18 may 2012 18:03

Azərbaycanın ən böyük şirkətlərindən Bakı-2020-yə dəstək

Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ), Azərbaycan Hava Yolları (AZAL) və ölkənin ən böyük mobil operatoru Azercell şirkətinin rəhbərləri Bakı-2020 layihəsini dəstəklədiklərini elan etdilər.
 
“Dövlət Neft Şirkəti ölkəmizin enerji resurslarından əldə olunan gəlirlərin xalqımızın rifahı və dövlətimizin inkişafına yönələn hökumət strategiyasını həyata keçirən aparıcı qüvvədir. Azərbaycan hökuməti ölkəmizi dünyanın inkişaf etmiş dövlətləri sırasına çıxarmaq üçün bir çox işlər görür. Bakımızın 2020 Olimpiya Oyunlarına namizədliyi isə bizə  bu inkişaf prosesini sürətləndirmək, Azərbaycanı dünyanın idman və turizm mərkəzlərindən birinə çevirmək, ölkəmizdə sağlam həyat tərzini inkişaf etdirmək üçün gözəl imkan yaradır” – ARDNŞ-in Prezidenti Rövnəq Abdullayev bildirmişdir.
 
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Prezidenti Cahangir Əsgərov AZAL-ın Bakı-2020 layihəsinə dəstəyini belə şərh etmişdir: “Dövlətimizin strateji hava nəqliyyatı şirkəti olan AZAL Azərbaycanın turizm imkanlarının təbliğinə böyük önəm verir. 2011-ci ildə Azərbaycana səfər edən turistlərin sayı 2 milyonu keçərək rekord göstəriciyə çatmışdır. Şərqlə Qərb arasında yerləşən Bakı qədim mədəniyyət və tarixlə yanaşı, eyni zamanda müasir inkişafı özündə əks etdirir.  Nadir özünəməxsusluğu ilə  Bakı dünyanın ən cazibədar paytaxtları sırasındadır. Bakının 2020 Olimpiya Oyunlarına iddiasına AZAL şirkəti  dəstək olmağa hazırdır. Ümid edirik ki, Bakı dünyanın ən möhtəşəm idman tədbirinə ev sahibliyi edəcək və paytaxtımız dünyanın ən iri turizm və idman bölgələrindən birinə çevriləcək.”
 
Azercell MMC-nin Prezidenti Əli Ağan da Bakının 2020 Olimpiya Oyunlarına iddiasını dəstəklədiyini qeyd etmişdir: “İnformasiya və Kommunikasiya Texnologiyaları Azərbaycan iqtisadiyyatının neft sənayesindən sonra ən sürətlə inkişaf edən ikinci sektorudur. Hazırda ölkə ərazisinin 80%-i mobil rabitə xidmətləri ilə əhatə olunub.   Azərbaycan əhalisi isə yeni texnologiyalara böyük həvəs göstərir.  Azərbaycanlılar savadlılıq səviyyəsinə görə dünyada aparacı mövqel tuturlar. Ölkədə idmana böyük maraq var. Ümid edirik ki, Bakı-2020 layihəsi uğurlu olacaq və paytaxtımız regionda ilk Olimpiya Oyunlarına ev sahibliyi edəcək. Azercell şirkəti isə ölkənin ən iri mobil operatoru olmaqla Bakının Olimpiya iddiasını dəstəkləməyə həmişə hazırdır.”
 
Bakı-2020 Təşkilat Komitəsinin İcraçı Direktoru Könül Nurullayeva Azərbaycanını nüfuzlu şirkətlərinin Bakının 2020 Olimpiya və Paralimpiya Oyunlarına iddiasını dəstəklədiklərinə çox məmnun olduğunu bildirdi: “Bir neçə ay öncə keçirilən sorğunun nəticələri Azərbaycan əhalisinin 95%-nin Bakı-2020 layihəsini dəstəklədiyini nümayiş etdirdi. Bu yaxınlarda isə paytaxt və bölgələrimizdən Bakı-2020-yə dəstək üçün 500 000 imza toplandı. Bakı-2020 həmçinin Azərbaycan hökuməti və siyasi partiyaları tərəfindən tam dəstəklənir. İndi isə bizim Olimpiya arzularımızı ölkənin ən iri şirkətləri də dəstəklədiklərini bildirdilər. Biz buna çox sevinirik və 2020 Olimpiya Oyunlarına ev sahibliyi Bakıya qismət olacağına ümid edirik.”
 
(GİN mətbuat xidməti)

Похожие новости

Olimpizm 02 oktyabr

Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab

İsveçrənin Lozanna şəhərində 11-ci Beynəlxalq  Olimpiya Komitəsinin Beynəlxalq Atletlər Forumu (IAF) keçirilir.
Olimpizm 01 dekabr

İlham Əliyev yenidən MOK prezidenti seçildi

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) dekabrın 1-də keçirilən VII hesabat-seçki baş məclisində Prezident İlham Əliyev yenidən MOK-un prezidenti seçilib.
Olimpizm 18 noyabr

BOK Rəhimovu Olimpiya medalından məhrum etdi

Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2008-ci ildə Pekində keçirilmiş Olimpiadada uğur qazanan bəzi idmançıların nəticəsini ləğv edib.
Olimpizm 08 noyabr

“İslam Həmrəyliyi oyunlarına 6 aydan çox vaxt qalıb, amma görülməli işlər çoxdur”

Bu gün IV İslam Həmrəyliyi oyunları Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 08 noyabr

Koordinasiya Komissiyasının 4-cü iclası öz işinə başladı

Bu gün Boulevard oteldə IV İslam Həmrəyliyi oyunlarına hazırlıq məqsədi ilə Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 25 oktyabr

Azərbaycanda Milli Antidopinq Agentliyi təsis ediləcək

Azərbaycanda Milli Antidopinq Agentliyinin (NADA) təsis edilməsi nəzərdə tutulur.
Olimpizm 24 oktyabr

İdmanda manipulyasiyaya görə cəzalar sərtləşdirilir

Azərbaycanda idman yarışlarında manipulyasiyaya görə cəzalar sərtləşdirilir.
Olimpizm 06 sentyabr

Olimpiya çempionumuza AGİN-də vəzifə verildi

Olimpiya və dünya çempionu Fərid Mansurova yeni vəzifə verilib.
Olimpizm 13 may

İslam Həmrəyliyi Oyunları Milli Olimpiya Komitələri üçün açıq gün keçirir

IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq işlərinin davamı olaraq bu gün Azərbaycan İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi (AİHOƏ) 39 İslam dövlətinin Milli Olimpiya Komitələrinin (MOK) üzvlərini qəbul edib.