14 mart 2012 17:08

Bakı-2020: öncə 8, daha sonra 44 milyon dollar

Bakı şəhərinin 2020-ci il Yay Olimpiya və Paralimpiya Oyunlarına namizədliyini irəli sürməsi ilə əlaqədar dəstək kampaniyasına start verilib. Azerisport.az xəbər verir ki, bununla əlaqədar martın 14-də mətbuat konfransı keçirilib.
 
Tədbirdə “Bakı-2020”nin Təşkilat Komitəsinin icraçı direktoru Könül Nurullayeva, olimpiya çempionları və “Bakı-2020”nin səfirləri Zemfira Meftahəddinova və Fərid Mansurov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri Şahin İsmayılov iştirak ediblər.
 
K.Nurullayeva bildirib ki, “Bakı-2020” Təşkilat Komitəsi Sifariş Kitabını uğurla hazırlayaraq, Beynəlxalq Olimpiya Komitəsinə (İOC) təqdim edib. Mayın 23-də Kanadanın Kvebek şəhərində İOC-un İcraiyyə Komitəsinin iclasında hansı iddiaçı şəhərin növbəti mərhələyə keçdiyi müəyyənləşəcək. Bakıda əlavə, Doha (Qətər), İstanbul (Türkiyə), Madrid (İspaniya) və Tokio (Yaponiya) da 2020-ci il olimpiadasına iddialıdırlar. İcraçı direktorun sözlərinə görə, Bakının olimpiadaya iddiaçı şəhər olmasından həm daxildə, həm də xaricdə xəbərdar olmalıdırlar. Bu məqsədlə dəstək kampaniyasına ATGTİ ilə birgə start verilib: “ATGT-nin bizə dəstəyi də vacibdir. Əhalimizin 30 faizini gənclər təşkil edir. Bu prosesdə bizə yardımçı olacaq hər kəsə öncədən təşəkkür edirik. Vətəndaşlarımızın dəstəyi həm biz, həm də BOK üçün önəmlidir. Daha öncə İOC-un tanıdığı təşkilat tərəfindən Azərbaycan əhalisi arasında sorğu keçirilmişdi. Sorğuya qatılanların 95 faizi “Bakı-2020”yə dəstək vermişdi. İndi isə imzatoplama kampaniyası aparacağıq. Məqsədimiz həm də olimpiya hərəkatı barədə vətəndaşlarımızın məlumatlılıq səviyyəsinin artırılmasından ibarətdir. İmzatoplama təkcə Bakıda deyil, regionlarda da aparılacaq”.
 
K.Nurullayeva qeyd edib ki, İOC-un şərti iddiaçı şəhərə xalq, ictimaiyyət tərəfindən dəstəyin verilməsidir. “Bakı-2020” Təşkilat Komitəsi isə belə bir təşəbbüs irəli sürüb. Aksiya müddətində minimum 250 min, maksimum 1 milyona qədər səs toplamaq lazımdır: “Ümid edirik ki, imzaların sayı 1 milyona yaxın olacaq. Burada KİV-in də dəstəyi çox önəmlidir. Kampaniyanın nəticəsi olaraq, aprelin 14-də Rusiyanın paytaxtı Moskvada Milli Olimpiya Komitələri Assosiasiyasının Baş Assambleyası keçiriləcək. Həmin tədbirdə bütün iddiaçı şəhərlər ictimai dəstək barədə beynəlxalq olimpiya hərəkatı nümayəndələrini 10 dəqiqəlik təqdimat zamanı məlumatlandırmalıdırlar. Biz də bu kampaniya barədə məlumat verəcəyik”.
 
“Bakı-2020”nin rəsmisinin sözlərinə görə, imzaların sayı ilə bağlı BOK-da şübhə yaransa, imzaları təqdim etməyə hazırdırlar. O, təbliğat kampaniyası üçün ayrılan vəsaitin həcmini də açıqlayıb. K.Nurullayeva bildirib ki, birinci mərhələ üçün 8 milyon dollar ayrılıb. Bakı şəhəri növbəti mərhələyə keçsə, daha 44 milyon dollar ayrılacaq. Bu rəqəmin elə də böyük olmadığını deyən icraçı direktor aprelin 20-dən sonra ölkəmizə dünyanın kifayət qədər tanınmış idmançıların səfər edəcəklərini və onların da “Bakı-2020”yə dəstək verəcəklərini söyləyib.
 
Ş.İsmayılov ATGTİ nəzdində olan 39 ali təhsil müəssisəsi və 10 mindən artıq üzvlə imzatoplama kampaniyasında iştirak etməyə böyük məmnuniyyətlə razılaşdıqlarını vurğulayıb. O bildirib ki, kampaniya ərzində könüllülərdən də istifadə olunacaq. Onlar şəhərin müxtəlif yerlərində, ali təhsil müəssisələrində 24 saat fəaliyyət göstərəcək, əhalini məlumatlandıracaqlar: “Məqsədimiz Azərbaycanı idman ölkəsi kimi tanıtmaqdır”.
 
Z.Meftahəddinova əhalini bu aksiyada aktiv iştirak etməyə çağırıb: “Mən bir vətəndaş və vətənpərvər kimi deyə bilərəm ki, hər bir insan aktiv iştirak etməlidir ki, biz növbəti mərhələyə yüksələ bilək. Bütün dünya bilməlidir ki, ölkəmiz təkcə neft və idman uğurları ilə zəngin deyil. Həm də əhali olimpiadaya böyük dəstək verir”.
 
F.Mansurov da xalqın dəstəyini vacib sayıb: “Xalqımız idmançı olduğumuz vaxt bizi dəstəklədi və çempion olduq. Eyni dəstəklə 2020-ci il olimpiadasına da hazır olduğumuzu göstərməliyik”.

Похожие новости

Olimpizm 02 oktyabr

Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab

İsveçrənin Lozanna şəhərində 11-ci Beynəlxalq  Olimpiya Komitəsinin Beynəlxalq Atletlər Forumu (IAF) keçirilir.
Olimpizm 01 dekabr

İlham Əliyev yenidən MOK prezidenti seçildi

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) dekabrın 1-də keçirilən VII hesabat-seçki baş məclisində Prezident İlham Əliyev yenidən MOK-un prezidenti seçilib.
Olimpizm 18 noyabr

BOK Rəhimovu Olimpiya medalından məhrum etdi

Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2008-ci ildə Pekində keçirilmiş Olimpiadada uğur qazanan bəzi idmançıların nəticəsini ləğv edib.
Olimpizm 08 noyabr

“İslam Həmrəyliyi oyunlarına 6 aydan çox vaxt qalıb, amma görülməli işlər çoxdur”

Bu gün IV İslam Həmrəyliyi oyunları Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 08 noyabr

Koordinasiya Komissiyasının 4-cü iclası öz işinə başladı

Bu gün Boulevard oteldə IV İslam Həmrəyliyi oyunlarına hazırlıq məqsədi ilə Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 25 oktyabr

Azərbaycanda Milli Antidopinq Agentliyi təsis ediləcək

Azərbaycanda Milli Antidopinq Agentliyinin (NADA) təsis edilməsi nəzərdə tutulur.
Olimpizm 24 oktyabr

İdmanda manipulyasiyaya görə cəzalar sərtləşdirilir

Azərbaycanda idman yarışlarında manipulyasiyaya görə cəzalar sərtləşdirilir.
Olimpizm 06 sentyabr

Olimpiya çempionumuza AGİN-də vəzifə verildi

Olimpiya və dünya çempionu Fərid Mansurova yeni vəzifə verilib.
Olimpizm 13 may

İslam Həmrəyliyi Oyunları Milli Olimpiya Komitələri üçün açıq gün keçirir

IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq işlərinin davamı olaraq bu gün Azərbaycan İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi (AİHOƏ) 39 İslam dövlətinin Milli Olimpiya Komitələrinin (MOK) üzvlərini qəbul edib.