19 aprel 2012 16:00
Çingiz Hüseynzadə: Bakı və ya İstanbulun qələbəsi Azərbaycan və Türkiyənin ümumi qələbəsi olacaq
Milli olimpiya komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə öz müsahibəsində Bakının Olimpiada-2020-yə ərizəsindən, tikilən obyektlərdən, gələcək planlardan danışıb. Azerisport.az həmin müsahibəni təqdim edir.
- Cənab Hüseynzadə, Bakı və Azərbaycanın 2020-ci ildə keçiriləcək olimpiadanı qəbul etmək istəyi nə ilə bağlıdır?
- Hələ 2016-cı il olimpiadasına ərizə qəbulu vaxtı biz öz iştirak ərizəmizi vermişdik və təbii ki, 2020-ci ilə də ərizəmizi təqdim etdik. Ötən kampaniyamızda Olimpiya oyunlarını Bakıda keçirmək kimi böyük istəyimiz vardı. Əgər 2020-ci il alınmazsa biz namizədliyimizi 2024-cü, 2028-ci illərdə də və beləcə davamlı olaraq irəli sürəcəyik. Olimpiadanı əldə edənə qədər mübarizə aparacağıq.
- Nə üçün Bakıya Olimpiadanı keçirmək belə zəruridir?
-Sovet İttifaqının süqutu və müstəqillik əldə etdikdən sonra son illər Azərbaycanda idman sürətlə inkişafdadır. Mərhum prezident Heydər Əliyev idmana qayğı ilə yanaşardı. Olimpiya komitəsini keçmiş prezidenti, hazırda ölkə prezidenti İlham Əliyev ölkə rəhbəri seçilənə qədər altı il Azərbaycan milli olimpiya komitəsinin prezidenti kimi çalışıb. O, olimpiya hərəkatını yaxşı bilir. Azərbaycan milli olimpiya komitəsinə rəhbərlik edərkən o bütün mənfi və müsbət tərəfləri öyrənərək qurum prezidenti kimi icra komitəsində Olimpiadaya-2016-ya namizədlik qərarını verdi. Əlbəttə, o zaman bizim təcrübəmiz yox idi. Bu, sadəcə bir istək idi və nədən başlayacağımızı bilmirdik. Ancaq bu, bizim üçün böyük bir təcrübə oldu. Biz müəyyən biliklər əldə etdik və 2020-ci ilə namizədliyimizi irəli sürməyimiz təbii bir haldır.
- Əgər keçmiş və hazırkı ərizələri müqayisə etsək, hansı fərqlər var?
- Müqayisə etsək birincisi görərik ki, nəyi necə etmək lazım gəldiyini bilirik. Biz ərizənin büdcəsini xeyli artımışıq. Tələbnamədə birbaşa iştirak edərək biz bir çox sualları öyrəndik, başa düşdük ki, ilk növbədə nəyi və necə etmək əsasdır. İlk dəfə biz nə qədər büdcəyə sahib olmağı bilmirdik. Buna görə fərq bizim hazırlığımız və biliklərimiz çərçivəsində idi.
- Əgər oyunların layihəsi haqda danışsaq, gələcək yarışları necə görürsünüz və nə dəyişib?
- Təbii ki hər şey dəyişib. Çünki bu dörd ildə Bakı çox dəyişib. Bizim təqdimatımızdan asılı olmayaraq Bakı inkişaf edir, dəyişir. Buna görə də olimpiya obyektləri və olimpiya kəndinin yerləşməsi ilə bağlı çox sualların görüşü dəyişir. Baxmayaraq ki, 2016-cı il olimpiadası uğrunda mübarizədə uğur bizim tərəfimizdə deyildi, biz olimpiya stadionunun tikintisinə başladıq, bu yöndə infrastrukturu qaldırdıq. Olimpiadanın ölkəmizdə keçirilməsindən asılı olmayaraq, biz obyektlər tikməyə, idman infrastrukturunu inkişaf etdirməyə və ümumiyyətlə şəhərin infrastrukturunun inkişaf etdirməyə davam edəcəyik.
- Yəni, 2016-cı il Olimpiya oyunlarının Baklıda keçirilməməsindən asılı olmayaraq, idman obyektlərinin tikintisi davam edəcək və bunlar əlaqəli anlayışlar deyil?
- Bəli, bu, bizim olimpiadanı əldə edib-etməyəcəyimizdən asılı deyil. Tikinti gedir, idman obyektlərini biz bütün ölkədə tikirik, tək Bakıda deyil. Bizim bölgələrdə son 10 ildə 33 idman kompleksi inşa edilib. Bilirik ki, bu komplekslərdə Olimpiya oyunları keçirilməyəcək, bunlar bölgələrdə idmanın inkişafı üçün yerli əhəmiyyət kəsb edir. Bizə gərəkli olan obyektlər hər bir inkişaf etmiş ölkədə olduğu kimi hər halda tikilir. Olimpiya oyunları üçün isə belə komplekslər təbii ki şəhərin müəyyən edilməsindən sonra tikiləcək. Əgər Olimpiadanı qazansaq, tikəciyik.
- Ərizənin büdcəsi nə qədərdir? Bunlar dövlət pullarıdır ya xüsusi kapital da var?
- Ərizə büdcəsi anlayışında biz nəyi nəzərdə tuturuq: ilk mərhələ yaxud bütün mərhələ? İlk mərhələ üçün 8 milyon dollar büdcə nəzərdə tutmuşuq və bu tamamilə dövlət pullarıdır. Əgər biz qısa siyahıya düşsək, orada büdcə tam başqadır və bura xüsusi vəsait da cəlb ediləcək.
- Bəs oyunları büdcəsi?
- Əlbəttə, oyunların keçirilməsi üçün dövlət vəsaiti, sponsor vəsaiti, kommersiya fəaliyyəti üçün təqdim olunacaq vəsait, yəni suvenirlərin satışı və digər mənbələr üçün vəsait ayrılacaq.
- Məbləğ nə qədərdir?
Oyunların büdcəsini hələ hesablamamışıq. Ərizə kampaniyasının ikinci mərhələsi, əgər bura keçəcəyiksə, 44 milyon dollar olacaq.
- Son illər Azərbay can idmançıları beynəlxalq aləmdə özlərini təkbətək döyüş, boks, bədii gimnastika və digər növlərdə göstəriblər. Ölkədə idmanın yüksəlişi nə ilə bağlıdır?
- Cavab sadədir. Sovet dönəmində beynəlxalq arenada çıxış üçün SSRİ yığmasına düşmək lazım idi. Məsələn SSRİ miqyasında birinci-ikinci, eyni zamanda dünyada ikinci ola bilərdin. Bu, rəqabətin yüksək pilləsi idi. Ona görə SSRİ yığması tərkibində Avropa və dünya çempionatlarına düşmək çətin idi. Azərbaycan müstəqillik qazandıqdan sonra isə özümüz idmançılarımız təqdim edə bildik və onlar özlərini nümayiş etdirə bildilər. Prinsipcə ölkəmizdə idmana həvəs və maraq həmişə böyük olub. Müstəqilliyimizin daha bir qazancı isə milli yığmamızın formalaşma prosesini daha da asanlaşdırdı.
- Azərbaycanda yaxın illərdə idmanın inkişafı üçün layihə mövcuddur?
- Hər dörd ildən bir MOK Gənclər və İdman nazirliyi ilə birgə növbəti dörd il üçün strateji inkişaf planı qəbul edir. Yəni, bütöv olimpiya dönəmi qədər. Strategiya idmançıların olimpiadaya hazırlığı, idmanın kütləviləşdirilməsi, bədən tərbiyəsinin inkişafı istiqamətindədir. Bizim Paraolimpiya hərəkatı üzrə “Qadınlar və idman” adlı xüsusi proqramımız var. Bütün bu proqramlar respublikada idmanın inkişafı konsepsiyasına daxildir.
- Bildiyimiz qədər Azərbaycanda idmançıların dəstəklənməsi üçün güclü sosial sistem mövcuddur. Bu haqda müfəssəl danışın...
- Bu proqram 1997-ci ildən, olimpiya komitəsinin yeni rəhbərliyinin seçildiyi vaxtdan mövcuddur. O vat MOK idmançı və məşqçilər üçün təqaüd müəyyənləşdirdi. Təqaüdlər bir neçə kateqoriyada mövcuddur: idmanda yüksək uğurlara görə, gənclər idmanı və yeniyetmələr idmanına görə. Hər ilin sonunda MOK-da rəhbərliklə idmançılar arasında keçirilən görüşlərdə nailiyyət əldə etmiş idmançılar ev, maşın, müxtəlif mükafatlarla, kimin nəyə ehtiyacı varsa, mükafatlandırılır.
- Hər il neçə nəfər mükafatlandırılır?
- Hər şey nəticələrdən asılıdır. Nəticə çox olduqda mükafat da çox olur, az olduqda isə mükafat da az olur. Hər il təxminən 25-30 nəfər aralığında.
- Azərbaycan yığmaya fəal surətdə əcnəbiləri cəlb edir. Onların arasında keçmiş SSSİ ölkələrindən çoxlu təmsilçilər var. Bundan başqa yığmalarla əcnəbi mütəxəssislər işləyir. Məsələn, futbol yığması kimi. Bu, nə ilə bağlıdır?
- SSRİ-nin süqutu ilə Azərbaycan idmançıları Rusiya da daxil olmaqla digər keçmiş SSRİ ölkələrində çıxış edirdilər. İndi də Rusiya komandalarında azərbaycanlı oyunçu və məşqçilər var. Bu təbii prosesdir. Bir ölkə, bir xalq, bir komanda vadı. Bu sistem süqut etdi. Belarus və ya Özbəkistanda yaşayan azərbaycanlı orada qaldı və çıxışını davam etdirdi. Yaxud orada işləyir. Eyni ilə bizdə rusiyalı mütəxəssislər işləyir. Bəli, bu gün bizdə MDB-dən çoxlu mütəxəssislər var, ancaq ölkəmizdən kənarda da çoxlu azərbaycanlılar işləyir, çıxış edir. Bu, hər yerdə gedən normal prosesdir. Futbol üzrə Azərbaycan yığmasını alman çalışdırır. Rusiya yığmasını isə holland çalışdırırdı və çalışdırır. Burada xüsusi bir özəllik yoxdur. Həm də xaricilər təcrübə gətirir. Bizim zəif inkişaf etmiş idman sahələrinə mütəxəssislər cəlb etməyimiz çox vacibdir. Məsələn 2020-ci il olimpiya oyunlarına reqbi və qolf da daxil edilib. Azərbaycanda qolf olmayıb. Biz onu necə inkişaf etdirə bilərik? Qolf klublar tikmək və xarici ölkələrdən mütəxəssislər cəlb etmək, həmçinin idmançılar cəlb etməklə ki, onlar öz nümunələri ilə idmanın bu sahəsinin inkişafına kömək olsunlar.
- Bakıda qolf üçün meydanlar var?
- İnşa edirik!
- Rusiya və Azərbaycan MOK-ı arasında münasibətlər necə inkişaf edir?
- Azərbaycanın Rusiya MOK-u ilə yarandığı gündən gözəl münasibətləri olub. Komitələrimiz arasında razılıq var. Razılıqda mütəxəssis, təcrübə mübadiləsi, müştərək tədbirlərin keçirilməsi nəzərdə tutulub. Çoxsaylı Rusiya idmançıları Bakıya toplanışlara gəlir. Mingəçevirdə gözlə avarçəkmə bazamız var. Bu baza vaxtı ilə SSRİ yığmasının bazası olub. Bu gün Rusiya idmançıları Olimpiya oyunlarına burada məşqlə hazırlaşırlar. Bizim gözəl münasibətlərimiz var.
- Gəlin söhbətimizin əsas mövzusuna qayıdaq - Olimpiyada-2020-yə. Rəqibləriniz arasında Bakıya ən yaxın dost şəhər - İstanbul var. Onların ərizəsini necə qiymətləndirirsiniz?
- Dostluq dostluq, iş iş yerində (gülür). İstanbul da çoxdan olimpiya oyunlarını keçirmək istəyir. Bu, deyəsən onların beşinci ərizəsidir. Bakı da bunu istəyir. Düşünürəm ki, hansımız oyunları qazansaq, bu, bizim ümumi qləbəmiz olacaq.
- Bakı ərizəni İstanbuldan sonra verib. Bunu biləndə “indi sizi dəstəkləyəcəyik və ərizə verməyəcəyik” kimi fikriniz olmayıb?
- Bəli, İstanbul bu addımı bizdən qabaq atıb. Ancaq onlar bizim də ərizə verəcəyimizi bilirdilər. Bizdən fərqli Oimpiada-2016 uğrunda mübarizədə iştirak etməmişdilər və bilirdilər ki, biz ərizə verməkdə davam edəcəyik. Burada heç bir problem yoxdu. BOK hansımıza üstünlük verərsə, Olimpiadanı da o şəhər keçirəcək.
- Digər rəqiblər haqda nə deyə bilərsiniz?
- Kimisə qabartmaq etik cəhətdən düzgün olmazdı. Hesab edirəm ki, bütün rəqiblər Olimpiadanı təşkil etməyə layiqdir. Ancaq Yaponiya və İspaniya belə şərəfə nail olublar. Türkiyə, Azərbaycan və Qətər isə hələ Olimpiada keçirməyib. Hər bir şəhərin, ölkənin arzusu təbiidir. Baxarıq... Hesab edirəm ki, kim daha hazırlıqlıdırsa, o da 2020-ci ili Olimpiya oyunlarına sahilik edəcək.
- Olimpiadaya iddia edən üç ölkənin əhalisini əksəri islam dininə sitayiş edir. Tarixdə hələ heç vaxt müsəlman ölkələri Olimpiadanı qəbul etməyib. Bu Olimpiya ideyasının təbliği və coğrafiyasının genişləndirilməsi nöqteyi-nəzərindən üstünlük olacaq?
- Ola bilər ki, kimin üçün isə olsun, kimin üçün isə olmasın. Bu, siysi məsələ deyil və siyasi yolla həll edilmir. Şəhər BOK-un hər üzvünün subyektiv qərarı ilə qəbul edilir. Düşünmürəm ki, orada olimpiadanın müsəlman ölkəsində keçirilib-keçirilməməsindən söhbət getsin. Ancaq olimpiya hərəkatının daha ədalətli inkişafı naminə islam ölkələrini birində olimpiada keçirilməlidir.
- Bir ay sonra Bakıda “Avroviziya” müsabiqəsi başlayır. Ermənistan iştirakdan imtina edib. Qorxmursunuz ki, Olimpiada-2020-də ərizənizin qələbəsi təqdirində Ermənistan iştirakdan imtina etsin?
- Mən müğənni və musiqiçi deyiləm, bilmirəm onlar bu müsabiqəyə necə yanaşırlar. Ancaq boks, güləş, ağır atletika, ümumiyyətlə Bakıda keçirilən bütün beynəlxalq turnirlərə Ermənistan nümayəndə heyəti gəlir və qələbə qazanır. Məsələn, erməni əsilli Rusiya boksçusu (Mişa Aloyan) Bakıda dünya çempionu olub. Heç bir qorxu yoxdur.
- “Avroviziya”da Bakının ərizəsi təqdim ediləcək?
- İndi bu haqda danışmaq tezdir. Çünki Mayın 23-də bizi BOK-un icraiyyə komitəsi gözləyir. Onlar namizəd şəhərlərin siyahısını müəyyən edəcəklər. “Avroviziya” Mayın 26-da başlayacaq. Düşürük, düşmürük, onda biz nə etmək lazım gəldiyinə baxacağıq. Yeri gəlmişkən, bizim fikrimizcə Olipiada-2020-yə ev sahibliyi edəcəyimiz təqdirdə “Avroviziya”nın keçirələcəyi yer (Bakı Büllur zalı) bir neçə idman növündə yarışların keçirilməsi üçün nəzərə alınıb. Yəni “Avroviziya”dan sonra bu obyekt idmana veriləcək.
