27 fevral 2012 14:04

Olimpiadada azərbaycanlı idmançıları italiyalı ünlü modelyer geyindirəcək

Dünya şöhrətli italyanlı modelyer Ermanno Scervino (Şervino) 2012-ci ildə Londonda keçiriləcək XXX Yay Olimpiya oyunlarında iştirak edəcək Azərbaycanlı idmançıların geyimlərinin dizaynını təqdim edəcək. Azerisport.az xəbər verir ki, bunun üçün dünya şöhrətli modelyer Ermanno Scervinonun adını daşıyan moda evinin rəhbəri Toni Scervinonun  27 fevral tarixində Bakıya səfəri başlayır.
 
Məşhur dizayner Ermanno Scervino ilə  əməkdaşlıq 2011-ci ildən başlayıb. Məhz 2012-ci ildə Londonda keçiriləcək Olimpiya oyunlarında  ölkəmizi  təmsil edəcək idmançıların formalarının dizaynı üçün Azərbaycan tərəfindən tender elan edilmişdir. Rusiya, Slovenya, İsveçrə və İtaliya arasında keçirilən tenderin qalibi  İtalyanlı, adı ilə moda aləmində böyük imzası olan Ermanno Scervino olub. Dizayner azərbaycanın  milli elementlərini hər bir geyimdə yüksək səviyyədə göstərməklə bərabər, eyni zamanda onları daha maraqlı və özünəməxsus şəkildə ifadə etməyi bacarıb.
 
Mərasim, idman və gündəlik geyimlərlə bərabər, aksessuarlarda da Azərbaycanın bayrağı, herbi, bir sözlə milli atributları  yüksək səviyyədə əks olunub. Modelyerin fəaliyyətinə gəldikdə isə, Ermanno Scervino  dünya şöhrətli İtlayan firmaları, korifey modelyerlər, Haute couturela  olan iş birliyindən sonra ciddi olaraq 1999-cu ildə öz şəxsi brendinin tanıtımı ilə məşğul olmağa başladı. Modelyer müəyyən müddət Paris şəhərində yaşayaraq rəssam modelyer sənətinin sirlərinə yiyələnib.
Moda dünyasının incəlikərini öyrənən modelyer ilk günlərdən dəb aləminin diqqətini cəlb edib. Modelyerin yeni, qeyri adi modelləri ilk andan zövqlü İtalyan xanımlarının böyük marağına səbəb oldu.
 
Dizayner Ermano Scervino və moda evinin rəhbəri  Toni Scervinonun istedadını bir araya gətirən Ermanno Scervino  şirkəti 2000-ci ildən fəaliyyət göstərir. Müasir və cəlbedici yaradıcılıq işləri ilə şirkət qısa zamanda nəinki İtaliya, eyni zamanda  dünya moda arenasında böyük nüfuz qazanmış oldu.
 
Şirkətin baş ofisi 2007-ci ildə Florensiya yaxınlığındakı Qrassina şəhərində, növbəti ofis isə 2008-ci ildə Milanda açıldı.
 
Bu gün Ermanno Scervinonun İspaniya, ABŞ, Böyük Britaniya, Rusiya, İsveçrə, Portuqaliya, Almaniya, İtaliya, Fransa, Yaponiyada butikləri fəaliyyət göstərir. “Made in İtaly” dizaynerin hər bir yeni ideyasının dərinliyinə hopmuş bir reallıqdır.
 
Ermanno Scervinonun ideal qadın obrazı bir qədər Keyt Mossa, eyni zamanda ekstravaqant, heç bir çətinlikdən qorxmayan Ancelina Culiyə bənzəyir.
 
Stilist hər zaman belə söyləyir: “Qadınlar geyimin qurbanları olmamalıdırlar.”  Onun hər bir ideyasında intellektual, zəngin dünya görüşünə malik, zövqlü qadın dayanır.
 
Ermanno Scervinno moda evinin rəhbəri Toni Scervinnonun Azərbaycana səfəri 28 fevral tarixində sona yetir.

Похожие новости

Olimpizm 02 oktyabr

Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab

İsveçrənin Lozanna şəhərində 11-ci Beynəlxalq  Olimpiya Komitəsinin Beynəlxalq Atletlər Forumu (IAF) keçirilir.
Olimpizm 01 dekabr

İlham Əliyev yenidən MOK prezidenti seçildi

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) dekabrın 1-də keçirilən VII hesabat-seçki baş məclisində Prezident İlham Əliyev yenidən MOK-un prezidenti seçilib.
Olimpizm 18 noyabr

BOK Rəhimovu Olimpiya medalından məhrum etdi

Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2008-ci ildə Pekində keçirilmiş Olimpiadada uğur qazanan bəzi idmançıların nəticəsini ləğv edib.
Olimpizm 08 noyabr

“İslam Həmrəyliyi oyunlarına 6 aydan çox vaxt qalıb, amma görülməli işlər çoxdur”

Bu gün IV İslam Həmrəyliyi oyunları Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 08 noyabr

Koordinasiya Komissiyasının 4-cü iclası öz işinə başladı

Bu gün Boulevard oteldə IV İslam Həmrəyliyi oyunlarına hazırlıq məqsədi ilə Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 25 oktyabr

Azərbaycanda Milli Antidopinq Agentliyi təsis ediləcək

Azərbaycanda Milli Antidopinq Agentliyinin (NADA) təsis edilməsi nəzərdə tutulur.
Olimpizm 24 oktyabr

İdmanda manipulyasiyaya görə cəzalar sərtləşdirilir

Azərbaycanda idman yarışlarında manipulyasiyaya görə cəzalar sərtləşdirilir.
Olimpizm 06 sentyabr

Olimpiya çempionumuza AGİN-də vəzifə verildi

Olimpiya və dünya çempionu Fərid Mansurova yeni vəzifə verilib.
Olimpizm 13 may

İslam Həmrəyliyi Oyunları Milli Olimpiya Komitələri üçün açıq gün keçirir

IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq işlərinin davamı olaraq bu gün Azərbaycan İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi (AİHOƏ) 39 İslam dövlətinin Milli Olimpiya Komitələrinin (MOK) üzvlərini qəbul edib.