19 aprel 2012 17:32

Xarici ölkələrdə idmançılarımıza qarşı təxribat törədilə bilər

Ağırlıqqaldırma üzrə Azərbaycan milli komandası 2012-ci il London Yay Olimpiya Oyunlarınadək qalan müddətdə ölkəmizdən kənara çıxmayacaq. Azerisport.az xəbər verir ki, bu haqda Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) icraçı direktoru İsgəndər Əsgərov məlumat verib.
 
Onun sözlərinə görə, olimpiadaya lisenziya qazanan 5 kişi və 1 qadın idmançımıza qarşı xaricdə təxribat törədilə bilər: “İndi Londona hazırlığın son mərhələsidir. Bu dövrdə çox diqqətli olmalıyıq. Xaricə getsək, ağırlıqqaldıranlarımıza qarşı təxribat törədə bilərlər. Hər şey mümkündür. Yeməyin də, suyun da tərkibində istifadəsi qadağan olunmuş maddələr qata bilərlər. Ona görə də olimpiadayadək yalnız ölkə daxilində qapalı şəraitdə hazırlaşacağıq”.
 
Bu yaxınlarda Türkiyənin Antalya şəhərində keçirilmiş Avropa çempionatında ölkəmiz 7 qızıl, 2 gümüş, 6 bürünc medal qazanıb. Qızıl medal sahibləri arasında qadın ağırlıqqaldıranımız Boyanka Kostova (58 kq) da olub. Qadınlardan ibarət yığmamız ümumi komanda hesabında 1-ci yeri tutaraq, London olimpiadasına 1 lisenziya əldə edib. Lakin İ.Əsgərovun sözlərinə görə, qadın atletlərimiz 2010-cu il dünya çempionatında 3 nəfərlə təmsil olunsaydılar, indi ən azı 3 olimpiya lisenziyasına sahib ola bilərdilər: “Qadın atletlərimiz 2010-cu ildə Türkiyədə keçirilmiş dünya çempionatında cəmi 7 xal toplaya bilmişdilər. Ötən il Fransada ölkəmiz daha 61 xal qazansa da, bu, ilk “22-liy”ə düşməyə imkan vermədi. Çünki ilk yarışda lazımi miqdarda xal toplaya bilməmişdik. Həmin vaxt yetərincə qadın atletimiz olmadığından, qardaş ölkəyə cəmi 2-ni apara bilmişdik. Onlardan da 1-i zədələndiyi üçün “körpücük” üzərinə çıxmamışdı. Fransadakı növbəti dünya çempionatında yaxşı çıxış etsək də, cəmi xalımız ümumi komanda hesabında lisenziya qazanmağa imkan verməmişdi. Avropa çempionatında isə 4 qadın atletimizdən 3-ü mükafatçılar sırasına düşməyi bacardı. Nəticədə komanda hesabında 1-ci olduq və müstəqillik tarixində ilk dəfə qadınlar arasında da 1 lisenziya qazandıq”.
 
Bununla yanaşı, federasiya rəsmisi bildirib ki, hətta ölkəmiz ümumi nəticədə 1-ci yeri tuta bilməsəydi də, lisenziya qazanacaqdı: “Çünki Boyanka Kostova Avropa çempionu oldu. Onun güzəştli kartla olimpiadaya qatılmasına icazə veriləcəkdi. Amma bu halda Londona yalnız Kostova gedə bilərdi. Yəni, qalan müddətdə zədələnsəydi, onu kiminləsə əvəzləməyimizə icazə verilməyəcəkdi. İndiki halda isə yeganə lisenziya ölkəmizə verilib və olimpiadaya ən hazırlıqlı atletimizi göndərmək hüququna malikik”.
 
Qeyd edək ki, 2012-ci il London Yay Olimpiya Oyunları 27 iyul – 12 avqustda keçiriləcək. (Lent.az)

Похожие новости

Olimpizm 02 oktyabr

Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab

İsveçrənin Lozanna şəhərində 11-ci Beynəlxalq  Olimpiya Komitəsinin Beynəlxalq Atletlər Forumu (IAF) keçirilir.
Olimpizm 01 dekabr

İlham Əliyev yenidən MOK prezidenti seçildi

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) dekabrın 1-də keçirilən VII hesabat-seçki baş məclisində Prezident İlham Əliyev yenidən MOK-un prezidenti seçilib.
Olimpizm 18 noyabr

BOK Rəhimovu Olimpiya medalından məhrum etdi

Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2008-ci ildə Pekində keçirilmiş Olimpiadada uğur qazanan bəzi idmançıların nəticəsini ləğv edib.
Olimpizm 08 noyabr

“İslam Həmrəyliyi oyunlarına 6 aydan çox vaxt qalıb, amma görülməli işlər çoxdur”

Bu gün IV İslam Həmrəyliyi oyunları Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 08 noyabr

Koordinasiya Komissiyasının 4-cü iclası öz işinə başladı

Bu gün Boulevard oteldə IV İslam Həmrəyliyi oyunlarına hazırlıq məqsədi ilə Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 25 oktyabr

Azərbaycanda Milli Antidopinq Agentliyi təsis ediləcək

Azərbaycanda Milli Antidopinq Agentliyinin (NADA) təsis edilməsi nəzərdə tutulur.
Olimpizm 24 oktyabr

İdmanda manipulyasiyaya görə cəzalar sərtləşdirilir

Azərbaycanda idman yarışlarında manipulyasiyaya görə cəzalar sərtləşdirilir.
Olimpizm 06 sentyabr

Olimpiya çempionumuza AGİN-də vəzifə verildi

Olimpiya və dünya çempionu Fərid Mansurova yeni vəzifə verilib.
Olimpizm 13 may

İslam Həmrəyliyi Oyunları Milli Olimpiya Komitələri üçün açıq gün keçirir

IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq işlərinin davamı olaraq bu gün Azərbaycan İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi (AİHOƏ) 39 İslam dövlətinin Milli Olimpiya Komitələrinin (MOK) üzvlərini qəbul edib.