13 fevral 2012 14:08

Bakı-2020: Şansımız böyükdü

“Bakı-2020” Təşkilat Komitəsinin icraçı direktoru Könül Nurullayeva bu gün brifinq keçirib. Azerisport.az xəbər verir ki, o, Azərbaycan paytaxtının sözügedən tədbirə ev sahibliyi etmək şanslarından, eləcə də planlardan danışıb.
 
Nurullayeva öncə bunları dilə gətirib: “2020-ci il Yay Olimpiya və Paralimpiya Oyunları uğrunda mübarizədə qalib olma şansımız barədə qabaqcadan proqnoz vermək düzgün deyil. Amma deyə bilərəm ki, şansımız var. Özü də Bakı-2016 ilə müqayisədə daha böyük şansımız var. Mən buna inanıram”.
 
O bildirib ki, hələlik Bakı şəhəri 2020-ci il olimpiadası uğrunda mübarizədə iddiaçı qismində çıxış edir. Azərbaycan paytaxtının rəsmi namizəd olub-olmayacağı isə mayın 34-də Kanadanın Kvebek şəhərində keçiriləcək Beynəlxalq Olimpiya Komitəsinin (İOC) toplantısında müəyyənləşəcək. Bakıdan başqa Doha (Qətər), Tokio (Yaponiya), Madrid (İspaniya), Roma (İtaliya) və İstanbul (Türkiyə) də həmin olimpiadaya iddiaçıdı. Bütün iddiaçı şəhərlər fevralın 15-dək Sifariş Kitablarını İOC-a təqdim etməlidirlər.
 
Nurullayevanın sözlərinə görə, artıq Bakının Sifariş Kitabı hazırdı. Kitabı Azərbaycan nümayəndə heyəti fevralın 14-də İsveçrənin Lozanna şəhərində İOC-a təqdim edəcək. Bakının 2016-cı il olimpiadasına da iddia etdiyini xatırladan icraçı direktor bu dəfə Sifariş Kitabının daha mükəmməl hazırlandığını vurğulayıb: “Əvvəllər kifayət qədər təcrübəmiz yox idi. Həmin vaxt Sifariş Kitabına əsasən müsbət və mənfi tərəflərimiz İOC tərəfindən hazırlanmış Hesabat Kitabında göstərilmişdi. İndi biz müsbət tərəfləri daha da inkişaf etdirmək, mənfiləri isə aradan qaldırmağa çalışacağıq”.
 
İOC-a təqdim olunacaq Sifariş Kitabında isə bir sıra önəmli məsələlər yer alıb. Kitabın hazırlanmasına yerli və əcnəbi ekspertlər yardımçı olublar. Nurullayeva sənəddə yer alan məsələlər barədə kitabın təqdim olunmasından sonra məlumat veriləcəyini bildirib.
 
Qeyd edək ki, indiyədək 6 iddiaçı şəhərdən yalnız Doha Sifariş Kitabını təqdim edib. “Bakı-2020”nin Sifariş Kitabı isə sabah yerli vaxtla saat 14:00-da (Bakı vaxtı ilə 17:00) təqdim olunacaq.
 
O, bildirib ki, “Sifariş kitabı”nı təqdim etmək üçün yüksək səviyyədə nümayəndə heyəti İsveçrənin Lozanna şəhərinə yola düşəcək. Nümayəndə heyətinin tərkibinə gənclər və idman naziri Azad Rəhimov, “Bakı-2020” Təşkilat Komitəsinin sədri Könül Nurullayeva, Azərbaycanın məşhur olimpiya və paraolimpiya oyunları mükafatçılar daxildi.
 
Mətbuat nümayəndələri ilə görüş zamanı Milli Olimpiya Komitəsinin Vitse Prezidenti cənab Çingiz Hüseynzadə Bakının iddia ərizəsinin hazır olduğunu bildirdi: “Mən böyük məmnuniyyətlə bildirmək istəyirəm ki, bizim 2020 Olimpiya Oyunlarına namizədlik üçün Sifariş Kitabımızın hazırlanması uğurla başa çatıb. Bu kitab, faktiki olaraq bizim rəsmi müraciətimizdir, və o, yerli və xarici mütəxəssislərin köməyi ilə çox yüksək standartlara uyğun hazırlanıb. Kitabın hazırlanmasında zəhməti keçən hər kəsə öz təşəkkürümü bildirirəm və namizədliyimizin uğurlu olacağına inanıram”.
 

Похожие новости

Olimpizm 02 oktyabr

Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab

İsveçrənin Lozanna şəhərində 11-ci Beynəlxalq  Olimpiya Komitəsinin Beynəlxalq Atletlər Forumu (IAF) keçirilir.
Olimpizm 01 dekabr

İlham Əliyev yenidən MOK prezidenti seçildi

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) dekabrın 1-də keçirilən VII hesabat-seçki baş məclisində Prezident İlham Əliyev yenidən MOK-un prezidenti seçilib.
Olimpizm 18 noyabr

BOK Rəhimovu Olimpiya medalından məhrum etdi

Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2008-ci ildə Pekində keçirilmiş Olimpiadada uğur qazanan bəzi idmançıların nəticəsini ləğv edib.
Olimpizm 08 noyabr

“İslam Həmrəyliyi oyunlarına 6 aydan çox vaxt qalıb, amma görülməli işlər çoxdur”

Bu gün IV İslam Həmrəyliyi oyunları Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 08 noyabr

Koordinasiya Komissiyasının 4-cü iclası öz işinə başladı

Bu gün Boulevard oteldə IV İslam Həmrəyliyi oyunlarına hazırlıq məqsədi ilə Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 25 oktyabr

Azərbaycanda Milli Antidopinq Agentliyi təsis ediləcək

Azərbaycanda Milli Antidopinq Agentliyinin (NADA) təsis edilməsi nəzərdə tutulur.
Olimpizm 24 oktyabr

İdmanda manipulyasiyaya görə cəzalar sərtləşdirilir

Azərbaycanda idman yarışlarında manipulyasiyaya görə cəzalar sərtləşdirilir.
Olimpizm 06 sentyabr

Olimpiya çempionumuza AGİN-də vəzifə verildi

Olimpiya və dünya çempionu Fərid Mansurova yeni vəzifə verilib.
Olimpizm 13 may

İslam Həmrəyliyi Oyunları Milli Olimpiya Komitələri üçün açıq gün keçirir

IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq işlərinin davamı olaraq bu gün Azərbaycan İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi (AİHOƏ) 39 İslam dövlətinin Milli Olimpiya Komitələrinin (MOK) üzvlərini qəbul edib.