16 aprel 2012 16:52

Bakı-2020 üçün 500.000 imza

Bakının 2020 Olimpiya və Paralimpiya Oyunlarına namizədləyini dəstəkləmək üçün bir ay öncə başlamış imzatoplama kampaniyasına artıq 500.000  nəfər qoşulub. Azerisport.az xəbər verir ki, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən keçirilən və yüzlərlə könüllülərin cəlb olunduğu bu kampaniya bu günə qədər uğurla davam etməkdədi.
 
Toplanılan imzaların sayının yarım milyona çatması isə Bakı 2020 layihəsinin Aprelin 14-də Moskvada keçirilən Milli Olimpiya Komitələri Assosiasiyasının (MOKA) Baş Assambleyasındakı təqdimatına təsadüf edir.
 
Qısa müddət ərzində yarım milyon imzanın toplanmasını şərh edən Bakı-2020 Təşkilat Komitəsinin İcraçı Direktoru Könül Nurullayeva qeyd edib: "Cəmi bir ay müddətində yarım milyon əhalinin Bakının Olimpiya Oyunlarına namizədlik ərizəsini dəstəkləməsi bizi çox sevindirir və ruhlandırır. Bu kampaniyanı uğurla təşkil edən hər kəsə, xüsusən də gənclərimizə çox minnətdaram. Bakı-2020 layihəsilə bağlı bizə uğurlar arzu edən Bakı və Azərbaycanın bütün bölgələrinin əhalisi imzatoplama kampaniyasına qoşularaq real dəstəyini bildirmişlər".
 
K. Nurullayeva, həmçinin, Bakı 2020-nin rəsmi Facebook fan səhifəsinin də qısa müddətdə 50.000-dən çox tərəfdar yığmasını böyük uğur adlandırıb: “Bütün bunlar xalqımızın nəcə böyük istəklə Bakının Olimpiya Oyunlarına ev sahibliyini dəstləklədiyinin bariz nümunəsidi. Mən onu da qeyd etməliyəm ki, bu dəstək beynəlxalq medianın da diqqətindən kənarda qalmır. Bu yaxınlarda  insidethegames.biz saytı namizəd şəhərlərin sosial mediadakı fəaliyyətinin monitorinqini etmiş və Bakı 2020  fan sahifəsinin həm tərəftarlarının sayı, həm də faəliyyəti ilə digər şəhərləri qabaqladığını bildirib.”
 
Qeyd edək ki, İmza kampaniyası, həmçinin, Bakı 2020-nin rəsmi veb səhifəsi vasitəsi ilə elektron formada da aparılır.

Похожие новости

Olimpizm 02 oktyabr

Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab

İsveçrənin Lozanna şəhərində 11-ci Beynəlxalq  Olimpiya Komitəsinin Beynəlxalq Atletlər Forumu (IAF) keçirilir.
Olimpizm 01 dekabr

İlham Əliyev yenidən MOK prezidenti seçildi

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) dekabrın 1-də keçirilən VII hesabat-seçki baş məclisində Prezident İlham Əliyev yenidən MOK-un prezidenti seçilib.
Olimpizm 18 noyabr

BOK Rəhimovu Olimpiya medalından məhrum etdi

Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2008-ci ildə Pekində keçirilmiş Olimpiadada uğur qazanan bəzi idmançıların nəticəsini ləğv edib.
Olimpizm 08 noyabr

“İslam Həmrəyliyi oyunlarına 6 aydan çox vaxt qalıb, amma görülməli işlər çoxdur”

Bu gün IV İslam Həmrəyliyi oyunları Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 08 noyabr

Koordinasiya Komissiyasının 4-cü iclası öz işinə başladı

Bu gün Boulevard oteldə IV İslam Həmrəyliyi oyunlarına hazırlıq məqsədi ilə Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 25 oktyabr

Azərbaycanda Milli Antidopinq Agentliyi təsis ediləcək

Azərbaycanda Milli Antidopinq Agentliyinin (NADA) təsis edilməsi nəzərdə tutulur.
Olimpizm 24 oktyabr

İdmanda manipulyasiyaya görə cəzalar sərtləşdirilir

Azərbaycanda idman yarışlarında manipulyasiyaya görə cəzalar sərtləşdirilir.
Olimpizm 06 sentyabr

Olimpiya çempionumuza AGİN-də vəzifə verildi

Olimpiya və dünya çempionu Fərid Mansurova yeni vəzifə verilib.
Olimpizm 13 may

İslam Həmrəyliyi Oyunları Milli Olimpiya Komitələri üçün açıq gün keçirir

IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq işlərinin davamı olaraq bu gün Azərbaycan İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi (AİHOƏ) 39 İslam dövlətinin Milli Olimpiya Komitələrinin (MOK) üzvlərini qəbul edib.