14 aprel 2012 17:14

Mehriban Əliyeva Bakı-2020 layihəsini təqdim etdi (FOTOLAR)

Milli Olimpiya Komitələri Assosiasiyasının Moskvada keçirilən Baş Assambleyasında iştirak edən Bakı-2020 nümayəndə heyəti dünya Olimpiya İctimaiyyətinə Olimpiya və Paralimpiya Oyunlarına yeni davamlı ev sahibliyi modelini təqdim etdi. Azerisport.az xəbər verir ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Moskvanın Dünya Ticarət Mərkəzində 1000 nəfərin iştirakı ilə keçirilən Assambleyada çıxış etmişdir:
 
“Biz Bakı-2020 layihəmizlə bütün dünyaya Olimpiya və Parlimpiya dəyərlərinə söykənən nümunəvi və məsuliyyətli Olimpiya Oyunları keçirmək iqtidarında olduğumuzu nümayiş etdirmək istəyirik. Biz mükəməllik, dostluq və ədalətli oyun kimi Olimpiya ideallarının tətbiqi ilə xalqımızın və ölkəmizin davam edən sosial inkişafına yeni təkan vermək istəyirik.”
 
Bakının özəlliyini vurğulayan Mehriban xanım qeyd etmişdir: “Bakı qədim və müasir arxitektura, zəngin mədəni və tarixi irsə malik çox dinamik, müasir və sağlam həyat tərzi ilə seçilən şəhərdir. Adi yay günlərində hər kəs Xəzər Dənizinin xoş çimərliklərində istirahət edə bilər, dənizkənarı parkda gəzintiyə çıxar və ya, şəhərin yeni müasir idman komplekslərində bir çox idman növləri ilə məşğul ola bilər.”
 
Mehriban Əliyeva Azərbaycan hökumətinin Olimpiya Oyunlarını keçirmək üçün lazımı siyasi və maliyyə resurslarını cəlb etməyin vacibliyini vurğulayaraq bildirdi: “Mən sizi əmin edirəm ki, biz buna tam hazırıq.”
 
“Mən sizə Azərbaycan Prezidenti adından və bütövlükdə ölkəmiz adından zəmanət verirəm ki, Bakı 2020 Olimpiya Oyunlarına ev sahibliyi etmək şərəfinə layiq görülsə biz hər kəsin gözlədiyindən daha yüksək səviyyəli oyunlar keçirəcəyik. Ölkəmizin və paytaxtımızın qədim rəmzi olan Bakının əbədi məşəli sülh və dostluq rəmzi olan Olimpiya məşəlini qəbul etsə bizim bütün xalqımızın yeni bir arzusu həyata keçmiş olacaq. Hamınızı bizim bu arzumuza şərik olmağa dəvət edirəm.”
Təqdimat zamanı çıxış edən Bakı-2020 nümayəndə heyətinin üzvü, Nərgiz Birk-Petersen tədbir iştirakçılarını özlərini xəyalən Bakıda, dünyaya yeni açılan bir ölkənin paytaxtında təsəvvür etməyə çağırdı: “Olimpiya Oyunları vasitəsilə bütün dünya bəşərin qədim və eyni zamanda müasir və dinamik mədəniyyətini qlobal idman bayramı formatında tanımış olacaq.”
 
Nərgiz Birk-Petersen Bakının təqdim etdiyi yeni Olimpiya Oyunları modelinin vacibliyini də vurğuladı: “Biz sübut etmək istəyirik ki, Olimpiya Oyunları xalqın idman potensialı və sağlamlığına qoyulan böyük sərmayə olmaqla yanaşı eyni zamanda, beynəlxalq Olimpiya ictimaiyyəti üçün səmərəli təşkil edilmiş davamlı oyun modeli ola bilər. Dünyanın bir çox ölkələrində tərəqqi baş verir və Olimpiya Oyunlarının əsaslandığı və bizim də bölüşdüyümüz mühüm dəyərlər vasitəsilə biz social inkişafı daha da sürətləndirmiş olarıq. Digər ev sahibi şəhərlərinin təcrübəsində biz Olimpiya Oyunlarının nə dərəcədə müsbət dəyişikliyə səbəb ola biləcəyini bilirik. Elə bu səbəbdən bu gün biz öz gələcək inkişafımızı Olimpiya Hərəkətı ilə birgə görmək istəyirik”.
 
Bakı-2020 nümayəndə heyətinin digər üzvü Elxan Məammədov isə təqdimat zamanı Bakının üstünlüklərini vurğuladı: “Bakı idman üçün ideal iqlimə, gözəl dəniz sahilinə və zəngin tarixə malikdir. Dünya ölkərinin maliyyə çətinlikləri yaşadığı bir dövrdə isə biz dünyanın ən sürətlə inkişaf edən güclü iqtisadiyyatına malik olduğumuzu bildiririk. Bakı-2020 namizədliyinin ciddi müsbət tərəflərini görməmək mümkün deyil. Olimpiya Oyunlarından sonra Azərbaycan idmançılarına qalacaq miras isə növbəti nəsillər üçün əvəzsiz tövhə olacaq.”
 
E. Məmmədov Bakının təklif etdiyi Olimpiya Oyunları layihəsinin sırf idman ehtiyaclarına yönəldiyini bildirdi: “Oyunlardan sonra bizə qalacaq infrastruktur isə uzun illər ərzində həm ölkəmizin, həm də regionumuzun idmançıları üçün çox faydalı olacaq. Bizim təqdim etdiyimiz model digər potensial namizəd şəhərlər üçün Olimpiya Oyunlarının gələcəyə yönəlmiş real və məsuliyyətli investisiya nümunəsidir.”
 
Olimpiya Oyunları veteranı olan Bob Elfinston isə Bakı-2020-nin texniki video-çarxını təqdim etmiş və bunları söyləmişdir: “Biz hamımız bilirik ki, dünyada mövcud olan yüzlərlə Milli Olimpiya Komitələri dünya Olimpiya Hərəkatı və Olimpiya idmanının əsasını təşkil edir. Bu gün mən Azərbaycanın peşəkar və istedadlı mütəxəssisləri ilə birgə Bakı-2020 Olimpiya Oyunları infrastrukturunu təqdim etməkdən şərəf duyuram.”

Похожие новости

Olimpizm 02 oktyabr

Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab

İsveçrənin Lozanna şəhərində 11-ci Beynəlxalq  Olimpiya Komitəsinin Beynəlxalq Atletlər Forumu (IAF) keçirilir.
Olimpizm 01 dekabr

İlham Əliyev yenidən MOK prezidenti seçildi

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) dekabrın 1-də keçirilən VII hesabat-seçki baş məclisində Prezident İlham Əliyev yenidən MOK-un prezidenti seçilib.
Olimpizm 18 noyabr

BOK Rəhimovu Olimpiya medalından məhrum etdi

Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2008-ci ildə Pekində keçirilmiş Olimpiadada uğur qazanan bəzi idmançıların nəticəsini ləğv edib.
Olimpizm 08 noyabr

“İslam Həmrəyliyi oyunlarına 6 aydan çox vaxt qalıb, amma görülməli işlər çoxdur”

Bu gün IV İslam Həmrəyliyi oyunları Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 08 noyabr

Koordinasiya Komissiyasının 4-cü iclası öz işinə başladı

Bu gün Boulevard oteldə IV İslam Həmrəyliyi oyunlarına hazırlıq məqsədi ilə Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 25 oktyabr

Azərbaycanda Milli Antidopinq Agentliyi təsis ediləcək

Azərbaycanda Milli Antidopinq Agentliyinin (NADA) təsis edilməsi nəzərdə tutulur.
Olimpizm 24 oktyabr

İdmanda manipulyasiyaya görə cəzalar sərtləşdirilir

Azərbaycanda idman yarışlarında manipulyasiyaya görə cəzalar sərtləşdirilir.
Olimpizm 06 sentyabr

Olimpiya çempionumuza AGİN-də vəzifə verildi

Olimpiya və dünya çempionu Fərid Mansurova yeni vəzifə verilib.
Olimpizm 13 may

İslam Həmrəyliyi Oyunları Milli Olimpiya Komitələri üçün açıq gün keçirir

IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq işlərinin davamı olaraq bu gün Azərbaycan İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi (AİHOƏ) 39 İslam dövlətinin Milli Olimpiya Komitələrinin (MOK) üzvlərini qəbul edib.