26 aprel 2012 15:27

Rauf Əliyev: Bakı sevimli şəhərinizə çevriləcək

Azərbaycanın olimpiya çempionları Fərid Mansurov, Zemfira Meftihəddinova, futbol üzrə yığma komandamızın oyunçusu Rauf Əliyev və Eurovision 2011 mahnı müsabiqəsinin qalibi Eldar Qasımov dünya şöhrətli “Eurosport” kanalının Azərbaycan haqqında çəkdiyi 13 dəqiqəlik “Pass sport ”filmində iştirak ediblər. Azerisport.az xəbər verir ki, yunan-roma güləşi üzrə 2004-cü ildə Afina Olimpiya oyunlarının qalibi, ikiqat Dünya çempionu Fərid Mansurov filmdə bələdçi kimi çıxış edərək “UNESCO” nun mədəni irsinə daxil edilmiş “İçəri şəhər”ə gəzinti edir və Azərbaycanın tarixi, mədəni zəngin irsi haqqında məlumat verir.
 
Atıcılıq üzrə Sidney Olmipiya oyunlarının qızıl mükafatçısı Zemfira Meftihəddinova isə filmdə Azərbaycan xalqının qonaqpərvərliyindən danışır. 5 yaşlı oğlu Ruslanla birlikdə müasir ticarət mərkəzlərindən birinə gəzintiyə çıxan olimpiya çempionumuz, Bakının  çoxmillətli şəhər, əhalisinin isə qonaqpərvər olduğunu diqqətə çatdırır.
 
Nigar Camalla ifa etdiyi duetdən sonra “Eurovison” mahnı müsabiqəsini Azərbaycana gətirən Eldar Qasımov Azərbaycan idmanını uğurlarından, idmançılarımızın əldə etdiyi qələbələrdən, idman infrastrukturundan söz açır.
 
Eldar Qasımov: “Mənim ən böyük arzularımdan biri Bakının 2020-ci ildə Olmipiya oyunlarına ev sahibliyi etməsidi. Bu bizim üçün böyük şərəf olmaqla yanaşı, Azərbaycanın idmana  verdiyi böyük diqqət və önəmin də bariz nümunəsi ola bilər”.
 
Azərbaycanın futbol üzrə milli yığma komandasının üzvü Rauf Əliyev dənizkənarı Milli Parkdakı gəzintisi ilə filmə yekun vurur: “Bakıda yaşamaq, işləmək, oynamaq və ya sadəcə turist kimi gəlməyinizdən asılı olmayarq, əminik ki, bu şəhər sizin sevimlinizə çevriləcək”.

Похожие новости

Olimpizm 02 oktyabr

Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab

İsveçrənin Lozanna şəhərində 11-ci Beynəlxalq  Olimpiya Komitəsinin Beynəlxalq Atletlər Forumu (IAF) keçirilir.
Olimpizm 01 dekabr

İlham Əliyev yenidən MOK prezidenti seçildi

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) dekabrın 1-də keçirilən VII hesabat-seçki baş məclisində Prezident İlham Əliyev yenidən MOK-un prezidenti seçilib.
Olimpizm 18 noyabr

BOK Rəhimovu Olimpiya medalından məhrum etdi

Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2008-ci ildə Pekində keçirilmiş Olimpiadada uğur qazanan bəzi idmançıların nəticəsini ləğv edib.
Olimpizm 08 noyabr

“İslam Həmrəyliyi oyunlarına 6 aydan çox vaxt qalıb, amma görülməli işlər çoxdur”

Bu gün IV İslam Həmrəyliyi oyunları Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 08 noyabr

Koordinasiya Komissiyasının 4-cü iclası öz işinə başladı

Bu gün Boulevard oteldə IV İslam Həmrəyliyi oyunlarına hazırlıq məqsədi ilə Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 25 oktyabr

Azərbaycanda Milli Antidopinq Agentliyi təsis ediləcək

Azərbaycanda Milli Antidopinq Agentliyinin (NADA) təsis edilməsi nəzərdə tutulur.
Olimpizm 24 oktyabr

İdmanda manipulyasiyaya görə cəzalar sərtləşdirilir

Azərbaycanda idman yarışlarında manipulyasiyaya görə cəzalar sərtləşdirilir.
Olimpizm 06 sentyabr

Olimpiya çempionumuza AGİN-də vəzifə verildi

Olimpiya və dünya çempionu Fərid Mansurova yeni vəzifə verilib.
Olimpizm 13 may

İslam Həmrəyliyi Oyunları Milli Olimpiya Komitələri üçün açıq gün keçirir

IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq işlərinin davamı olaraq bu gün Azərbaycan İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi (AİHOƏ) 39 İslam dövlətinin Milli Olimpiya Komitələrinin (MOK) üzvlərini qəbul edib.