23 fevral 2012 16:11

Hollivud rejissoru Bakı-2020 üçün reklam çarxı çəkdi (VİDEO)

Bu gün Bakı-2020 namizədliyinə dair yeni reklam çarxı tədqim edilib. Azerisport.az xəbər verir ki, Bakı-2020-nin internet səhifəsində yerləşdirilən 7 dəqiqəlik yeni reklam çarxı Bakının Sifariş Kitabında əks olunan gələcək Olimpiya infrastrukturunun 4 sektorunu əyani nümayiş etdirir.
 
Çarxda həmçinin, Bakının 2020 Olimpiya Oyunlarına Ev Sahibi seçiləcəyi təqdirdə istifadə ediləcək digər möhtəşəm tikili və ərazilər də öz əksini tapıb. Məşhur Hollivud rejisoru Rupert Vainrayt tərəfindən çəkilmiş reklam filmində Azərbaycan paytaxtında aparılan futuristik quruculuq işlərinin görüntüləri və komputer qrafikası vasitəsilə canlandırılan Bakının 2020-ci ildəki mənzərəsi təqdim edilir.
 
Bakı-2020 Təşkilat Komitəsinin İcraçı Direktoru Könül Nurullayeva reklam çarxını yüksək qiymətləndirmişdir: “Bakı dünyanın hələ açılmamış zəngin xəzinələrindəndir. Paytaxtımız gələn qonaqları öz gözəlliyi və müasirliyi ilə valeh edir”.
 
K.Nurullayeva Bakının Bakının həm tarixi şəhər kimi, həm də, müasir paytaxt kimi xarici qonaqlara böyük maraq bəxş etdiyini vurğuladı. “Əsrlərdən qalan İçəri Şəhərimiz bu günədək öz qədimliyini quruyub saxlayır və Dünya Mədəni İrsi siyahısına salınmışdır. Digər tərəfdən isə müasir texnologiyalar əsasında şəhərdə qurulan yeni infrastrukturla paytaxtımız dünyaya açılan yeni mərkəzə çevrilir. Azərbaycan hazırda sürətli inkişaf yolu keçir. Təhsil, elm, texnologiyalar əsasında qurulan yeni iqtisadiyyatımız ölkəmizi qabaqcıl dövlətlər sırasına çıxarır. İdmanımızın gündən-günə inkişafı isə dövlətimizin uğurunu dünyaya çatdırmaq üçün prioritet sahəmizdir. 2020 Olimpiya və Paralimpiya Oyunlarına Ev Sahibliyinə Namizədliyimiz isə Azərbaycanın uzun-müddətli inkişaf strategiyasının bir hissəsidir” – deyə, Könül xanım bildirdi. O, həmçinin, yeni reklam çarxının paytaxtımızın gözəlliklərini hələ görməyənlərə Bakıya gəlmək üçün yeni stimul olacağına ümid etdiyini, Azərbaycan xalqına məxsus qonaqpərvərlik ənənələrinin vətənimizə maraq göstərən hər kəs üçün açıq olduğunu bildirdi.
 

Похожие новости

Olimpizm 02 oktyabr

Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab

İsveçrənin Lozanna şəhərində 11-ci Beynəlxalq  Olimpiya Komitəsinin Beynəlxalq Atletlər Forumu (IAF) keçirilir.
Olimpizm 01 dekabr

İlham Əliyev yenidən MOK prezidenti seçildi

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) dekabrın 1-də keçirilən VII hesabat-seçki baş məclisində Prezident İlham Əliyev yenidən MOK-un prezidenti seçilib.
Olimpizm 18 noyabr

BOK Rəhimovu Olimpiya medalından məhrum etdi

Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2008-ci ildə Pekində keçirilmiş Olimpiadada uğur qazanan bəzi idmançıların nəticəsini ləğv edib.
Olimpizm 08 noyabr

“İslam Həmrəyliyi oyunlarına 6 aydan çox vaxt qalıb, amma görülməli işlər çoxdur”

Bu gün IV İslam Həmrəyliyi oyunları Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 08 noyabr

Koordinasiya Komissiyasının 4-cü iclası öz işinə başladı

Bu gün Boulevard oteldə IV İslam Həmrəyliyi oyunlarına hazırlıq məqsədi ilə Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 25 oktyabr

Azərbaycanda Milli Antidopinq Agentliyi təsis ediləcək

Azərbaycanda Milli Antidopinq Agentliyinin (NADA) təsis edilməsi nəzərdə tutulur.
Olimpizm 24 oktyabr

İdmanda manipulyasiyaya görə cəzalar sərtləşdirilir

Azərbaycanda idman yarışlarında manipulyasiyaya görə cəzalar sərtləşdirilir.
Olimpizm 06 sentyabr

Olimpiya çempionumuza AGİN-də vəzifə verildi

Olimpiya və dünya çempionu Fərid Mansurova yeni vəzifə verilib.
Olimpizm 13 may

İslam Həmrəyliyi Oyunları Milli Olimpiya Komitələri üçün açıq gün keçirir

IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq işlərinin davamı olaraq bu gün Azərbaycan İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi (AİHOƏ) 39 İslam dövlətinin Milli Olimpiya Komitələrinin (MOK) üzvlərini qəbul edib.