1 may 2012 16:51

Bakı-2020 üçün həyata keçiriləcək işlərin ilkin planı məlumdu

Milli Olimpiya Komitəsi Bakının 2020-ci il Olimpiya Oyunlarına namizədliyi təsdiq olunduğu təqdirdə həyata keçiriləcək işlərin ilkin planını açıqlayıb. Azerisport.az xəbər verir ki, bu barədə komitənin vitse-prezidenti Çingiz Hüseynzadə məlumat verib.
 
O, bildirib ki, Azərbaycanın həyata keçirməyi planlaşdırdığı tədbirlər hazırlanan iddiaçı kitabında əks olunub, lakin namizəd şəhər kimi növbəti mərhələyə keçdikdə nəzərdə tutulan layihələr daha da genişləndiriləcək: "İşlər plan üzrə aparılacaq, lakin namizəd şəhər kimi keçəndən sonra biz yeni layihələr üzərində düşünəcəyik".
 
Hüseynzadə qeyd edib ki, namizəd şəhər kimi seçildikdən sonra hazırlıq işlərinə ayrılan büdcə də artırılacaq. İlkin plana görə, Olimpiya Oyunlarının keçirilməsi Bakıya həvalə olunarsa, Bakıda "Azərneftyağ" zavodunun 150 hektarlıq ərazisində "Olimpiya şəhərciyi" tikiləcək, olimpiadanın açılış və əsas stadionu Böyükşor qəsəbəsində inşa ediləcək 60 min yerlik tamaşaçı tutumuna malik arena olacaq: "Namizəd şəhər kimi qeydiyyata alındıqdan sonra artıq biz Bakının daha aktiv reklamı ilə məşğul olacağıq. Namizədlik kitabları hazırlanmalıdır, müəyyən filmlər çəkilməlidir, təqdimatlar hazırlanmalıdır".
 
2020-ci il Yay Olimpiya Oyunlarının keçirilməsi üçün Bakı ilə yanaşı Madrid, Tokio, İstanbul və Qətərin paytaxtı Doha şəhəri də iddialarını irəli sürüblər. BOK namizəd şəhərləri bu ilin may ayında seçəcək.
 
BOK-un İcraiyyə Komitəsinin iclasında 5 iddiaçı ölkədən hansının növbəti mərhələyə keçməsinə qərar veriləcək, həmin qərar isə rəsmi olaraq mayın 23-də Kanadanın Kvebek şəhərində elan olunacaq.
 
Hüseynzadə deyib ki, hazırda Kvebekdə baş tutacaq təqdimata hazırlıqlar gedir: "Konkret deyə bilmərik keçəcəyik ya yox, amma biz bunun üçün əlimizdən gələn hər şeyi edirik". (Trend)

Похожие новости

Olimpizm 02 oktyabr

Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab

İsveçrənin Lozanna şəhərində 11-ci Beynəlxalq  Olimpiya Komitəsinin Beynəlxalq Atletlər Forumu (IAF) keçirilir.
Olimpizm 01 dekabr

İlham Əliyev yenidən MOK prezidenti seçildi

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) dekabrın 1-də keçirilən VII hesabat-seçki baş məclisində Prezident İlham Əliyev yenidən MOK-un prezidenti seçilib.
Olimpizm 18 noyabr

BOK Rəhimovu Olimpiya medalından məhrum etdi

Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2008-ci ildə Pekində keçirilmiş Olimpiadada uğur qazanan bəzi idmançıların nəticəsini ləğv edib.
Olimpizm 08 noyabr

“İslam Həmrəyliyi oyunlarına 6 aydan çox vaxt qalıb, amma görülməli işlər çoxdur”

Bu gün IV İslam Həmrəyliyi oyunları Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 08 noyabr

Koordinasiya Komissiyasının 4-cü iclası öz işinə başladı

Bu gün Boulevard oteldə IV İslam Həmrəyliyi oyunlarına hazırlıq məqsədi ilə Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 25 oktyabr

Azərbaycanda Milli Antidopinq Agentliyi təsis ediləcək

Azərbaycanda Milli Antidopinq Agentliyinin (NADA) təsis edilməsi nəzərdə tutulur.
Olimpizm 24 oktyabr

İdmanda manipulyasiyaya görə cəzalar sərtləşdirilir

Azərbaycanda idman yarışlarında manipulyasiyaya görə cəzalar sərtləşdirilir.
Olimpizm 06 sentyabr

Olimpiya çempionumuza AGİN-də vəzifə verildi

Olimpiya və dünya çempionu Fərid Mansurova yeni vəzifə verilib.
Olimpizm 13 may

İslam Həmrəyliyi Oyunları Milli Olimpiya Komitələri üçün açıq gün keçirir

IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq işlərinin davamı olaraq bu gün Azərbaycan İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi (AİHOƏ) 39 İslam dövlətinin Milli Olimpiya Komitələrinin (MOK) üzvlərini qəbul edib.