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 25 oktyabr

Azərbaycanda Milli Antidopinq Agentliyi təsis ediləcək

Azərbaycanda Milli Antidopinq Agentliyinin (NADA) təsis edilməsi nəzərdə tutulur.
Olimpizm 24 oktyabr

İdmanda manipulyasiyaya görə cəzalar sərtləşdirilir

Azərbaycanda idman yarışlarında manipulyasiyaya görə cəzalar sərtləşdirilir.
Olimpizm 06 sentyabr

Olimpiya çempionumuza AGİN-də vəzifə verildi

Olimpiya və dünya çempionu Fərid Mansurova yeni vəzifə verilib.
Olimpizm 13 may

İslam Həmrəyliyi Oyunları Milli Olimpiya Komitələri üçün açıq gün keçirir

IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq işlərinin davamı olaraq bu gün Azərbaycan İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi (AİHOƏ) 39 İslam dövlətinin Milli Olimpiya Komitələrinin (MOK) üzvlərini qəbul edib.