21 may 2012 14:29

Bakı-2020-nin nümayəndə heyəti namizəd şəhərlərin seçiləcəyi toplantıya yollandı

Bakı-2020 yüksək səviyyəli nümayəndə heyəti mayın 23-də Kanadanın Kvebek şəhərində dünya idman ictimaiyyəti və digər rəsmilərin iştirakı ilə keçiriləcək SportAccord beynəlxalq idman toplantısına yola düşüb. Azerisport.az xəbər verir ki, həmin tədbirdə Beynəlxalq Olimpiya Komitəsi 2020 Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizədə hansı şəhərlərin rəsmi namizəd seçilməsini elan edəcək.
 
Azərbaycanın rəsmi nümayəndə heyətinin tərkibinə Baş Nazirin birinci müavini, Bakı-2020 Təşkilat Komitəsinin sədri Yaqub Eyyubov, gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Bakı-2020 Təşkilat Komitəsinin icraçı direktoru Könül Nurullayeva daxildir.
 
Kanadaya səfər ərəfəsində gənclər və idman naziri cənab Rəhimov  bildirmişdir: “Biz çox ümid edirik ki, 2020 Olilmpiya Oyunlarına ev sahibliyi üçün rəsmi namizəd şəhər stasunu alacağıq. Biz Beynəlxalq Olimpiya Komitəsinə güclü və layiqli namizəd olduğumuzu göstərən və peşəkar səviyyədə hazırlanan sifariş kitabını təqdim etmişik. Təqdim etdiyimiz kitabda Olimpiya Oyunlarının çevik, innovativ və kompakt təşkili planı əks olunub. Biz öz namizədliyimizlə Olimpiya Oyunlarının idmana, əhalinin sağlam həyat tərzinin və yaşayış keyfiyyətinin inkişafına yönəlmiş ciddi sərmayə olacağını və həmçinin, gələcəkdə Oyunların səmərəli və məsuliyyətli təşkili nümunəsini görsətmək istəyirik.”
 
“Biz beynəlxalq Olimpiya Hərəkatına sırf idman tələbatına əsaslanan oyunların təşkili modelini təklif edirik. Bu o deməkdir ki, bizim sifariş kitabımızda əks olunan olimpiya infrastrukturuna əsasən bütün idman müəssisələri Olimpiya Oyunlarından sonra da həm ölkəmizin, həm də, regionumuzun idmançılarının istifadəsində olacaq. Bizim təklif etdiyimiz model əslində Olimpiya Oyunlarına gələcək ev sahibləri üçün real və səmərəli investisiya nümunəsidir.”
 
Bakı-2020 Təşkilat Komitəsinin İcraçı Direktoru Könül Nurullayeva isə Kanadaya yola düşməzdən öncə bunları söyləmişdir: “Bakı idman üçün ideal iqlim şəraitinə, gözəl dənizkənarı buxtaya və zəngin tarixə malikdir. Hazırda bir sıra ölkələrin ciddi maliyyə böhranı ilə üzləşməsinə baxmayaraq, Azərbaycan dünyada ən stabil və sürətlə inkişaf edən iqtisadiyyata malikdir. Bakı-2020 namizədliyinin müsbət cəhətlərini görməmək mümkün deyil. Oyunlardan sonra Azərbaycana qalacaq idman mirası bir neçə nəsil idmançıların inkişafına böyük təkan verəcək. Bizim Olimpiya Oyunlarına iddiamız Azərbaycanda hamı tərəfindən dəstəklənir və Kvebekdə toplanan beynəlxalq idman ictimiyyətinə xalqımızın ümid və arzularını çatdıracaq. Ümid edirik ki, son yeddi ay ərzində bu məqsədlə gördüyümüz işlərin nəticəsi müsbət olacaq və 2020 Oyunlarına ev sahibliyi mübarizəsində Bakı növbəti mərhələyə keçəcək.”
 
(GİN mətbuat xidməti)

Похожие новости

Olimpizm 02 oktyabr

Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab

İsveçrənin Lozanna şəhərində 11-ci Beynəlxalq  Olimpiya Komitəsinin Beynəlxalq Atletlər Forumu (IAF) keçirilir.
Olimpizm 01 dekabr

İlham Əliyev yenidən MOK prezidenti seçildi

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) dekabrın 1-də keçirilən VII hesabat-seçki baş məclisində Prezident İlham Əliyev yenidən MOK-un prezidenti seçilib.
Olimpizm 18 noyabr

BOK Rəhimovu Olimpiya medalından məhrum etdi

Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2008-ci ildə Pekində keçirilmiş Olimpiadada uğur qazanan bəzi idmançıların nəticəsini ləğv edib.
Olimpizm 08 noyabr

“İslam Həmrəyliyi oyunlarına 6 aydan çox vaxt qalıb, amma görülməli işlər çoxdur”

Bu gün IV İslam Həmrəyliyi oyunları Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 08 noyabr

Koordinasiya Komissiyasının 4-cü iclası öz işinə başladı

Bu gün Boulevard oteldə IV İslam Həmrəyliyi oyunlarına hazırlıq məqsədi ilə Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 25 oktyabr

Azərbaycanda Milli Antidopinq Agentliyi təsis ediləcək

Azərbaycanda Milli Antidopinq Agentliyinin (NADA) təsis edilməsi nəzərdə tutulur.
Olimpizm 24 oktyabr

İdmanda manipulyasiyaya görə cəzalar sərtləşdirilir

Azərbaycanda idman yarışlarında manipulyasiyaya görə cəzalar sərtləşdirilir.
Olimpizm 06 sentyabr

Olimpiya çempionumuza AGİN-də vəzifə verildi

Olimpiya və dünya çempionu Fərid Mansurova yeni vəzifə verilib.
Olimpizm 13 may

İslam Həmrəyliyi Oyunları Milli Olimpiya Komitələri üçün açıq gün keçirir

IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq işlərinin davamı olaraq bu gün Azərbaycan İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi (AİHOƏ) 39 İslam dövlətinin Milli Olimpiya Komitələrinin (MOK) üzvlərini qəbul edib.